Brüssel görüşləri Azərbaycanı HARA APARIR? - GƏLİŞMƏ
Siyaset
Oxunub: 240
3 sen 2022 | 15:33
Brüssel görüşləri Azərbaycanı HARA APARIR? - GƏLİŞMƏ


“Azərbaycan və Ermənistan rəhbərlərinin Brüssel görüşündə qərara alındı ki, noyabrın sonuna qədər indiki formatda növbəti görüş keçirilsin. Bu, Avropa İttifaqının məsələyə ciddi yanaşmasına dəlalət edir. Bu görüşlə Brüssel həm də Azərbaycan-Ermənistan probleminin həlli məsələsini müəyyən qədər Rusiyanın əlindən aldı. Adətən Rusiya indiyə qədər Brüsselin təşkil etdiyi görüşdən əvvəl və ya sonra görüş təşkil edirdi. Amma bundan sonra alternativ görüşlərin əhəmiyyəti olmayacaq. İndiyə qədər keçirilən görüşlərdə Qarabağın statusu, ABŞ-ın diriltmək istədiyi Minsk qrupu məsələsi gündəliyə gətirilməyib. Bu, olduqca əhəmiyyətlidir”. DİA.AZ xəbər verir ki, bunu Reyting.az-a professor Cümşüd Nuriyev Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın dünən Brüsseldə keçirilən görüşündən danışarkən deyib.

C. Nuriyev əlavə edib ki, Brüssel danışıqları Azərbaycanın bir müddət əvvəl Ermənistana təklif etdiyi 5 tələb və təklif əsasında həyata keçirilib: “Ölkələrin ərzi bütövlüyü, bir-birinin daxili işlərinə qarışmamaq, suverenlik, nəqliyyat dəhlizinin açılması və s. məsələlər”.

Professorun fikrincə, görüşdə ən əhəmiyyətli məqam Brüsseldə iki dövlət arasında sülh sazişinin imzalanması üçün işçi qrupun yaradılması, bu məqsədlə xarici işlər nazirlərinə tapşırıqlar verilməsi və ilkin variantın hazırlanmasıdır. “Əsas odur ki, Avropa İttifaqı rəhbərliyi danışıqların davam etdirilməsi və məsələnin başa çatdırılmasında israrlı olduğunu dilə gətirdi. Eyni zamanda kənarda durub işə mane olmaq istəyən Fransa oyundan kənarda qaldı, ruslar da müəyyən imkanlarını itirdilər”,- deyə C. Nuriyev əlavə edib.

Müsahibimiz diqqətə çatdırıb ki, Azərbaycan prezidentinin həyata keçirdiyi siyasət “Milli maraqlar” nəzəriyyəsinə uyğun olaraq Azərbaycan maraqları çərçivəsində aparılır:

“Azərbaycan haqq işini Avropada effektiv həyata keçirir. Birmənalı şəkildə Qarabağ problemi çözülüb. Bu, olduqca böyük əhəmiyyətə malikdir”.
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü