Ermənistan bir dövlət kimi intihara hazırlaşır - Görünəni budur...
Siyaset
Oxunub: 159
10 avq 2022 | 22:22
Ermənistan bir dövlət kimi intihara hazırlaşır - Görünəni budur...


“Qarabağ işğal altında olduğu zaman Türkiyə haqqın tərəfində idi. Döyüşlər başlayarkən Türkiyə Azərbaycan əsgərini dəstəklədi”. Bu barədə Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir vurğulayıb ki, qəhrəman Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etdikdən sonra bölgədə, regionda sülh üçün işlərə başlanılıb: “Türkiyə müharibə bitdikdən sonra Qarabağın yenidən qurulmasını dəstəkləyir”. XİN başçısı Ermənistanı təxribatlar törətməkdən çəkinməyə çağırıb: “Biz Ermənistana bir daha xəbərdarlıq edirik ki, yeni təxribatlara əl atmasın. Dost da, düşmən də bilsin ki, Azərbaycan heç bir zaman tək deyil”. Dia.az-ın məlumatına görə, politoloq Azər Qasımov “Şərq”ə bildirib ki, Ermənistanın son hadisələrdən sonra təxribatları təkrarlamasına intihar etmək istəyən insanın psixologiyasına uyğun yanaşmaq lazımdır. Analitik vurğulayıb ki, Ermənistan könüllü olaraq məhv olmaq yolunu tutub və nəyin bahasına olursa-olsun “arzusuna” çatmaq istəyir:

“Azərbaycan dövləti Ermənistan vətəndaşlarını erməni rəhbərlərindən daha çox müdafiə etməyə çalışır. Ordusunun durumu göz önündə olan bir ölkənin dəfələrlə eyni səhvi etməsinin yeganə adı – intihardır. Bu, siyasət yürütməyi bacarmayan, dövlət kimi formalaşa bilməyən və başqalarından asılı olan bir toplumun son çırpınışlarıdır.

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun Ermənistana xəbərdarlığı əslində onun havadarlarına verilən mesajdır. Nazir demək istəyir ki, Ermənistanı qurban verənlər bu alovun içərisində Azərbaycanı görə bilməyəcəklər.

Türkiyə və Azərbaycanın bütün siyasətləri bir-birini tamamlayır. Əgər kimlərsə Ermənistanın əli ilə regionda müharibə çıxaracaqlarını zənn edirlərsə, yanılırlar.

Azərbaycan Ermənistanı elə vəziyyətə salıb ki, onların taleyi tükdən asılıdır. İrəvanın gələcək taleyini onun havadarları yox, Azərbaycan və Türkiyə müəyyən edəcək.

Əgər Ermənistan normal dövlət kimi regionda “yaşamaq” istəsə, ona şərait yaradılacaq. Yox əgər destruktiv əməllərinə davam etsə, alacağı son zərbə onların sonu, havadarlarının isə peşmanlığı olacaq”.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib