"Bəs, Amerika Qarabağ nizamlama prosesinə hansı statusla qatılmalıdır?" - Fərqli mövqe...
Siyaset
Oxunub: 151
29 avq 2022 | 18:50
"Bəs, Amerika Qarabağ nizamlama prosesinə hansı statusla qatılmalıdır?" - Fərqli mövqe...


Azərbaycan xalqının və dövlətinin Minsk Qrupu həmsədrliyi ilə bağlı mövqeyi və baxışı birqiymətlidir. Onlar 30 il ərzində ancaq erməni tərəfinin başını sığallama siyasəti yürüdüblər və işğalın davam etməsi və Azərbaycan torpaqlarının xarabaya çevrilməsini gizlətməklə və pərdələməklə erməni cinayətlərini faktiki olaraq bu günə qədər ört -basdır etməyə çalışıblar. Hər üç həmsədr ölkələrin səyləri bir-birini tamamlayıb. Onların fakt toplama missiyalarının Azərbaycanın kənd və şəhərlərinin ermənilərin yer üzündən silməsini gizlətdiyi üçün Azərbaycan onlara qarşı korrupsiya ittihamı ilə beynəlxalq iş aça bilər.

Amma, ABŞ dövlət katibinin Qafqaz üzrə xüsusi məsləhətçi təyin etməsi və o cümlədən, onun ATƏT Minsk qrupunda həmsədr yerini tutması ilə bağlı təyinatına Azərbaycan xarici işlər nazirliyinin münasibəti ziddiyyətli ifadələr ilə təəccüb doğurur. Hesab edirəm ki, bu təyinata edilən reaksiya heç də Azərbaycanın indiki kövrək vəziyyətinə fayda gətirməz. XİN-nin “Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər” ifadəsi, əlbəttə ziddiyətli yanaşmadır. Əgər Azərbaycan ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması proesində iştirakını alqışlayırsa, o zaman onlar Qarabağ üçün yaradılmış Minsk qrupu üzvü və ya həmsədri kimi görüşlərə qatılacaq. Belə deyilsə, o zaman hansı statusda qatılacaq? Bilmək lazımdlr ki, Minsk qrupu ATƏT tərəfindən ləğv edilməyib və Rusiyanın birtərəfli vəsitəçiliyindən qurtulmaq üçün Azərbaycan da ona 1992-ci ildə ikiəlli səs verib. Bu günə qədər də Minsk qrupu qüvvədədir və onun fəaliyyəti üçün ATƏT hər il yüksək maliyyə ayırır. Azərbaycanın Minsk Qrupunun ləğv edilməsi ilə bağlı ATƏT qarşısında təklif qoyduğu da məlum deyil. Bu barədə XİN izahat versə daha da faydalı olar. Rusiyanın ABŞ və Fransa ilə indiki dönəmdə birgə işləməməsi ucbatından Minsk Qrupunun fəaliyyəti iflic olub, amma Minsk qrupu buraxılmayıb.

Bu baxımdan keçmiş Amerikan vasitəçisi dəyişdiyindən bu vakansiya da boşdur və təyin edilən şəxs təkcə Azərbaycan - erməni məsələsi ilə deyil, həm də Gürcüstanın Abxaz və Osetiya münaqişələri ilə də bağlı sorumludur. Biz burada qıcıqlandırıcı tərzdə hərəkət etməməli, əslində buna ABŞ höküməti daxilində gedən rotasiyalı kadr dəyişikliyi kimi – boş vakansiyanın doldurulması kimi yanaşmalıyıq. Minsk qrupu ləğv edilməyibsə, bizim bu cür bəyənatımız artıq ABŞ dövlət departamentindəki kadr dəyişikliyi məsələlərinə müdaxilə etmək kimi qələmə verilə bilər.

Ukrayna savaşına baxmayaraq, ABŞ tərəfinin bu məsələdə Rusiya ilə birgə işləmək çağırışları onların bu məsələdə yenə də eyni fikirdə olmasından doğur. Rusiya bu çağırışları hələlik qulaqardına vursa da, düşünürəm ki, onların yenidən birgə işləməsi zaman məsələsidir. Bu işdə Rusiya tələsmir, çünki hesab edir ki, bölgəyə özü nəzarət edir. Nə zaman lazım bilsə, o zaman ABŞ və Fransa ilə fəaliyyətləri bərpa edəcək. Bu baxımdan bizim diplomatiya daha da diplomatik olmalı, yalnız sahədə öz işini görməlidir. Sahədə güclü olursa, bizə olan təsir və təzyiqlərin də faydası olmaz. Biz yalnız Ermənistanla birbaşa danışıqlara getməklə Minsk qrupunu tam təcrid edə bilərik.

İkincisi, nəzərə almaq lazımdır ki, indiki ABŞ hökümətinin ən yüksək rəhbərliyi ABŞ tarixində olmayan dərəcədə erməni dairələri ilə çox yaxın münasibətdə və rəğbətdə olan şəxslərlə təmsil olunur. Və onlar da bu dairələrin tələblərini irəli daşımağa çalışır. Biz qarşıdakı iki ildə Amerikadan yeni tələblərlə üzləşəcəyik,ona görə də biz daxildə möhkəmlənməliyik, ancaq Qarabağda suverenliyi bərpa edən təşəbbüslərlə məşğul olmalıyıq..

Elxan Mehdiyev, Tanınmış konfliktoloq //moderator.az//
Bu gün, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Bu gün, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir