"İrana qarşı beynəlxalq həlqə get-gedə daralır" - NƏ BAŞ VERİR?
Siyaset
Oxunub: 135
14 noy 2022 | 17:33
"İrana qarşı beynəlxalq həlqə get-gedə daralır" - NƏ BAŞ VERİR?


“Regionda İran çox aqressiv siyasət yürüdür. Daxildə olan narazılıqlar fonunda həm də özü üçün düşmən axtarır. Bununla ictimai siyasi vəziyyətin gərgin olduğunu nəzərə alaraq, diqqəti yayındırır. Qeyd etmək lazımdır ki, Azərbaycanın Vətən müharibəsində qalibiyyəti İranı ciddi narahat edir. Hətta, Zəngəzur dəhlizinə qarşı İran aktiv çıxış edir. Bu da qəbul olunan bir yanaşma deyil. Ötən gün İranın Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfiri Əli Əlizadəni çağırmışdı. Bu da tamamilə yolverilməzdir. Digər tərəfdən İran Xarici İşlər Nazirliyinin ifadə etdiyi fikirlər bundan ibarətdir ki, sanki Azərbaycan mediasında İrana qarşı təbliğat aparılır”.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq İlyas Hüseynov danışıb. O, qeyd edir ki, İran 30 illik dövr ərzində Azərbaycana qarşı təbliğatı hər üsulla aparıb. İranın Azərbaycan dilində fəaliyyət göstərən “Səhər” televiziyası birbaşa olaraq milli maraqlarımıza qarşı fəaliyyət göstərir. Hətta burada Azərbaycan dilində Azərbaycana qarşı təbliğatı da müşahidə edilir.

“Lakin öz gözündə tiri görməyən İran tərəfi Azərbaycana qarşı həqiqətə uyğun olmayan fikirlər səsləndirir. Belə olan halda Antony Blinken ABŞ-ın dövlət katibi bildirib ki, ABŞ İrana qarşısında Azərbaycanın yanındadır. Bu gün İrana qarşı beynəlxalq həlqə get-gedə daralır. Biz yaxın Şərqdə İsrail-İran gərgin münasibətlərini də nəzərə almalıyıq. Digər tərəfdən İranın Rusiyaya verdiyi PUA-lar təkzib olunur. Baxmayaraq ki, Ukrayna səmasında onlar görünür, müəyyən olunur və vurulur. İran artıq burada açıq şəkildə tərəf tutaraq öz müdafiə sənayesinin istehsalı olan pilotsuz uçuş aparatlarını Rusiyaya verməklə ABŞ-ın da qəzəbinə səbəb olub. Bununla müharibənin müddəti uzanır və İran Rusiyanın yanında yer alır”,- deyən politoloq hesab edir ki, İranın Azərbaycana qarşı aqressiv hərəkətlərinə son qoyulmalıdır.

İran regionda güclü və qüdrətli Azərbaycan dövlətini yaxşı təhlil etməlidir və mehriban qonşuluq siyasəti çərçivəsində əməkdaşlıq qurmaqda təşəbbüslərlə çıxış etməlidir. “Biz əks bir yanaşmanı qəbul etmirik və İran tərəfindən Azərbaycana, onun ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına hörmətli münasibət, hörmət kəsb edən davranışı tələb edirik”,- deyə o əlavə edib.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu