Qərblə Rusiyanın CƏNUBİ QAFQAZ DAVASI... - İNCƏLƏMƏ...
Siyaset
Oxunub: 231
12 avq 2022 | 17:53
Qərblə Rusiyanın CƏNUBİ QAFQAZ DAVASI... - İNCƏLƏMƏ...


Azərbaycanın öz ərazilərində erməni separatçılara qarşı keçirdiyi antiterror əməliyyatından sonra Bakı-İrəvan arasındakı təmasların yüksək səviyyəli danışıqlarla yekunlaşması üçün proses sürətlənib. Qarabağdakı və Azərbaycan-Ermənistan sərhədindəki insidentlərin silahlı toqquşma ilə müşayiət edilməsi danışıqlar masasına qoyulacaq mövzuları gündəmə gətirir. Budəfəki müzakirələr Azərbaycanın əldə etdiyi və əvvəlki üstünlüklərdən nisbətən fərqli tutulan bir konsepsiyadır.

Prezident İlham Əliyev dəfələrlə tarixi Azərbaycan torpaqlarının Ermənistana verildiyini qeyd edib və buna dair tarixdəki hadisələrdən xeyli misallar gətirib. Dia.az-ın məlumatına görə, siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə bildirib ki, proseslərə daha geniş gözlə baxası olsaq, deyə bilərik ki, Azərbaycan delimitasiya prosesi çərçivəsində tarixi ərazilərini də yaddan çıxarmayacaq. Ekspertin fikrincə, Azərbaycan delimitasiyanın istiqamətini genişlətmək əzmini nümayiş etdirir. Bunu Bakının bir yox, bir neçə xəritəyə konsentrasiya olmasında görmək olar:

“Bakı tarixi faktı hüquqi əsasa çevirmək yolunda böyük bir məsafə qət edib. Dünya nizamının silkələnməsi fonunda Azərbaycanın strateji müdafiə ehtiyaclarını qarşılaması üçün daha böyük planlarının olması normaldır. Bakı qaçqınların tarixi Azərbaycan ərazilərinə qayıdışını təmin etməyi özünün prioritetləri siyahısından çıxarmayıb. Buna görə də danışıqlarda bu məsələnin ortaya qoyulmasını şərtləndirən amillərdən bəhs ediləcəyi məntiqli görünür. Azərbaycanın sərhədlərin delimitasiyasına dair mövqeyini Türkiyə strateji müttəfiqliklə, Rusiya və Qərb isə strateji tərəfdaşlıq prinsipi ilə dəstəkləyir. Mübahisəli görünən məqamlar əsasən maraq toqquşmaları ilə əlaqəlidir. Qlobal səhnədəki ən güclü aktorların əsas maraq toqquşması Cənubi Qafqazda yaranacaq dəhlizdə (Zəngəzur dəhlizi) kimin dominant mövqe qazanması kriteriyalarına söykənir”.
A.Kərimovun fikrincə, Rusiya regionda hərbi-siyasi varlığını iqtisadi layihələrə inteqrasiya etməklə daha üstün mövqelərə çıxmaq istəyir: “ABŞ və Böyük Britaniya isə regionda siyasi təsir vasitələrini çoxaldır və iqtisadi-enerji platformalarında payını artırır. Vaşinqton Zəngəzur dəhlizini ən çox enerji təhlükəsizliyi baxımından nəzərdən keçirir. ABŞ-ın hərbi iştirakına gəlincə, hələlik, Vaşinqton bu regionda Rusiya ilə kəllə-kəlləyə gəlmək meylindən qaçır. Avropa İttifaqı daha çox iqtisadi maraqlarla bölgəyə daxil olur və o, böyük siyasi ambisiyalardan uzaqdır. Çin isə Zəngəzur dəhlizini iqtisadi ekspansiya siyasətinin yeni elementi kimi dəyərləndirir. Azərbaycanla Türkiyə birlikdə nəyin aldadıcı, nəyin real, nəyin absurd olduğunu müəyyən edir. Qlobal maraqların regional təhlükəsizliyi təhdid edə biləcək sərhədlərini strateji formada analizini aparır. Qarabağda Azərbaycanın keçirdiyi “Qisas” antiterror əməliyyatı qlobal aləmin nəbzinin yoxlanılması baxımından da önəm daşıyırdı və Bakı ilə Ankara atan nəbzləri diqqətlə incələyir. Azərbaycanla Ermənistan arasında baş tutacaq hər hansı səviyyəli görüşü geniş rakursda yuxarıda qeyd etdiyimiz məsələlər kontekstində qiymətləndirmək lazımdır. Görüşün təşkil edilməsi üçün də Rusiya ilə Qərb arasında çəkişmə gedir, çünki əldə ediləcək razılaşmalar təşəbbüskarın da rolunu artırar. Rusiya tərəfi ötən ilin noyabrından sonra Azərbaycan və Ermənistan liderləri arasında görüş təşkil etməyib və Qərb prosesdə önə çıxıb. Ona görə də növbəti təşəbbüskar kimi Rusiya aktivlik göstərir”.
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Dünən, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Dünən, 09:10
İsrail ordusu Cəbaliyədə...
Dünən, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Dünən, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Dünən, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər