Tehran Bakını dişinə çəkdi və... - Ekspert danışır
Siyaset
Oxunub: 172
31 okt 2022 | 19:19
Tehran Bakını dişinə çəkdi və... - Ekspert danışır


Ötən günlərdə Ermənistanın Qafan şəhərində İranın Baş konsulluğu açılıb. Açılış mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian iştirak edib. Nə qədər qəribə olsa da, Qafanda yerləşən konsulluğun yerləşdiyi binanın hələ tam olaraq təmirdən çıxmadığı aydın görünür. İranın belə tez-tələsik Qafanda konsulluq açmasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan səfərinə cavab kimi dəyərləndirməmək mümkün deyil. Maraqlısı budur ki, iranlı nazir Ərdoğanın Azərbaycan səfəri zamanı gözlənilmədən İrəvana getdi və bundan sonra mediada Qafan şəhərində Baş Konsulluğunun açılması bağlı xəbərlər yer aldı. Yəni əslində İrəvanda konsulluğun açılması planlı şəkildə həyata keçirilməmişdi. Sadəcə olaraq İran Ermənistanla tərəfdaş, qardaş olduğunu sübut etməyə çalışırdı.
Bu arada İran Xarici İşlər Naziri erməni dilində paylaşım edib. Hüseyn Əmir Abdullahian paylaşımında deyir ki, “Ermənistanda mən cənab Paşinyanla Cənubi Qafqazın təhlükəsizliyi, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və xarici qüvvələrin müdaxilə etməməsi ilə bağlı mühüm görüş keçirdim”…

Görünür, Abdullahian bununla demək istəyir ki, “lazım gəlsə” sizin dilinizdə də danışarıq.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra İran Cənubi Qafqazda dəyişən geosiyasi realıqları qəbul etmir və bunu Cənubi Qafqazda maraqlarına təhdid hesab edir. Zəngəzur dəhlizinin açılması ilə bağlı aqressiv bir siyasət ortaya qoyub. Buna hərbi təlimlərlə cavab verir. Bu səbəbdən də rəsmi Tehran xüsusilə Cənubi Qafqazda formalaşan Türkiyə-Azərbaycan kombinasiyasının uğurlu alınmasında bu kombinasiyanın İranın zəiflədilməsinə, həmçinin Mərkəzi Asiyaya açılan Türkiyənin mövqeyini güclənməsinə gətirib çıxaracağına görə, belə təlimlərə strat verib. Bu təlimlər Azərbaycana təzyiqdir və Azərbaycanın təhlükəsizliyini təhdid edir. İran birmənalı olaraq Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirir.

“Buna baxmayaraq, Azərbaycan tərəfi daima İranla qarşlıqlı etimad formatında əməkdaşlığa maraqlı olub, müharibədən dərhal sonra Azərbaycanın təklif etdiyi “altılıq” platformasında məhz İranın da təmsil olunması həmçinin Zəngəzur dəhlizindən də İranın istifadəsi Tehranın nəzərinə çatdırılıb. Amma göründüyü kimi Tehran bu məsələlərdə yenə də öz ampulasındadır. Ermənistan-Azərbaycan ərazisində sülhün əldə olunmasına, dəhlizin açılmasına qarşı çıxır. Ümumiyyətlə, regionda dəyişən geosiyasi reallıqları qəbul etmək istəmir. Bu təlimlər Azərbaycana qarşı yönəlib. Azərbaycanı hərbi dillə təhdid edir”,- deyə siyasi şərhçi əlavə edib.

Politoloq hesab edir ki, Azərbaycan artıq bu təhdidin cavabını verib. Beləki, Türkiyə prezidentinin Zəngilana səfəri tərs sillə idi.

“Soyuq duş effekti yaratdı. İran anladı ki, Azərbaycanla təhdid dilində danışmaq mənasızdır. Azərbaycan da bu hərbi təlimləri heçə saydı”,- deyən politoloq bildirib ki, ümumiyyətlə regiona təsiri demək olar ki, ciddi proseslərlə müsbət nəticə verməyəcək.

P.S. İkinci Qarabağ Müharibəsi, 44 günlük Vətən Müharibəsi günlərində İran necə iki üzlü siyasət yürüdürdü. Həqiqətən çox maraqlıdır, dini dinimizdən olan bir dövlətin öz şəxsi maraqlarına uğruna, Azərbaycanın 65 -dən məscidini yarasız hala salıb, donuz damına çevirən bir millətə qarşı bu sevgisinin arxa planında nə var? Ermənistanda sərhədin azalması niyə, İranı bu qədər narahat edir? Yoxsa başa düşür ki, artıq öz "təhdidkar" siyasətini həyata keçirmək üçün Azərbaycan ərazisindən istifadə edə bilməyəcək? Belə olmasaydı, hələ malası qurumayan, bir binada niyə konsulluq yaradırdı ki?

Əslində, İran qorxur. Qorxur ki, İranda yaşayan 40 milyon azərbaycanlı ayağa qalxar və Azərbaycan bütövləşər. Bu zaman "güc dövləti" hesab edilən İrandan nə qala bilər ki? Məhz buna görədir ki, XX əsrdən qalma silahları ilə, şou düzənləmələri, məhz buna görədir, marş yazıb hədə qorxu gəlməyə çalışmaları.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu