Araiki istefaya razı salırlar, yoxsa... - NƏ BAŞ VERİR?
Siyaset
Oxunub: 410
11 in 2022 | 13:44
Araiki istefaya razı salırlar, yoxsa... - NƏ BAŞ VERİR?


Ermənistanın baş prokuroru Artur Davtyanın Xankəndinə qanunsuz səfəri, baş separatçı Araik Arutyunyanla görüşü narahatlıq və haqlı cavab tələbi yaradır: rəsmi Bakının etirazlarına rəğmən İrəvandan Qarabağa səfərlər davam edir, sülhməramlılar Laçın dəhlizindən Bakının icazəsi olmadan istədiklərini buraxırlar.

Bu, işğalçı ölkə baş prokurorunun 2020-ci ilin 10 noyabrından bəri Azərbaycan dövlətinin icazəsi olmadan Qarabağa artıq 3-cü gəlişidir. Xarici İşlər Nazirliyinin (XİN) bu qanunsuz səfərə şərhində deyilir ki, Ermənistan tərəfinin məsuliyyətsiz və təxribatçı addımı, bu ölkənin normallaşma prosesində səmimi olmadığını, o cümlədən beynəlxalq vasitəçilərin səylərinə kölgə saldığını bir daha nümayiş etdirir.

Sitat: “Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı atılan bu addım beynəlxalq hüququn fundamental norma və prinsiplərini pozmaqla yanaşı, post-münaqişə mərhələsində Ermənistan və Azərbaycan arasında münasibətlərinin normallaşmasına, o cümlədən bölgədə sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində göstərilən səylərə ciddi xələl gətirir”.

Amma erməni baş prokurorunun Xankəndinə belə “meyl” salması səbəbsiz olmaz. Yeri gəlmişkən, Davityan 44 günlük müharibədən sonra orduda özbaşınalıq və digər bu tipli cinayət işlərinin aparılması ilə də məşhurdur. Ermənistanın sabiq prezidenti Robert Köçəryan, üç keçmiş yüksək vəzifəli məmur - Seyran Ohanyan, Yuri Xaçaturov və Armen Gevorqyan haqda da cinayət işləri bilavasitə onun rəhbərliyi ilə aparılıb. Amma qeyri-qanuni və oyuncaq rejim quran separatçıların hansı “hüquqi yardıma” ehtiyacı ola bilər ki?

O halda əsas diqqəti Azərbaycanın barəsində cinayət işi başladığı və axtarışa verdiyi Araik Arutyunyana yönəltmək məntiqli olar. Baş prokuror yaxşı bilir ki, Araik ələ keçərsə, onu ağır cəza gözləyir. Onun barəsindəki cinayət işi Qarabağ ermənilərinin ziyanınadır. O səbəbdən ola bilsin ki, Paşinyan hakimiyyəti baş prokuroru qanunsuz olaraq Xankəndinə göndərir ki, Araiki separatçıların rəhbəri vəzifəsindən uzaqlaşmağa razı salsın.

Deputat Zahid Oruc isə iyunun 8-də deyib ki, Araikin həbsi zaman məsələsidir: “Azərbaycan onsuz da əvvəl-axır öz ərazilərinin hər qarışında suveren hüquqlarını bərpa edəcək. Bu, Qarabağda yaşayan ermənilərin də xeyrinədir. Onlar başa düşürlər ki, Azərbaycanın orta statistik qəsəbəsindəki əhali sayından azdırlar. Onların heç bir ərazi ilə xüsusi bağlantıları mövcud deyil. Ona görə də Arutyunyan və onun kimilərinə Ermənistan hakimiyyəti belə, ciddi yanaşmır. Rəsmi İrəvan özü də Araikə hansısa qurumun rəhbəri kimi baxmır, bu ifadəni dilinə gətirmir. Bu gün heç Nikol Paşinyanın dilindən də ”Dağlıq Qarabağ Respublikası" sözü çıxmır".

Bütün bu detalları nəzərə alaraq, Davityanın Araiklə görüşə gəlməsini separatçıların liderini istefaya razı salmaq məqsədi daşıması kimi qiymətləndirmək olarmı? Ümumiyyətlə, bu səfərlərin ardı-arası kəsilmir, nə zaman tam son qoyulacaq?

Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə analitik Sülhəddin Əkbər “Yeni Müsavat”a qeyd etdi ki, strateji planda baxsaq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Rusiya imperiyasının cənub strategiyasının bir elementidir. S.Əkbərin sözlərinə görə, birinci və ikinci Rusiya-Qacarlar müharibəsində ikincilər məğlub olduqdan sonra ermənilər torpaqlarımıza köçürüldü, sonra erməni dövləti yaradıldı, getdikcə də hüdudları genişləndirilib indiki vəziyyətə gətirildi: “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması da Ermənistanın genişləndirilməsi üçün Rusiya imperiyasının cənub istiqamətinin strateji məqsədlərinin tərkib hissəsi idi. Ermənilərə gəlincə, iki əsrdir ki, onların elitası bu məsələni milli ideya səviyyəsinə qaldırıb. Burada tək Rusiya yox, digər imperiyaların da rolu olub. Ona görə biz strateji dəyərləndirəndə bu iki faktoru - Rusiya imperiyasının strateji planı və ermənilərin milli ideyası amillərini nəzərə almalıyıq. Yəni Rusiya imperiyası bu gün Qarabağdan və ideyasından vaz keçməyib, ermənilər üçün də milli ideya olaraq yaşayır”.

S.Əkbər operativ-taktiki proseslərə gəlincə, vurğuladı ki, Rusiya Ukrayna ilə müharibə səbəbindən hərbi və iqtisadi cəhətdən dünyada nüfuzunu itirməkdə, zəifləməkdədir: “Rusiya narahatdır ki, xarici dövlətlərdə maraqları zərbə alacaq. Bu narahatlığı faktiki yaşamaqdadır. Suriyada Əsəd qüvvələri ilə birlikdə hava təlimi keçirməsi də təsadüfi deyil. Ona görə qabaqdangəlmişlik edirlər. Eyni zamanda Avropa İttifaqının danışıqlarda aktivləşməsi burada öz rolunu oynayır. Ancaq Ermənistanın baş prokurorunun Araiklə görüşüb onu istefaya razı salması, yaxud seçkiyə gediləcəyi daxili işləridir. Məsələ ondan ibarətdir ki, nə qədər Rusiya imperiyası torpaqlarımızdan çıxmayıb, bu cür təxribatlar, qanunsuz səfərlər davam edəcək. Buna son qoymaq üçün biz çalışmalıyıq ki, azad və sivil dünya ilə birlikdə olaq. Rusiya Ukraynada strateji məğlubiyyətə düçar olmalıdır ki, öz hərbi qüvvələrini Azərbaycandan çıxarmağa məcbur qalsın. Bu strateji planın həyata keçməsinə dəstək verəcəyik. Mən dövlətin addımlarını və milli maraqları anlayışla qarşılayıram, ehtiyatla siyasət aparırıq. Amma necə ki, dünya oktyabr-noyabra hazırlaşır, biz də Qarabağ məsələsini birdəfəlik həll etmək üçün azad dünya ilə birgə olmalıyıq. Bu kontekstdə son günlər ABŞ-la təmaslarımızın artması müsbət haldır. Mən hər zaman deyirdim ki, axsayan ən zəif nöqtəmiz Vaşinqtonla münasibətlər idi. Ona görə bu cür görüşləri müsbət dəyərləndirirəm”.

Siyasi şərhçi Asif Nərimanlı isə bir başqa məsələyə diqqət çəkir və baş prokurorun belə vaxtda gəlişini bu cür dəyərləndirir: “Xankəndindəki separatçı-terrorçu rejimin qondarma ”təhlükəsizlik şurası"nın iclasını keçiriblər. Həmişə “xarici təhlükə” adı ilə Azərbaycanın mümkün antiterror əməliyyatlarına hazırlaşan separatçılar bu dəfə “daxili təhlükəsizliyi” müzakirə ediblər. Əsas məqam “asayişi pozan şəxslərin müəyyən edilməsi”dir və bu, Ermənistandakı proseslər fonunda təsadüfi deyil. “Qarabağ klanı”nın separatçı rejimi ələ keçirmək, İrəvana Xankəndindən təzyiq etmək planı var. Bu məqsədlə Xankəndində silahlı qarşıdurma yaradıla bilər. Ötən ay “general-mayor” Samvel Karapetyanın Xankəndində silahlı atışması da bu ssenarinin mümkünlüyünü aktuallaşdırdı. Araikin “daxili təhlükəsizlik” və “asayişi pozan şəxslər” məsələsini gündəmə gətirməsi buna hesablanıb. Bu ssenari işə düşərsə, Bakı “ictimai asayişin bərpa edilməsi”, “erməni vətəndaşların təhlükəsizliyinin qorunması” əsası ilə müdaxilə etmək məsələsini gündəmə gətirə bilər".
“Yeni Müsavat”
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!