Nikola yeni “kart-blanş”, Bakıdan sərt mesaj - NƏ BAŞ VERİR?
Siyaset
Oxunub: 309
18 in 2022 | 12:00
Nikola yeni “kart-blanş”, Bakıdan sərt mesaj - NƏ BAŞ VERİR?


Ermənistanda radikal-revanşist müxalifətin hakimiyyəti zorla ələ keçirmək üçün başlatdığı etiraz aksiyaları iki aya yaxın davam eləsə də, hədəfinə çatmadı. Geniş ictimai dəstəyə nail ola bilməyən “çadır müxalifəti”, nəhayət, İrəvanın mərkəzindəki çadırları necə qurmuşdusa, öz əli ilə də sökməli oldu.

“Satqın Nikol Paşinyana” qarşı az qala bütün maddi və qeyri-maddi resurslarını, Rusiyanın gizli dəstəyini işə salan revanşistl-daşnak tör-töküntülərinin öz məqsədinə niyə çatmadığı haqda kifayət qədər yazmışıq. Əsas səbəblər, əlbəttə ki, radikal müxalifətin irqçi və faşist xarakterli şüar və tezislərini erməni cəmiyyətinin ciddiyə almaması və radikalların xalqa inandırıcı “Yol xəritəsi” təqdim edə bilməməsidir. Yalnız ümumi şablon sözlər, “hakimiyyətə gələk, sonrasına baxarıq” tipli boş, populist vədlər.

Bu isə dağıdıcı və rüsvayçı müharibədən təzəcə çıxmış və müharibənin səbəblərini yaxşı anlayan, yaralarını sağalda bilməyən bir cəmiyyətdən ötrü indiki hakimiyyəti yıxmaq üçün yetərli dəlillər deyil. Üstəlik, hərəkatın parlaq və xarizmatik liderinin olmaması və etirazçıların əsasən köhnə xunta rejiminin - Sərkisyan-Köçəryan tərəfdarlarından ibarət olması da öz sözünü dedi.

Bəlli oldu ki, erməni xalqı bu qüvvələri bir daha hakimiyyətdə görmək istəmir - köhnə-təzə müxalifət taktikanı dəyişməyi vəd eləsə də. Yəni toplum ötən ilki parlament seçkiərindəki kimi, yenə “iki pisdən ən yaxşısı” olan Paşinyana üstünlük verdi, onu seçdi. Passiv şəkildə də olsa. Bunu 44 günlük savaşdan sonra “müharibə partiyası”nın ikinci ağır məğlubiyyəti sayan siyasi müşahidəçilər tamamilə haqlıdırlar...

*****

Məntiqlə son baş verənlər, mövcud əlverişli ictimai-siyasi durum Ermənistan baş nazirinin əlinə işləməli, onun üçün təzə “kart-blanş” rolu oynamalı və özünün elan elədiyi “sülh erası”nı daha inamla irəli aparmalıdır. Aparacaqmı? Əsas sual da budur. Çünki Paşinyan hələ ki Azərbaycan, Rusiya və Qərb üçün də “pislərin ən yaxşısı” olaraq qalır. Ancaq bu status əbədi olmaya bilər.

Odur ki, Paşinyan tələsməli, Azərbaycan və Türkiyə ilə barışıq məsələsində vaxtı uzatmaq naminə nala-mıxa vurmağa, Bakı və Ankaranın səbrini sınağa çəkməyə son qoymalı, real və praktik addımlara keçməlidir. Əks halda, bir qədər sonra onun “sülh erası”nın da bir ilğım olduğu və sırf öz iqtidarını qorumaq naminə ortaya atıldığına şübhə qalmayacaq. O halda isə onun hakimiyyətinin davamında nəinki daxildəki narazı toplum, həmçinin əsas xarici oyunçular, o cümlədən Azərbaycan, Qərb maraqlı olmaya bilər. Başqa variant görünmür.

*****

Söhbət sözsüz ki, ilk növbədə Bakının təklif elədiyi 5 məlum prinsip əsasında Azərbaycanla sülh müqaviləsinin imzalanması və sərhədlərin dəqiqləşməsi yönündə praktik addımların atılmasından gedir. Hansı proseslər ki, onların ləngiməsi Ermənistan daxilində təhlükəli qeyri-müəyyənliyin qalmasına, radikal müxalifətin ömrünün uzanmasına xidmət edir. Bakı ilə danışıqlar isə Ankara-İrəvan münasibətlərinə də bilavasitə təsir edir.

Əfsus ki, rəsmi İrəvanın bu xüsusda mövqeyi tam aydın deyil. Ermənistan rəhbərliyi ilk baxışda sülh müqaviləsinin imzalanmasına hazır görünsə də, tez-tez elə açıqlamalar verir ki, konstruktiv mövqeyi dərhal şübhə altına düşür. Məsələn, ədalətli sülh anlaşması hara, hələ də “ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində konfliktin məlum 3 prinsip əsasında həllinin vacibliyini” bəyan eləmək hara? Bunun adı ölkəmizə qarşı ərazi iddiasını davam etdirmək deyilsə, nədir? Yaxud status şərtini aparıb sülh müqaviləsinə bağlamaq cəhdləri.

Srağagün bu mövzuda danışan Nikol Paşinyan yenə konstruktiv, praqmatik görünməyə çalışıb. Hərçənd ikibaşlı ifadələrindən qalmayıb. Belə ki, parlamentin iclasında 2021-ci il dövlət büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı deyib ki, “Qarabağın statusu məqsəd deyil, oradakı ermənilərin təhlükəsizliyini təmin etmək üçün bir vasitədir”.

Erməni baş nazirinə görə, əgər əvvəllər danışıqların əsasını Qarabağın statusu təşkil edirdisə, indi əsas hüquq və təhlükəsizlikdir, status bundan yaranan bir məsələdir. “Bildiririk ki, bu vəziyyətdə status məqsəd deyil, bir vasitədir. O (vasitə - red.) Qarabağdakı ermənilərin hüquqlarını, azadlıqlarını və təhlükəsizliyini təmin etməlidir. Bu, beynəlxalq ictimaiyyət üçün başa düşülən yanaşmadır. Amma çox mühüm bir məsələ də var. Ermənilərin təhlükəsizliyini, hüquq və azadlıqlarını həqiqətən təmin edən istənilən status bizim üçün real həll yolu hesab edilməlidir”, - deyə o vurğulayıb və əlavə edib ki, bu gün Ermənistan qonşuları ilə tam hüquqlu sülhün və regionda sabitliyin bərqərar olması yolu ilə getməyə çalışır.

*****

Azərbaycan isə öz vətəndaşları sayılan Qarabağ ermənilərinin təməl hüquq və azadlıqlarını, eləcə də təhlükəsizliyini, normal güzəranını təmin eləməyə hazırdır. Bunu ən yüksək tribunalardan, ən yüksək səviyyədə, hətta 2-ci Qarabağ müharibəsinədək də dəfələrlə bəyan edib. Lakin bu, oradakı erməni icmasına başqa icmalardan üstün hansısa statusu nəzərdə tutmur. Çünki Azərbaycan konstitusiyaya görə, unitar dövlətdir.

Yəni hüquq və azadlıqlara, təhlükəsizliyə - “Hə”, statusa - “Yox”! Daha necə və nə deyilməlidir ki, erməni tərəfinin bəhanəsi qalmasın?

*****

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır və Azərbaycanı da onun ərazi bütövlüyünə qarşı analoji addımlar atmağa vadar edir”.

Bu sözləri dünən Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib. “Ermənistan bizim ərazi bütövlüyümüzü şübhə altına almaqda davam edərsə, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaqdan başqa çıxış yolu qalmayacaq”, - dövlət başçısı söyləyib.

Prezident həmişəki prinsipial mövqeyini təkrarlayaraq qeyd edib ki, tarix baxımından Azərbaycanın buna daha çox haqqı çatır: “Çünki ötən əsrin tarixi göstərir ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan 6 ay sonra - 1920-ci ilin noyabr ayında sovet hakimiyyəti ölkəmizin tarixi ərazisi olan Zəngəzuru bizdən alıb Ermənistana birləşdirib. Bu səbəbdən, əgər Ermənistan Qarabağ erməniləri üçün status tələb etməkdə davam edərsə, niyə azərbaycanlılar Qərbi Zəngəzur üçün status tələb etməsinlər? Çünki bu ərazinin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub”.

Azərbaycan lideri diqqətə çatdırıb ki, bu yol dalana dirənir: “Ermənistan hökuməti İkinci Qarabağ müharibəsindən dərs çıxarmalı və Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır”.

Prezidentin yuxarıdakı sitatı rəsmi İrəvana bu xüsusda son xəbərdarlıq mesajı sayıla bilər...
“Yeni Müsavat”
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...