Bakıya savaş haqqı verən 6-cı bənd - İrəvan sülhə beləmi hazırlaşır?
Siyaset
Oxunub: 146
18 avq 2022 | 19:19
Bakıya savaş haqqı verən 6-cı bənd - İrəvan sülhə beləmi hazırlaşır?


Uzağı sentyabrın sonunadək mənfur toplumun terrorçu qalıqları Laçın şəhəri və ətraf kəndlərdən rədd olub getməlidir. Azərbaycan dövləti növbəti dəfə humanizm göstərərək onlara şələ-külələrini yığmaq üçün vaxt verib - buna layiq olmasalar da.

Düşmən tərəf isə özünü elə aparır ki, sanki onu öz dədə-baba yurdundan çıxarırıq. Hətta Almaniyada - Avropanın “göbəyində” erməni radikalları və daşnak tör-töküntüləri separatçıların “bayraq” adlandırdıqları əski parçası ilə etiraz aksiyası keçiriblər. Ölkəmizi ənənəvi sırtıqlıqla “artsaxda etnik təmizləmə siyasəti aparmaqda” ittiham edib, “Azərbaycanı durdurmağa” (!!) çağırıblar.

Ermənistanın sabiq prezidenti, Xocalı hərbi canisi Serjik Sərkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan isə görün nə sarsaqlayır. Aşotyan buradan-bura 10 noyabr sənədini açıq-aşkar təhrif edərək, həyasızcasına bildirir ki, guya həmin sənəddə Laçın şəhəri və ətraf kəndlərin Azərbaycana təhvil verilməsi nəzərdə tutulmayıb və söhbət sırf Laçın dəhlizinin yerini dəyişməkdən gedir.

Bu daşnak ünsürü hələ də anlamaq istəmir ki, yolun marşrutunun dəyişməsində əsas məqsəd elə Laçın şəhəri və ətrafını öz qanuni sahibinə qaytarmaqdır. Bu qədər bəsit məntiq. Başqa sözlə, erməni tərəfi məhz yerdə qalan ərazilərimizi dinc yolla, xoşluqla təhvil vermək öhdəliyi götürdüyü üçün 10 noyabr razılaşması imzalanıb və müharibə dayanıb. Üstəlik, rəsmi İrəvanın yalvar-yaxarından sonra!

Təsadüfi deyil ki, kapitulyasiya aktının 6-cı bəndinin girişində belə bir cümlə yazılıb: “Ermənistan Respublikası (rəsmi İrəvan işğalçı tərəf olduğunu bununla bir daha rəsmən etiraf edir - red.) 2020-ci il noyabrın 15-dək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 2020-ci il dekabrın 1-dək Laçın rayonunu (!! - red.) qaytarır”.

Məxsusən aşotyanların diqqətinə: Laçın rayonuna təbii ki, Laçın şəhəri və ətraf kəndləri də daxildir. Sadəcə olaraq, Azərbaycan Laçın dəhlizinə alternativ yol çəkillənədək onların bir qədər gec boşaldılmasına razılıq verib, vəssalam. Yəni 6-cı bəndə görə, Laçın rayonu onun inzibati mərkəzi də daxil olmaqla, hələ 2020-ci il dekabrın 1-də bizə təhvil verilməli idi. Ağdam, Kəlbəcər rayonları kimi. Bu mənada 6-cı bənd Bakıya yeni savaş haqqı tanıyır.

Amma görün Aşotyan öz xalqının gözünə kül üfürərək, gerçəkdə isə erməniləri növbəti “Dəmir qapaz”a tərəf sürükləyərək nə çərənləyir. “Yeni Müsavat”ın xəbərinə görə, srağagün İrəvandakı mətbuat konfransında o deyib: “Berdzor (Laçın şəhəri - red.) ətrafında ildırım sürəti ilə gedən proseslər əslində vətənə xəyanətdir. Əvvəlcə bizə belə təlqin elədilər ki, 10 noyabr üçtərəfli bəyanat müqəddəs bir sənəddir və mütləq həyata keçirilməlidir, çünki onun icrası sabitliyi və sülhü təmin edəcək. Lakin məlum oldu ki, bu alçaqların (Paşinyan və komandasının - red.) həmin bəyanatın müddəalarını yerinə yetirməyə nə həvəsi, nə biliyi və bacarığı, nə də qüruru var. Yenə deyirəm: üçtərəfli bəyanatda Berdzorun (Laçın şəhərinin - red.) təhvil verilməsi nəzərdə tutulmur”.

Onun sözlərinə görə, müxalifət Azərbaycan tərəfinin Laçın şəhərindən yan keçəcək yolun tikintisi ilə bağlı “mövcud təhlükələr”dən danışanda iqtidar müxalifəti Azərbaycan gündəminə xidmət etməkdə ittiham edib. “Amma bir daha məlum oldu ki, bizim səsləndirdiyimiz əndişələr haqlıdır və hakimiyyət bütün bu müddət ərzində cəmiyyəti aldadıb. Ermənistanın Berdzoru (Laçın şəhərini - red.) təslim etmək kimi hüquqi öhdəliyi yoxdur. Başqa sözlə, onlar (Paşinyan iqtidarı - red.) bizə məxsus olanı düşmənə təslim edir, insanları yenə axmaq yerinə qoyurlar”, - Aşotyan vurğulayıb.

Əslində axmağın, başdan xarabın ən yekəsi kapitulyasiya sənədini baş-ayaq oxuyan Armen Aşotyanın özüdür. Laçında, Qarabağda ilişib qalan bir ovuc ermənini çaşdırıb bu yolla təzədən Azərbaycan dövləti əleyhinə cinayətlərə, demək, həm də ucuz ölümə sövq edən Aşotyan kimilər və onların partiyasıdır. Hələ də gerçəyi inadla qəbul eləmək istəməyən serjiklərdir.

Məhz belə avantüristlər və siyasi dəllalların hesabına Ermənistan 30 ildən çoxdur böhran bataqlığında çapalayır, onun xalqı isə ağ günə çıxa bilmir. Məhz onlardan mənəvi güc alan “çağırılmamış qonaqlar” indi də Zabuxdan çıxarkən qanunsuz şəkildə yaşadıqları evlərə, meşələrimizə od vurmağa başlayıblar.

*****

“Ermənistan sülhə beləmi hazırlaşır?!”

Bu haqlı sualı Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü (XİN) Leyla Abdullayeva Twitter səhifəsində verib.

“Görün, Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz erməni köçkünləri ərazini tərk edərkən ətrafda nələr qalır? Evlər dağıdılır, yandırılır. Meşələr yanır, flora və faunaya ciddi ziyan dəyir, infrastruktur obyektləri dağılır. Ermənistan sülhə beləmi hazırlaşır?!”, - Abdullayeva paylaşımda bildirib.

O biri tərəfdən işğalçı ünsürlər 30 illik işğal dövründə ərazilərimizdə hansı faydalı iş görüb ki, Azərbaycan erməni əhalinin qalıb yaşamasına izn də versin? Buna necə üzləri gəlir? Ziyankarlıqdan, barbarlıqdan savayı əllərindən nə gəlib?

Maraqlıdır ki, bəzən özləri də nə boyda zibil törətdiklərini etiraf edirlər.

“Ermənilər 26 il Qarabağı dağıtdı, amma Bakı 20 ay içində bu dağıntılar üzərində şəhərlər, kommunikasiya, yüksək səviyyəli yollar, körpülər tikə bildi”.

Bu sözləri Ermənistanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Alvina Ağababyan deyib (Axar.az).

Ağababyan erməni xalqını Qarabağı sevməməkdə ittiham edib: “Bilirsiniz niyə belə oldu? Çünki biz bu torpaqları sevmirik, azərbaycanlılar isə sevir və bunu sübut edir. Şuşada möhtəşəm körpü inşa olunub, ikincisi isə yaxın vaxtlarda tikiləcək. Şuşaya gedən yolda elə bağ salınır ki, onu hətta kosmosdan da görmək mümkün olacaq. Bütün bunlar 20-21 aya olunub. Biz isə 26 il ərzində Qarabağda yaşayan erməni əhalisi üçün strateji və həyati əhəmiyyətli 80 kilometrlik yolu inşa edə bilməmişik”.

Əlbəttə, işğalçı işğal elədiyi torpaqları onun əsl sahibi kimi sevə, ona qayğı göstərə bilməz. Bunu erməni vandalları bir daha dünyaya nümayiş etdirdilər. Odur ki, Qarabağı bir də qulaqlarının dibini görəndə görərlər!..
“Yeni Müsavat”
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib