Güney Azərbaycan Respublikası qurulacaq və onun da paytaxtı Təbriz olacaq! - Molla rejimi istəməsə belə...
Siyaset
Oxunub: 252
27 avq 2022 | 17:00
Güney Azərbaycan Respublikası qurulacaq və onun da paytaxtı Təbriz olacaq! - Molla rejimi istəməsə belə...


Vətən Müharibəsindən sonrakı dövrdə İranın Azərbaycan qarşı qeyri-dost münasibəti getdikcə inkişaf etməkdədir. İşğalçı Ermənistan xaric, bütün qütblərdə yerləşən dövlətlərlə müsbət münasibətlərə malik olan Azərbaycanın artan nüfuzu İrandakı molla rejimini getdikcə daha dərindən narahat edir.

İranın Ermənistan sevgisi 1990-cı illərdən hamıya yaxşı məlumdur. Həmin illərdən Ermənistana silah, sursat və yanacaq verən İran Vətən Müharibəsi zamanı eynisini etdi və əlavə olaraq səmasını və quru yollarını İrəvan üçün daim açıq saxladı. Ermənistana Vətən müharibəsi zamanı seperatçı rejimə və Ermənistana maddi və hərbi-texniki dəstək göstərməsi və indi də həmin dəstəyin davam etdirilməsinə aid faktlar çox saydadır. İran yanacağı ilə və sursatları ilə doldurulan erməni texnikalarının Azərbaycan ərazisinə və onun əsgərinə atəş açması kimsə üçün sirr deyil.

İranın hərbi komandanlığının Vətən Müharibəsi zamanı Azərbaycan qoşunlarının Araz boyu istiqamətdə irəlləməsinə maneə törətməsi, Müharibədən sonra isə Azərbaycanla sərhəddə müxtəlif hərbi təlimlər keçirməsi, bu təlimlərə zirehli texnikalar, artilleriya bölmələri, PUA-lar, elektron mübarizə vasitələri və hərbi aviasiya cəlb etməsi, həmin vasitələrdən atəş açması kimi faktları da unutmadıq. İrandan məğlub Ermənistana dəstək indi də davam edir. İranın erməni ordusuna yaxında dron təlimləri keçməsi də işğalçı Ermənistana bu dronların veriləcəyi anlamına gəlir. Bəlkə də artıq verilib.

İranın Azərbaycana qarşı yol verdiyi bu qədər irihəcmli qeyri-dost münasibətlər fonunda iranlı diplomat Əbulfəzl Zuhtevend Türkiyənin “Yeni şəfəq” qəzetinə müsahibə verib. Müsahibədə Ə.Zühtevənd İranın Azərbaycana qarşı siyasətinin mahiyyətini açıqlayan bəyanatlar səsləndirib və bu bəyanatda Tehranın türklərə qarşı düşmənçilik siyasəti aşkar şəkildə özünü biruzə verib.

“Təəssüf ki, üstünlük İrəvandan Bakıya keçdi. Bu, bizim ziyanımıza oldu. Azərbaycan yenidən İrana birləşdirilməlidir. İlhaq edilmədikcə İranı xərçəng hüceyrəsi kimi narahat edəcək”.

Özünü dünyaya “İslamın dayağı” kimi təqdim edən İranın islama qarşı ən pis əməlləri törədən, 1 milyona yaxın müsəlman əhalini evindən didərgin salan Ermənistan üzərində Azərbaycanın Qələbə qazanmasından nədən bu qədər narahatdır? Bəs İran dövləti islami dəyərlərə sadiq idi? Niyə İran sərhədlərində eyni dindən olduğu Azərbaycanı deyil, şirin yuxuda yatan 2 yaşlı körpəni münaqişə zonasından 80 km aralıda taktiki raketlə atəşə tutan və 30 illik işğal təcrübəsinə malik qaniçən Ermənistanı görmək istəyir? Əgər molla rejiminin islami ədalət dəyərləri budursa, başınıza dəysin. Dünyada heç bir normal insan belə şərəfsizliyi dəyər kimi qəbul edə bilməz.

Müsahibəsində Qarabağ torpaqlarının Azərbaycana aid olduğunu etiraf edən Zühtəvənd “Türklər Zəngəzuru da almaq istəyirlər. Onlar bizim Ermənistanla bir neçə kilometrlik sərhədimizi də kəsmək istəyirlər. Xamneyi bununla bağlı lazımi xəbərdarlıq edib. Amma türkləri bu məsələlər maraqlandırmır”, - deyərək səsləndirdikləri fikirlərin həm də dəyərsiz olduğunu da etiraf edir. Zəngəzurun kimə aid olduğunu və Cənubi Azərbaycanın İrana hansı şəraitdə verildiyini bilərəkdən unudan əmmamə daşıyıcıları hərdən tarixə diqqətlə nəzər salmalıdırlar. Başqa bir tərəfdən isə, Ermənistan öz ərazisindən bu dəhlizin açılmasına razı olaraq birgə Bəyanatı imzaladığı halda, sülhrəmmlı funksiyanı yerinə yetirən Rusiya, Azərbaycan və Türkiyə Zəngəzurun açılmasını dəstəklədiyi halda, Tehranın regionda aranı qarışdırmaqda əsas məqsədi, “bulanıq suda ölü balıq tutmadan” ibarətdir.

Zəngəzur dəhlizi barədə İrandan gələn absurd açıqlamalar heç bir sağlam məntiqə sığmır. Yalnız boş və mənasız xurafata əsalanan molla rejimi Ermənistan kimi 2 milyonluq işğalçı bir ölkəyə görə Azərbacan və Türkiyə kimi qonşuları ilə birbaşa, Pakistan və İsrail ilə dolayısı konfliktə girər. Bu isə qətiyyən İranı xoşbəxt edə biləcək addım deyil. Belə çıxır ki, İran hakimiyyəti beyinsiz diplomat və generalların əli ilə Tehrandakı diareya xəstəliyinə tutulan molla rejiminə məxsus “aftafada fırtına” yaratmaq istəyir.

Türkiyə və Azərbaycanı hədəf alan ifadələr işlədən Zühtevend “Azərbaycan dəhşətli fenomendir və bizim üçün potensial təhlükədir. Naxçıvan tamamilə İrana birləşdirilməlidir. Naxçıvan bizim Axilles dabanımızdır. Ermənilər İranın müttəfiqləridir və ari irqinə görə qohumdurlar” ifadəsindən belə çıxır ki, İranlı diplomat Azərbaycana qarşı aşkar şəkildə ərazi iddiası irəli sürür. Bu tip iddiaları yaxın keçmişdə səsləndirən Ermənistanın hazırda hansı vəziyyətdə olduğunu iranlı xülyapərəstin diqqətinə bir daha çatdırmaq yerinə düşər.

İranın hərtərəfli dəstək göstərdiyi Ermənistan ordusunu Azərbaycan Əsgəri cəmi 44 gündə fərari ordusuna çevirdiyini cəmi iki il əvvəl dünya öz gözləri ilə gördü. Hazırda Laçın rayonu ərazisində bu proses davam edir. Diplomatiyanın “D” hərfindən anlamayan birsinin “Ermənilər İranın müttəfiqləridir və ari irqinə görə qohumdurlar” fikrinə gəlincə bununla razılaşmamaq olmaz. “Unitaz ovçuları” ilə eyni irqə mənsub olduğunu hər “aftafa oğrusu” etiraf edə bilməz. Sanitar qovşaq elementlərinə gələcək birgə fəaliyyətlərində uğurlar arzu edə bilərik!

Zühtevend Ermənistanın Müharibədə məğlub olmasına dərin hüznlə qeyd edərkən, Azərbaycanı “dəhşətli fenomen və İran üçün potensial təhlükə” adlandırarkən, Ermənistan Azərbaycandan daha prioritet qonşu təyin edərkən və Türkiyəni “strateji rəqib” olaraq hədəf seçərkən doğrudanmı ölkəsində yaşayan 30 milyonluq türklərin, sərhəddindəki Azərbaycan, Türkiyə və Pakistanın qarşılıqlı strateji tərəfdaşlığını və mövcud münasibətlərin ən üstün səviyyədə olduğu anlamır? Yoxsa reallığı anlamaq molla beyni üçün artıq funksiyadır?
Ə. Zühtevənd beyin baxımından vacib birisi olmasa da, vəzəifə baxımından sıradan birisi deyil, xarici işlər nazirinin müavini olub, səfirlik təcrübəsi var və hazırda davam edən nüvə danışıqlarında İranı təmsil edir və ən əsası da İranın dini lideri Seyid Əli Xamenei ilə çox yaxın birisidir. Amma İranın ali dini lideri də nə siyasi, nə də tarixi bilikləri ilə Ə. Zühtevənddən fərqlənir. Xameneinin keçən ayın 20-də “Qarabağın Azərbaycana geri qayıtmasını alqışlayırıq. Əlbəttə, işin içində İran-Ermənistan sərhədlərinin bloklanması siyasəti varsa, İslam Respublikası buna qarşı çıxacaqdır, çünki bu sərhəd min illik bir nəqliyyat yoludur” paylaşımı, 30 il Azərbaycan ilə İran sərhədlərini dəyişdirməyə cəhd edən və 132 km Azərbaycan-İran sərhəddini işğal altında saxlayan Ermənistana dəstək verməsi, ikiüzlü dini lideri dünyanın tənqid və gülüş hədəfinə çevirmişdi. Azyaşlılar belə bu coğrafiyada min illik tarixə malik erməni dövlətinin olmadığını bildiyi halda, başında 5 kq-lıq əmmamə daşıyan dini liderin belə bir savadsız aşıqlama verməsi və onun ətrafında Ə. Zühtevənd kimi “beyin qıtlığından əziyyət çəkən biokütlələrin” toplanmasının təsadüfi olmadığını göstərir.

İranın dindən xəbəri olmayan savadsız dini lideri Xameneinin “Qafqazda sərhədlərin dəyişdirilməsi qırmızı xəttimizdir” bəyanatı “İşğalçı Ermənistana əmmamə qarışıq dərin nüfuzetmə”dən başqa bir şey deyil və bu “molla-işğalçı dostluğu birmənalı olaraq müsəlman ölkəsi olan və 30 il işğala məruz qalan Azərbaycana qarşı yönələn ən namərd addımdır.
Əgər İrandakı molla rejimi hesab edirsə ki, indiyə qədər ermənilərə verdikləri dəstək və səsləndirdikləri bəyanatlar 50 milyonluq, o cümlədə İranda yaşayan 30 milyon azərbaycanlılar tərəfindən səssizliklə qarşılanacaq, dərindən səhv edirlər. Bunu düşünənlər hərdən Təbrizin “Traktorsazi” komandasının oyunlarında tribunalara qulaq asmalıdır. Hərdən Azərbaycan yanğısı ilə yazılan şerlərə qulaq asmalı, onların alt sətirini anlamağa çalışmalıdır.

İran rejimi ona qarşı səsini çıxaran fəalları həbslərə atmaqla, onların yaxınlarını izləmələrə məruz qoymaqla Cənubi Azərbaycan Respublikasının yaranmasını əngəlləyə bilməyəcək. Tez ya gec bu baş verəcək, çünki Arazın hər iki tayındakı Azərbaycan türkləri, heç bir zaman molla rejiminin azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətini, işğalçıya dəstək taktikasını, rəsmi Bakıya qarşı iddia və hədələrini bağışlamayacaq. İrandakı azərbaycanlılar həmişə 300 milyonluq türk dünyasının tərkib hissəsi olaraq daim Cənubi Azərbaycan müstəqil dövlətini yaratmaq üçün fasiləsiz olaraq mübarizə aparırlar. Səttarxan, Xiyabani, Pişəvari tərəfindən həyata keçirilən hərəkatların mərkəzi daim Təbrizdə yerləşib. Tarix isə təkrarlanmağa meyllidir. Odur ki, savadsız, namərd və qorxaq molla rejimi istəməsə belə, Cənubi Azərbaycan Respublikası qurulacaq və onun da paytaxtı Təbriz olacaq!

Ədalət Verdiyev, hərbi ekspert //moderator.az//
Bu gün, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Bu gün, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir