“Xalq diplomatiyası” yenidən dövriyyədə: ABŞ-ın sülh planı... - GƏLİŞMƏ
Siyaset
Oxunub: 243
22 in 2022 | 17:00
“Xalq diplomatiyası” yenidən dövriyyədə: ABŞ-ın sülh planı... - GƏLİŞMƏ


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Sərdar bəy, Azərbaycan Prezidenti Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına qarşı ölkəmizin də analoji siyasət yürüdücəyini açıqlayıb. Növbəti hücum diplomatiyasının əsas hədəflərinin effektivliyini necə görürsünüz?

- Əslində Azərbaycan uzun illər müdafiə mövqeyində dayanır, istər Qərbin, istərsə də Ermənistanın əsassız ittihamlarına cavab verirdi. Amma ilk dəfədir ki, 44 günlük müharibədən sonra Azərbaycan həm də artıq hücum mövqeyindədir. Əldə edilmiş tarixi qələbə həm də masada dəyərləndirilir. Bu tamamilə düzgün bir mövqedir. Bunu sözsüz ki, alqışlamaq lazımdır. Ermənistan bizə qarşı hər hansı ittiham irəli sürməsə belə, biz çalışmalıyıq ki, öz tarixi torpaqlarımızın geri qaytarılması məsələsini mütəmadi olaraq gündəmə saxlayaq. Eyni zamanda Ermənistanın da ittihamlarına qarşı analoji cavablar verək.

- Bu məsələdə tarix və beynəlxalq hüquq Azərbaycanın əlini necə gücləndirə bilər?

- Azərbaycanla Ermənistan bir-brinin ərazi bütövlüyünü tanımadıqca hər bir tərəf burada öz iddiasını ortaya qoya bilər. Tanıma prosesi getmədiyinə görə, heç kəs də bu əraziləri Ermənistana məxsus kimi təqdim edə bilməz. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, o zaman Azərbaycanın da iddiaları beynəlxalq hüquqa uyğun olacaq. İndiki halda isə hər şeyi güc həll edir. Amma indi heç kim formalaşmış beynəlxalq münasibətlər sistemini dağıtmaq istəmir. Hətta bu gün Rusiya-Ukrayna müharibəsi fonunda heç kəs Krımı, Donetsk, Luqanskı ayrıca dövlət kimi tanımır. Ona görə də beynəlxalq ictimaiyyət də bu məsələdə bizə heç bir irad bildirə bilməz.

- Bəs Zəngəzur dəhlizi ilə bağlı məsələ?

- Burada Zəngəzur dəhlizi məsələsi açıq şəkildə ifadə edilə bilər. Amma Laçına dəhliz statusu vermək doğru deyil. Çünki dəhliz bir ölkənin ərazisinin digər hissəsinə keçidi üçündür. Burada üçüncü dövlətin ərazisindən keçən yol anlayışı əsasdır. Laçın yolu isə Azərbaycanın ermənilər yaşadığı ərazisi ilə Ermənistanı birləşdirir. Ona görə də bu sadəcə olaraq bir yoldur. Amma Zəngəzur isə beynəlxalq statusa malik bir dəhliz olmalıdır. Bu dəhliz Naxçıvanla Azərbaycanı birləşdirəcək mühüm vasitə olacaq. Burada da yeganə dəhliz ifadəsi Zəngəzurda işlədilə bilər.

- Sülhlə bağlı gedişatı necə qiymətləndirirsiniz?

Ətraflı
- Əslində indiki halda sülh Azərbaycan üçün o qədər də vacib deyil. Bu daha çox Ermənistana lazımdır. Ona görə də proseslərin inkişafı haqqında daha çox erməni tərəfi düşünməlidir. Biz öz mövqeyimizdəyik.

- ABŞ-ın Ermənistandakı səfirliyi “xalq diplomatiyası” yolu ilə İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin bərpasına 400 min dollar vəsait ayırıb. Əvvəlki dövrlədə effektiv olmayan bu metodun yeni mərhələdə müsbət nəticə üçün əsas olacağı nə qədər realdır?

- BMT-nin qəbul etdiyi qərarlara əsasən bu cür münaqişə vəziyyətində olan xalqlar və dövlətlər arasında münasibətlərin formalaşması açıq şəkildə xalq diplomatiyası vasitəsi ilə həyata keçirilir. ABŞ özü də vaxtilə Rusiya və Çinlə keçmiş prezidentlərin dövriyəyə girməsi ilə prosesləri yoluna qoya bilib. Ona görə də bu, əslində normal bir yanaşmadır. Xalq diplomatiyası rəsmi diplomatiya üçün zəmin hazırlayır. Xalqlar arasında etimadsızlıq mühitini heçə endirir. Düşmənçilik əməkdaşlıqla əvəzlənir. Bu baxımdan Azərbaycan-Ermənistan münasibətlərində siyasi partiyalar, qeyri-hökumət təşkilatları, həmkarlar təşkilatlarının və digər qrumların təmsilçilərinin iştirakı ilə ikitərəfli əlaqələrin qurulması vacib ola bilər. Sülh üçün bu amilin də bir əsas yaradacağı mümkündür.

- Ermənistanda Fransa meydanında müxalifət qurduğu çadırları yığışdırdı. Sonrakı mərhələdə yeni bir etiraz dalğasının olması ehtimalı varmı?

- Rusiya indiki halda Ermənistanda aranı qatmağa çalışır. Sadəcə olaraq ola bilsin ki, indiki şərait Rusiyanın mövqeyinə uyğun olub deyə o bir qədər gözləmə mövqeyinə keçib. Əslində revanşistlər hər gün açıqlama verirlər ki, onların N.Paşinyan hakimiyyəti ilə mübarizəsi sona qədər davam edəcək.

- Azərbaycanla Ermənistan arasında son Brüssel görüşünün ardınca müəyyən irəliləyişlər müşahidə edildi. Amma prosesin indiki mərhələdə bir durğunluq dövrünə keçdiyi sezilir. Necə düşünürsünüz növbəti görüşə tərəflər hansı arqumentlərlə qatılacaq?

- Beynəlxalq münasibətlərdə zamanın o qədər də əhəmiyyəti yoxdur. Brüssel əslində bu prosesi başlatmaqla həm də dolayısı ilə Ermənistan-Azərbaycan arasındakı məsələlərdə iştirakçı tərəfə çevrilir. Ona görə də Brüssel bu məsələdən imtina etməyəcək. Burada prosesin həll edilib-edilməməsi Brüssel üçün o qədər də maraqlı deyil. Əsas məsələ odur ki, Ermənistan-Azərbaycan arasındakı əlaqələr yalnız Rusiyanın iştirakı ilə tənzimlənməsin. Burada həm də Avropanın da payı olsun. Bu baxımdan Brüsselin cəhdləri prosesi bütünlüklə Rusiyanın ixtiyarına buraxmamaqdır.
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ