Paşinyan Azərbaycana ismarış göndərdi - NƏ BAŞ VERİR?
Siyaset
Oxunub: 268
16 in 2022 | 18:20
Paşinyan Azərbaycana ismarış göndərdi - NƏ BAŞ VERİR?


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə Komissiyanın Qarabağla əlaqəsinin olmadığını bildirib.

O, bu barədə “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib. O, Bakı və İrəvan arasında fərqli danışıqlar formatının olduğunu və bu formatlardan birinin delimitasiya məsələsinə aid olduğunu vurğulayıb. Paşinyanın sözlərinə görə, Azərbaycan-Ermənistan dialoqunun ikinci istiqaməti tərəflər arasında münasibətlərin normallaşmasıdır. “Nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasını nəzərdə tutan 3-cü istiqamət də var”, - Paşinyan diqqətə çatdırıb.

Jurnalistin “Rusiya bu məsələdə daha çox Azərbaycanı dəstəkləyir?” sualına Ermənistan hökumətinin rəhbəri “Rusiya Federasiyası Ermənistanın strateji partnyoru və müttəfiqidir, amma onun Azərbaycanla da çox yaxın münasibətləri var”, - deyə cavab verib. O, bu xüsusda Rusiyanın Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının icrasında qarant kimi rolunun göründüyünü əlavə edib. Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Paşinyan bu açıqlaması ilə həm daxili ictimai rəyə, həm də Azərbaycana ünvanlanmış mesajlar verir. O, bir tərəfdən müxalifətə göstərmək istəyir ki, Azərbaycanla sərhədlərin delimitasiyasına dair Brüsseldə razılaşmanın əldə olunması Qarabağ məsələsində güzəşt getmək anlamına gəlmir. Ermənistanın Baş nazirinin digər ismarıcı Azərbaycana ünvanlanıb.

O, iki ölkə arasında sərhədlər müəyyənləşsə belə, Ermənistanın Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımadığına və status məsələsindən imtina etməyəcəklərinə işarə edir” .

Müsahibimiz bildirib ki, Azərbaycanla Ermənistan arasında münasaibətlərin nizamlanmasına dair Brüssel formatı var:

“Lakin Ermənistan tərəfi daxili müxalifətin etirazları fonunda bir qədər kənara çəkilir. Həmçinin, Ermənistan hakimiyyətinə Rusiya da müəyyən təzyiqlər göstərir. Göründüyü kimi, Ermənistan tərəfi manipulyasiya yol verir. Paşinyanın delimitasiya və demarlkasiya prosesinin Qarabağla əlaqəsinin olmamasına gəlincə, ilk növbədə, deyə bilərəm ki, Azərbaycan üçün münaqişə bitib.

Azərbaycanın Qərbdəki tərəfdaşları da bunu qəbul edir. Ümumiyyətlə, Qarabağ məsələsi Azərbaycanın daxili işidir. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimiyasiyası və demarkasiyası prosesinə Laçın dəhlizi də aiddir. Qarabağın etnik ermənilər yaşayan hissəsi Azərbaycanın daxili əraziləridir. Ona görə də Ermənistanın bu məsələdə hər hansı mövqe sərgiləməsi danışıqlar prosesinə zərbədir. Ermənistan Qarabağla bağlı mövqeyindən geri çəkilməlidir. Əks təqdirdə, proses Ermənistanın ziyanına olacaq. Paşinyan daxili auditoriyaya hesablanmış mesajlar verir. Onlar bildirirlər ki, Azərbaycanla dövlət sərhədlərinin tənzimlənməsinə baxmayaraq, Ermənstan Qarabağın statusu məsələsini gündəmdə saxlayacaq. Paşinyan da yaxşı bilir ki, Azərbaycan Ermənistanla Qarabağdakı ermənilərin statusu məsələsini müzakirə etmir. Azərbaycanın ermənilərə hər hansı status verməsi məntiqsizdir. Sadəcə olaraq, Paşinyan daxili auditiroya ilə hesablanmış manipulyasiya edir. Eyni zamanda, o, prosesi uzadır, Brüsseldə əldə olunmuş razılaşmaları yerinə yetirmir”.

Politoloqun fikrincə, Laçın dəhlizi də daxil olmaqla sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başa çatdırılmalıdır:

“Ümumiyyətlə, Paşinyan Qarabağ ifadəsini işlətməməlidir. Sadəcə, Ermənistanda baş verən etiraz aksiyaları fonunda o, bu cür ifadələrdən istifadə edir".
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh