Ermənistan hakimiyyəti nə istəyir? - GƏLİŞMƏ
Siyaset
Oxunub: 186
14 noy 2022 | 20:23
Ermənistan hakimiyyəti nə istəyir? - GƏLİŞMƏ


2020-ci il qələbəsindən sonra 30 il yaxın işğal altında qalan Azərbaycan torpaqlarının müqəddəratı həll edildi. Müharibə qələbə ilə bitdi, amma bundan sonra bölgədə sabitliyin və sülhün olması üçün sülh müqaviləsinin imzalanması vacib idi. Brüssel görüşləri, Moskva, Praqa görüşü, hətta Soçi görüşü belə sülh müqaviləsinin imzalanması məsələsində böyük əhəmiyyət kəsb etmədi. Yəni Ermənistan faktiki olaraq məğlub ölkə olsa da, hələ də Qarabağ sevdasından əl çəkmir. Qarabağa və Qarabağda yaşayan ermənilərə status almaq üçün, gah Qərbin, gah da Rusiyanın “qucağına oturur.
Amma Azərbaycan prezidenti İlahm Əliyev Soçi görüşü zamanı açıq şəkildə bildirdi ki, Qarabağ məsələsi artıq həll olunub və bunu bir daha müzakirə etməyə ehtiyac yoxdur. Qarabağda yaşayan ermənilər isə, Azərbaycan vətəndaşı hesab ediləcək və bu istiqamətdə haqq və hüquqlara sahib olacaqlar. Görünən isə odur ki, Ermənistan hələ də bunu qəbul etmək istəmir.

Maraqlıdır, Ermənistan hakimiyyəti nə istəyir?

Politoloq Turab Rzayev deyir ki, Ermənistan hakimiyyəti də tezliklə sülh müqaviləsi imzalayıb, bundan sonra Rusiyanın olan təsirlərindən xilas olmaq və Qərbə yaxınlaşmaq istəyir. İstəyir ki, Qərbə inteqrasiya etsin, Rusiyadan qopsun, Rusiya ordusunu öz ərazisindən çıxarsın.

“Burada bir məsələ var ki, Ermənistan bunu Azərbaycan ərazilərində yaşayan ermənilərə hər hansı bir hüquqlar verilməsi qarşılığında istəyir. Ermənistan Qarabağın Ermənistana birləşməsinə, Qarabağın müstəqil dövlət olmasına nail ola bilmədi. Artıq bu məğlubiyyəti qəbul ediblər. Yəni, bunların ilk iddiaları bunlar idi ki, ya Qarabağ Ermənistana birləşdiriləcək, ya da ki, müstəqil dövlət olacaq. Artıq bunun boş xəyal olduğunu başa düşüblər. Ancaq, bunlar indi istəyirlər ki, hansısa bir şəkildə Qarabağ erməniləri status alsınlar”,- deyə o qeyd edib.

Politoloq vurğulayıb ki, Azərbaycan dövlət rəhbəri neçə dəfə deyib ki, status olmayacaq, yəni, status fikrindən əl çəksinlər. “Hətta, Praqa görüşündə açıq şəkildə bildirdi ki, Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz nə istəsək özümüz bilərik. Bu Paşinyan və Ermənistan rəhbərliyinin işi deyil. Bunun əslində, status müzakirələrinə açıq olmadığını göstərdi. Eyni şəkildə son Soçi görüşündə də mətbuata sızan hallardan bəlli olur ki, orada da status məsələsi gündəmə gətirilib, Azərbaycan bunu qəbul etməyib. Eyni şəkildə Rus sülhməramlılarının qalma müddətinin uzadılması məsələsində Azərbaycan qəbul etməyib”-deyən politoloq əlavə edib ki, həm sülhməramlılara, həm qalma müddətinə qarşı ölkə rəhbərinin son çıxışları bunu deməyə əsas verir.

Belə olan halda aydın məsələdir ki, Paşinyan Qarabağdan tamamilə imtina edib. Azərbaycanla barışmaq və həmin ərazilərin Azərbaycanın birbaşa nəzarətinə vermək istəmir. Bu səbəbdən də vaxtı uzadır.

Bu vaxtı uzatmaqla qərb ölkələri, Avropa ittifaqı ölkələri, xüsusilə Fransa və onun müttəfiqləri, eyni zamanda, ABŞ Azərbaycana müəyyən təzyiq edir ki, Qarabağ üzərində suverenlik təmin olunsun. Qarabağdakı ermənilərə də müəyyən bir muxtariyyət, siyasi hüquqlar versin.

“Paşinyan və Ermənistan rəhbərliyinin sülhü uzatmaqda əsas məqsəd bundan ibarətdir. Onlar Qərbin və Rusiyanın təzyiqi ilə Azərbaycandan hər hansı bir status qoparmaq istəyirlər. Amma, Azərbaycanın ölkə rəhbərinin son çıxışı kifayət qədər qətiyyətli oldu və o çıxışda açıq şəkildə bildirdi ki, biz heç bir status verməyəcəyik”-deyən Rzayev əlavə edib ki, Ermənistan yaxınlarda sülh imzalamasa, bu onlara baha başa gələcək.
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Dünən, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Dünən, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Dünən, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
16-05-2024, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
16-05-2024, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
16-05-2024, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
16-05-2024, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...