“Fransanın iştirakına son qoyulmalıdır, ikiüzlü riyakardır”
Siyaset
Oxunub: 139
16 noy 2022 | 14:22
“Fransanın iştirakına son qoyulmalıdır, ikiüzlü riyakardır”


“Fransa Senatı ölkəmizə qarşı öz qərəzli və ədalətsiz mövqeyini bir daha nümayiş etdirərək, beynəlxalq hüquqa tam hörmətsizlik göstərərək növbəti anti-Azərbaycan qətnaməsi qəbul edib. Qətnamədə həm Fransanın dırnaqarası vasitəçilik rolunu böyük şübhə altına qoyan, ölkələrimiz arasında ikitərəfli münasibətlərə ciddi xələl gətirən məqamlar, o cümlədən qondarma kvazidövlətin tanınması, Azərbaycana qarşı sanksiyaların tətbiqi, qaz və neft tədarükünə embarqonun tətbiq edilməsi ilə bağlı çağırışlar yer alır”.

Bunu deputat Kamran Bayramov parlamentdə çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, heç kim üçün sirr deyil ki, qətnamə adlanan bu kağız parçası Fransada fəaliyyət göstərən türkofob və islamofob dairələrin və erməni lobbisinin birbaşa məhsuludur.

“Eyni zamanda xatırlatmaq istərdim ki, bu qətnamə son iki ildə Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi sayca üçüncü sənəddir. Bu da o deməkdir ki, Fransanın ölkəmizə qarşı bu cür addımları məqsədli xarakter daşıyır, onun xarici siyasətinin tərkib hissəsinə çevrilib, Azərbaycana qarşı aparılan nifrət kampaniyasının davamlı olduğunu açıq-aşkar göstərir”, - o qeyd edib.

Deputat əlavə edib ki, özünü demokratiyanın beşiyi hesab edən, azadlıq, bərabərlik və qardaşlıq ideyalarını guya təbliğ edən, öz tarixində onlarla dövləti işğal etmiş və öz müstəmləkəsinə çevirmiş, orada müharibə cinayətləri törətmiş bir ölkə bu gün bizə suverenlik, müstəqillik, beynəlxalq hüquqa hörmət dərsi keçməyə cəhd göstərir: “Bu dərsləri Ermənistana keçməyi daha faydalı və məqsədəuyğun olardı.

Bəli, qəbul edilmiş qətnamə tövsiyə xarakteri daşıyır, heç bir hüquqi qüvvəyə malik deyil və əvvəlki qətnamələrdə olduğu kimi, orada yer almış tövsiyələrin heç biri nəzərə alınmayacaq və unudulacaq. Lakin siyasi məna daşıdığından bu sənədin qəbul olunması, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini və Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini, eləcə də Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli sənədləri ciddi şəkildə və kobudcasına pozur. Bununla yanaşı, Fransanın bu cür addımları və siyasəti birmənalı olaraq regionumuzda gərginliyin artmasına, sülh prosesinin sarsıdılmasına xidmət edir.

Bu və ondan əvvəlki qətnamələrin qəbulu onu göstərir ki, Minsk Qrupunun həmsədri kimi Fransa keçmiş münaqişənin həllində heç vaxt maraqlı olmayıb, neytrallıq barədə belə düşünməyib, o zaman özünün əsl ermənipərəst mövqeyini gizlədib, indi isə bu mövqeyini açıq şəkildə və həyasızcasına nümayiş etdirir.

Bu məqamda belə bir sual yaranır: sırf Azərbaycanın xoş niyyəti və icazəsi ilə sülh danışıqlarının müəyyən mərhələsinə buraxılmış Fransa növbəti qərəzli qətnamədən sonra özünü necə vasitəçi hesab edəcək? Güman edirəm ki, cavab belədir: Fransa vasitəçi deyil, şübhəli dostluq, etibarsız tərəfdaşlıq və ikiüzlü riyakarlıq nümunəsidir! Bu ölkənin indiki qəbuledilməz davranışı, düşmən mövqeyi onu qərəzsiz, ədalətli və neytral hesab edən bütün ölkələrə bir mesaj və ibrət olmalıdır.

O ki qaldı bizim mövqeyimizə və cavabımıza, hesab edirəm ki, Fransanın qəbuledilməz və qərəzli mövqeyinə siyasi qiymət verilməli, Fransa ilə mövcud olan siyasi və iqtisadi münasibətlərə yenidən baxılmalı, bu ölkənin Ermənistan və Azərbaycan arasında gedən sülh danışıqları prosesində iştirakına son qoyulmalıdır”.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu