Yeni reallıqları qəbul etməyən MOLLA REJİMİNİ NECƏ QANDIRMALI... - İNCƏLƏMƏ...
Siyaset
Oxunub: 160
16 avq 2022 | 17:53
Yeni reallıqları qəbul etməyən MOLLA REJİMİNİ NECƏ QANDIRMALI... - İNCƏLƏMƏ...



İranda növbəti dəfə Azərbaycan əleyhinə aksiya keçirilib. Rəsmi dövlət kanalı “İRİB News”da yayımlanan reportajda Fəriman şəhərinin Qələndərabad qəsəbəsinin əhalisi Azərbaycanın “məzlum” şiələrinə dəstək aksiyası keçirdiyi əks olunub. Sayt isə yazısında Azərbaycanı “sionistlərin marioneti” adlandırıb.

Musavat.com xəbər verir ki, Azərbaycanda dini vəziyyətlə bağlı İranda aksiya keçirilməsi və Azərbaycan əleyhinə şüarlar səsləndirilməsi ilk hadisə deyil. Bir qayda olaraq Bakı-Tehran münasibətlərində soyuqluq İranda Azərbaycan əleyhinə, özü də dini şüarlarla aksiyaların təşkili ilə özünü büruzə verir.

Əlbəttə, bu, İslam Respublikasının siyasi təcrübəsində ilk hadisə deyil. Hazırkı İran rejiminin əsas ideoloji silahı dindir, bu səbəbdən də Tehran xarici siyasətində İslam dinindən geninə-boluna istifadə edir. Özünü islamın himayədarı, dünya müsəlmanlarının dəstəkçisi elan edən İran “din kartı”ndan planetin müxtəlif regionlarında uğurla istifadə edir.

Ancaq nədənsə “müsəlman həmrəyliyi”, “islam qardaşlığı” kimi mövzular Azərbaycanla münasibətlərdə yalnız təzyiq vasitəsi kimi istifadə olunur. Hər dəfə iki ölkə münasibətləri pisləşəndə İranda hansısa dini qrup Bakıya qarşı etiraz aksiyası keçirir, Azərbaycanda hüquqları tapdanan müsəlman bacı və qardaşlar yada düşür.

Fələstin torpaqlarının işğalına görə İsraillə müharibə həddinə gələn, İraq və Əfqanıstanın işğalına görə ABŞ-ı insanlıq düşməni, işğalçı elan edən Tehran “yanı başındakı” işğalı “görə bilməyib”. Görə bilməməsi bir tərəfə, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanla hər cür əlaqələrini qoruyub saxlayıb, Xocalı soyqırımı, 613 günahsız müsəlmanın ölümü ilə nəticələnən cinayəti etiraf edən Serj Sərkisyanı ən yüksək səviyyədə qəbul edib, iltifat göstərib.

Tehranın Azərbaycanla bağlı “islam həmrəyliyi” yalnız Bakıya təzyiq məqsədli olub. Bakıda evlərin birinin divarındakı dini şüarın pozulmasını az qalan islama qarşı cinayət adlandıran İran rəsmiləri nədənsə 30 il Qarabağda onlarla məscidin dağıdılmasını, müsəlman evlərinin qarət edilib kərpicinə qədər İranda satılmasını “görə bilməyib”.

İndi isə müharibə bitib, Azərbaycan uzun illərdən sonra gücünü toparlayaraq işğalçını qovub, müsəlman məmləkətini azad edib. İlk dəfə müsəlman ölkə olaraq qələbə qazanıb. Lakin “dünya müsəlmanlarının himayəçisi” nədənsə bu hadisəyə sevinmir, əskinə, Ermənistanın ərazi bütövlüyünün pozulması ehtimalından (hələlik bu barədə yalnız şayiələr və sosial media xəbərləri dolaşır – red.) narahat olur, tez-tələsik bəyanatlar verir, Ermənistan sərhədini “qırmızı xətt” adlandırır. Əslində isə “qırmızı xətt” Azərbaycan olmalı idi.

Dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan adamlar toplayıb Bəşər Əsədi qorumaq üçün Suriyaya göndərən və bunu heç gizlətməyən İran Vətən müharibəsi zamanı Azərbaycanı Suriyadan muzdlu gətirməkdə ittiham edərək qara kampaniya aparırdı.

İndi isə Azərbaycan daxilində çaxnaşma, gərginlik yaratmaq üçün “ənənəvi silahdan” – “din kartı”ndan istifadə edir. Əlbəttə, hər kəsə məlumdur ki, İranın hansısa ucqar (lap elə mərkəz olsun) qəsəbəsindəki bir dəstə insanın etirazı Bakıda verilən qərarlara hər hansı təsir etməyəcək. Əslində, bu aksiyanın təşkilatçılarının elə bir hədəfi də yoxdur. Görünür ki, əsas məqsəd İranın daxili ictimai rəyində “düşmən qonşu” obrazı yaratmaqdır.

İslam Respublikasının 40 illik mövcudluğuq tarixi “Qərb imperializminə qarşı təkbaşına mübarizə”, “hər tərəfdən düşmən əhatəsində olan müqəddəs ölkə” təbliğatı üzərində qurulub. Vətəndaşların daxili sosial-iqtisadi və siyasi problemlərdən olan narazılığını bu cür “qonşular” mövzusuna yönəltməklə, əhlinin dini həssaslığını istifadə edən İran hakimiyyəti daxili ictimai rəydə düşmən obrazı formalaşdırır. Amma hədəf yalnız bu deyil.

Bir məqsəd də Azərbaycan daxilində dini zəmində gərginlik, qarşıdurma yaratmaqdır. Xaricdə keçirilən aksiyalar həm də Azərbaycandakı narazı, narahat dindarları ruhlandırmaq, onları hərəkətə gətirməyə hesablanıb. Bütün bunların əsas səbəbini isə Tehranın xarici siyasətində axtarmaq lazımdır.

Tehran Cənubi Qafqazdakı yeni reallıqla barışa bilmir, barışmaq istəmir. Xüsusən də Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi, əvəzində İranın regiondan sıxışdırılıb çıxarılması Tehranı qəzəbləndirir. İran üçün 46 kilometrlik Ermənistan sərhədi iqtisadiyyat, ticarət və enerji sahəsində hər hansı parlaq perspektiv, gəlirlər vəd etmir. Ancaq İran kimi Ermənistan da Türkiyənin Qafqazda möhkəmlənməsindən narahatdır. Buna görə də indi Ermənistan İranla “eyni ələ oynayır”.

Diqqət edin, Londonda Azərbaycan səfirliyinə hücum edənlərlə Qələndərabad qəsəbəsində aksiya keçirənlərin motivi eynidir. Hər ikisinin hədəfi Azərbaycan hakimiyyəti, səbəbi isə Azərbaycanda dini şüarların qadağan olunması idi. Bir fərq var ki, Londondakılar diqqət cəlb etməyə çalışırdı, Qələndərabad aksiyaçılarının hədəfi isə daxili ictimai rəyi Azərbaycana qarşı kökləmək idi. Yenə də aşkar görünən element “din kartıdır”. Baxmayaraq ki, iddialara görə London etirazçıları İrana düşməndir. Belə görünür ki, Azərbaycana təzyiq etmək istəyən qüvvələr ölkənin ən həssas nöqtəsinin din olduğunu anlayırlar və zərbəni buradan vurmağa çalışırlar.

Əlbəttə, bu cür qurama aksiyalar, Azərbaycanın düşmən obrazı yaradılması, yaxud da Qafanda konsulluğun açılması Qafqazdakı hərbi-siyasi reallığa təsir etməyəcək. Necə deyərlər, qatar artıq gedib. Azərbaycan hələ 100 il əvvəl öz yolunu seçib, indi hər hansı kənar təsir vasitəsilə yolunu dəyişməyəcək. Lakin bu, həm də o deməkdir ki, dini zəmində təxribatlar, Azərbaycana təzyiqlər artacaq. Buna görə də ayıq olmalı, daxildə milli birlik və bütünlüyü qoruyub saxlamaq, yad güclərin ölkəmizə qarşı istifadə etməsi üçün “zəif nöqtələrin” yaranmasına imkan verməmək lazımdır.

Azərbaycan zəngin mədəniyyəti, dini ənənəsi olan, İslam tarixində böyük rola malik din alimləri və şəxsiyyətlər yetişdirmiş ölkədir. Zəngin dini təcrübəyə sahib bir ölkənin kənardan din adı altında “idxal olunan” ideologiyalara ehtiyacı yoxdur.
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi