Qarabağda SÜLHƏ MƏCBURETMƏ əməliyyatları başlaya bilərmi? - İNCƏLƏMƏ...
Siyaset
Oxunub: 242
14 iy 2022 | 18:20
Qarabağda SÜLHƏ MƏCBURETMƏ əməliyyatları başlaya bilərmi? - İNCƏLƏMƏ...


10 noyabr bəyanatının davamı olaraq, istər Rusiya prezidentinin, istərsə də Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə daha 10-a yaxın sənəd imzalanıb. Reallıq isə istər Aİ, istərsə də Rusiyanın münaqişənin həlli fonunda sülh müqaviləsinin bağlanması və nəqliyyat dəhlizlərinin açılması üçün maraqların eyni xətt üzərində kəsişməsidir. Cənubi Qafqazda münaqişə ocağının olması enerji tədarükü üçün yeni nəqliyyat kommunikasiyalarının açılmasından vacib hesab edilmir ki, bu da Azərbaycanın yaratdığı yeni reallıq kimi qəbul edilir.

Bəs imzalanan onlarla rəsmi sənədə rəğmən regionda nə baş verir? Ermənistanın baş naziri prosesi niyə yubadır?

10 noyabr bəyanatının müddəaları icra mərhləsinin son həddinə yaxınlaşıb. Əsas məsələlərdən hesab edilən Laçın şəhərinin Azərbaycana təhvil verilməsi də yekunlaşmaq üzrədir. İşğal dövründə ərazidə yaşayan ermənilərin sayı 1000 nəfər civarında olsa da, Qarabağ müharibəsindən sonra bu say maksimum olmaqla 200 nəfərdən artıq olmadı. Şəhərin boşaldılması 200 erməninin aqibəti ilə bağlı sual yaradır ki, burada da onların ərazidə qalması məsələsinə Azərbaycan tərəfi öhdəlik götürmədiyindən icazə də vermir. Bir sözlə, uzun çəkən qonaqlama artıq sona çatdı.

Delimitasiya və demarkasiya prosesi üçün işçi qrupu formalaşdırılsa da, mütamadi görüşləri keçirilsə də ciddi nəticə əldə olunduğunu demək hələ ki, mümkün deyil. Nəticə etibarilə Zəngəzur dəhlizi və sülh müqaviləsi gecikir.

Yumşaq münasibətlərə rəğmən 3 cəbhədə oynayan Nikol xalqına hələ də nağıl danışmaqda davam edir. Son açıqlamalarında Azərbaycanın yeni müharibəyə hazırlaşdığını deyən baş nazir postunu qorumaq üçün dəridən-qabığdan çıxır.

Bəs Azərbaycan yeni müharibə edə bilər?

Görünən odur ki, ordusuna ağalıq edə bilməyən Paşinyan sülh üçün çarəni məcburetmə əməliyyatlarında görür. Azərbaycan hər an BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) 51-ci maddəsini aktiv saxlamaqdadır.

“BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən bu quruma üzv olan hər bir ölkə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir”.

Milli məclisinin deputatı Azər Badamov rəsmi Bakının Ermənistanın nazı ilə çox da oynamayacağını və 51-ci maddənin hər zaman aktiv olduğunu deyir.

“Azərbycan 44 günlük Vətən Müharibəsində, döyüş meydanında qazandığı qələbə ilə müharibəni sonlandırdı. Azərbaycan hər zaman istəyirdi ki, münaqişə beynəlxalq hüquqa əsasən sülh yolu ilə sonlansın. Çox təəssüf ki, bizi müharibəyə məcbur etdilər. Biz də 44 gün ərzində müharibəni qələbə ilə başa çatdırdıq. Döyüş meydanındakı qələbə hazırda siyasi danışıqlarda davam etdirilir.

Düzdür, hökumətlər arası komissiyalar yaradılıb, sərhədlərin delimitasiya, demarkasiya məsələləri müzakirə olunur, birbaşa görüşlər həm sərhəddə, həm də rusiyada keçirilir. Amma, bu, o demək deyil ki, məsələ öz həllini tapır. Ermənistan çalışır ki, vəziyyəti süni şəkildə uzatsın.

Bu kimi məsələlərimizi öz gücümüzlə həll etmək bizim beynəlxalq hüququmuzdur. Yəni, hərbi güclə biz bu məsələni qısa zaman kəsiyində öz yoluna qoya bilərik. Demək istəyirəm ki, biz, Azərbaycan yenə də müharibəni istəmir. İstəyir ki, məsələlər danışıqlar masasında həll olunsun”, - deyə A.Badamov əlavə edir.

Ermənistan yeni müharibə istəyir?

Təbii ki, erməni xisləti, hakimiyyəti əlindən saxlamaq istəyən erməni fərdi Nikol Paşinyan yenidən müharibə istəmir desək yalan olar. O bunu hər dəfə dilə gətirir və əsas məqsədi Azərbaycan ordusunun sülhə məcburetmə əməliyyatlarını aktivləşdirməkdir. Təbii ki, sülh müqaviləsinin gecikməsi, Zəngəzur dəhlizinin yubadılması Nikolun bu arzusunu da reallaşdırmağa zəmn yaradır. Lakin erməni siyasi rəhbərliyi bir məqamı unudur: Bu dəfə müharibə Ermənistan ərazisində reallaşa bilər!

Türkiyəli siyasi şərhçi, tarixçi Muhammet Kutlu da bu fikirdədir.

“Əgər yenidən sülh mümkün olmayacaqsa, yenidən müharibə alovlanarsa, ordusunun böyük hissəsini, ağır silahlarını, tanklarını böyük hissəsini itirmiş olan Ermənistan daha böyük fəlakətlə üz-üzə qalacaq. Əmin olun ki, bu dəfə müharibə Ermənistan sərhəddinin içərisinə daşacaq. Yaxşı olardı ki, bu səbr kasasını çox da daşdırmasınlar”, - deyə M.Kutlu bildirir.

Türkiyə hansı addımları atacaq?

Ermənistanla normallaşma prosesinə gedən qardaş ölkə Türkiyə hər dəfə sözügedən normallaşma ilə bağlı Azərbaycanla müzakirələr apardıqlarını bütün dünyaya bəyan ediblər. Proseslərin davamı bu formada olacağı təqdirdə, Türkiyə Ermənistanla nəinki sərhədləri açacaq, hətta müharibədən öncəki vəziyyətdən də daha böyük gərginləşməyə gedə bilər. Belə olduğu təqdirdə qonşularına qarşı ərazi iddiasında olan rəsmi İrəvan dünyadan təcrid ola bilər.

“Türkiyə Ermənistanı sülhə təşviq etmək üçün bəzi addımlar atır. Niyyəti bəyan etsələr də, addımların hər biri qarşılıqsız qaldığı zaman yenə hüsyana uğrayacaqdır. Nə olacaq? – Təyyarə səfərləri dayandırılacaq, normallaşma prosesi yenidən dayandırılacaq. Erməni xalqı Türkiyə ilə sərhədlər açılacağı zaman rəfaha qoşuşacaq”, - M.Kutlu əlavə edib.

ATƏT-in Minsk qrupunu diriltmək ritualı

Əli hər yerdən üzülən Ermənistan çarəni Minsk qrupunu diriltməkdə görür. 30 ilə yaxın dövr ərzində 3 təkliflər çıxış edən qrupunun heç bir təklifi də reallaşmadı. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməyib.

Birinci təklif

Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket" həlli idi. Bu təklif Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu.

İkinci təklif

1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin "mərhələli" həllindən ibarət idi. Bu təklif münaqişənin mərhələlərlə nizama salınmasını nəzərdə tutulurdu.

Üçüncü təklif

1998-ci il noyabrın 9-da həmsədrlərin beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan üçüncü təklifi dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən "ümumi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşmanın göstəricisi idi. Görünən budur ki, Ermənistanın bu xülyası da hüsrana uğradı.

Aİ və Rusiyanın Ermənistana sülh təzyiqi

Hədəfləri eyni xətt üzrə birləşən Aİ və Rusiya sülhün bağlanmasında maraqlı olsalar da, hər biri prosesin həll edilməsində əsas tərəf kimi özünü görmək istəyir. Hansı ki, vəziyyət fərqli olsa, Ermənistana təsir və təzyiq mexanizmləri birləşsə, sülh müqaviləsinin bağlanması qısa müddət ərzində reallaşacaq.

Görünür ki, istər Aİ, istərsə də Rusiya 30 illik işğal dövründəki səssizlik mövqeylərini hələ ki, davam etdirəcəklər. Belə olduğu təqdirdə Cənubi Qafqazın əsas gücü, diqtə edən tərəf olan Azərbaycan sülhə məcburetmə əməliyyatların başlayacaq. Gücün hüquqdan üstün olduğu yeni dünya nizamının tələblərinə görə oynayan rəsmi Bakı kartları nə zaman açacağını da yaxşı bilir. Heç kimə sir deyil ki, yeni hədəf “Zəngəzurdan İrəvanadır”.

Tehran Orucoğlu, Bizim.Media
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Dünən, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Dünən, 09:10
İsrail ordusu Cəbaliyədə...
Dünən, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Dünən, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Dünən, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər