Rusiya Qarabağda yeni müharibə başladır? - NƏ BAŞ VERİR?
Siyaset
Oxunub: 293
16 iy 2022 | 19:19
Rusiya Qarabağda yeni müharibə başladır? - NƏ BAŞ VERİR?


Ermənistandakı revanşist qüvvələr sonuncu silahdan istifadə etmək fikrinə düşərək erməni xalqına Qarabağı yenidən işğal etməyə söz veriblər.

Bu sözləri məşhur erməni siyasətçi Tevos Arşakyan deyib.

O bildirib ki, bu sözü verməklə onların ardınca gedəcək insanların sayının artacağını düşünür:

“Bu, həqiqətən də Köçəryanın sonuncu silahıdır. Onlar hətta bəyan edirlər ki, guya Qarabağda gizlənən erməni qanunsuz hərbi biləşmələrin üzvləri artıq hücum planının üzərində işləyir”.

Maraqlıdır, bu absurd plan Köçəryana məxsusdur, yoxsa diqtə Rusiyadan gəlir? Dia.az-ın məlumatına görə, “Cümhuriyət”ə açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib ki, Azərbaycanın əldə etdiyi qələbə müasir dünyanın təhlükəsizlik arxitekturasının yenidən formalaşması prosesində beynəlxalq münasibətlər sisteminin ən böyük aktorlarını öz addımlarında ciddi korrektələrə vadar etdi:

“İndiki məqamda isə hələ qarşıda müəyyənləşəcək böyük mənzərənin elementlərini görürük. Bu baxımdan da Ermənistandakı revanşistlər nəinki dünyada, heç Cənubi Qafqazda baş verən və verəcək hadisələri dəyişməyə zərrə qədər belə təsir edə bilməzlər. Buna görə də revanşistlərin saxta vətən sevdalarından da, boş vədlərindən də ermənilərin qarnı doyub. Gözləri doymayan revanşistlərin özləri isə böyük mənzərənin əhəmiyyətsiz fiqurlarıdır ki, onlar da müəyyən xırda məsələlərdə alət kimi istifadə olunurlar. İndi daha qlobal məsələlər üzərində dayanılır. Azərbaycanın və Türkiyənin təklif etdiyi altılıq platforması bütün baş verən hadisələr fonunda daha aktuallıq kəsb etməyə başlayıb ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyədən sonra Tehrana, İrəvana və Bakıya səfəri həm də, məhz bu istiqamətdə atılan addım idi. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyə Respublikasına səfəri zamanı bölgə ölkələrindəki prosesləri, o cümlədən Azərbaycanın da daxil olduğu regional münasibətləri, həmçinin Türkiyə-İran əlaqələrinin inkişaf imkanlarını müzakirə etmələri bu arqumentləri daha da gücləndirir. Eyni zamanda bu il ərzində Türkiyə-İran-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində xarici işlər nazirlərinin növbəti iclasının İranda keçiriləcəyi gözlənilir”.

Politoloq vurğulayıb ki, regionda Ermənistanın müttəfiqi olan dövlətin belə vəziyyətlə barışması, Lavrovun son İrəvan səfəri zamanı soyuq qarşılanması Azərbaycanın yaratdığı reallığın dəyişdirilə bilməyəcəyi faktından irəli gəlir:

“Prezident İlham Əliyev bir neçə dəfə çıxışında bildirib ki, Ermənistanda vəziyyəti düzgün təhlil edə bilən rasional düşüncəli siyasətçilər var. Bu baxımdan da erməni siyasətçisi Tevos Arşakyan erməni xalqının Koçəryanın yalanlarını unutmadığını bildirir, yeni müharibə üçün Ermənistanın siyasi, iqtisadi, hərbi cəhətdən gücünün olmadığını deyir. Realist yanaşmaq lazımdır ki, indiki məqamda Rusiya üçün öz maraqları hər zamankından və heç olmadığı qədər daha prioritetdir. Bu baxımdan da Rusiyanın Türkiyə ilə münasibətlərini uzlaşdırmağa birinci onun maraqlı olduğu reallığı fonunda bu gün rəsmi Moskvaya Bakı və Ankara ilə eyni düşərgədə dayanmaq daha çox dividentlər verir. Qarabağda gizlənən erməni qanunsuz hərbi biləşmələri sadəcə özfəaliyyətlə məşğul ola bilərlər. Bütün cəhdlərin qarşısı Azərbaycan tərəfindən alınır, hər bir təxribatın sonu ən yaxşı halda müharibənin nəticəsi qədər acınacaqlı olmağa məhkumdur”.
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...