“Mən Laçına gedə bilmirəm... Erməni Laçında yolunu azır...” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Siyaset
Oxunub: 351
11 in 2022 | 15:00
“Mən Laçına gedə bilmirəm... Erməni Laçında yolunu azır...” - ZİBİLƏ DÜŞMÜŞÜK...


Yəqin, xəbəriniz var, təzə xəbərdən: Laçında- Laçın şəhərində növbəti dəfə qanunsuz sülənən bir erməni yolunu azıb Azərbaycan ordusunun nəzarətində olan əraziyə keçib...

Əyanilik üçün həmin "hörmətli" erməni qocanın "başsız" fotosunu da, Ermənistanın “ArmenianReport” nəşrinin dünən – iyunun 9-u saat 19:38-də yaydığı xəbərin tərcüməsini də olduğu kimi nəzərinizə çatdırırıq:

“Azərbaycan itkin düşmüş Berdzor(ermənilərin Laçın şəhərinə qoyduğu ad-S.L.) sakini A.A.-nı geri qaytarıb. Artsax Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.

İyunun 1-də itkin düşmüş şəxs barədə məlumat verilib. Kaşataq(Laçın, Qubadlı və Zəngilan rayonlarının tam işğalı dövründə qondarılmış “rayon”-S.L.) rayon polisi və Rusiya sülhməramlıları birgə axtarışa başlayıb. Məlum olub ki, həmin şəxs azıb və Azərbaycan tərəfinin nəzarətində olan əraziyə keçib.

Sülhməramlıların vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində iyunun 9-da saat 12:00 radələrində 69 yaşlı A.A. Kaşataq rayon polis şöbəsinin əməkdaşlarına təhvil verilib”.

Yəqin ki, hər çey aydın oldu. Rusiyanın, daha doğrusu Putin rejiminin nəzarətində olan Laçın rayon mərkəzində dinc(?) ermənilər də yaşayır, qondarma “Artsax” rejiminin “polisi” də fəaliyyət göstərir...

44 günlük müzəffər(!) savaşımızın bitməsindən bəri ermənilərin Laçında yolu azması və “Kaşataq” “polis”inə qaytarılması birinci hal deyil. Deməli qələbəmizdən 1 il 7 ay keçməsinə rəğmən hələ də Laçında – bizim “dəhliz” olaraq Ermənistan, Rusiya, nə bilim, Fransa tapdağına döndərilmiş doğma yurdumuzda ermənilər rahat yaşayır, mənim torpağımın, kəndimin, dağımın, meşəmin, çəmənimin havasını udur, suyunu içir, mən isə Bakının tozanağında hələ də - artıq 31-ci ildir ki, Laçını - həmin “dəhliz”dəki kəndimi görmək həsrəti ilə yanıb-qovruluram...

Bir acı gerçəklik də odur ki, bu gün mən Laçına getmək və “dəhliz”dəki doğma kəndimdə maşından düşüb ayağımın doğulub boya-başa çatdığım torpağıma dəyməsi üçün də yox ha, o torpağa, o kəndimin xarabalıqlarına uzaqdan yana-yana baxıb Kəlbəcər istiqamətindəki kəndlərə keçmək üçün ya yol mühəndisi, ya fəhlə, ya da çoban, arıçı cildinə girib adımı portala saldırmalıyam, ya qoyun dərisinə bürünüb qoyunların arasına sığınmalıyam, ya da arı yeşinin içində gizlənməliyəm, ən yaxşı halda kimlərəsə, hansısa qurumlara yalvarmalıyam ki, mənim adımı jurnalist kimi Laçının kəndlərində keçiriləcək hansısa tədbir iştirakçısı olaraq rəsmi qeydiyyata saldırsınlar... Amma Aşot, Samvel, Jora, Vartan, Haykanuş, Siranuş, Andranik dədə-babalarımın torpağında rahatca gəzir və üstəlik, hələ Şuşanın Kiçik Qaladərəsi, Böyük Qaladərəsindəki ermənilər “sülhməramlı”ların “icazəsi” ilə mal-qarasını, qoyununu bəy babamın torpaqlarında otarır, meşələrimin meyvəsini, giləmeyvəsini yeyir, ağaclarını qırıb yandırır, otlaqlarıımın otunu biçib heyvanlarına yedizdirirlər...

Andranik demişkən, Laçındakı ermənilər arasında məcazi mənada yolunu azanlar da xeylidir... Məsələn, “dəhliz”dəki “Aqavno” adlandırılmış Zabux kəndinin qanunsuz “mer”i, 2011-ci ildə həmin kəndə köçürülmüş suriyalı terrorçu Andranik Çavuşyan... 10 noyabr 2020-ci ildən bəri iki gündən bir əlində avtomat bəyanatlar verir ki, biz bu kənddən heç hara çıxan deyilik, hətta Rusiya hərbçiləri də gəldi, silahımızı vermədik... Bu yaxınlarda da “dəhliz”ə alternativ yolun çəkilişi ilə bağlı Laçın şəhərindəki kimi Zabuxdakı ermənilərin də köçürüləcəyi söhbətinə də sərt etiraz edib yolunu azmış Andranik...

Ay yoldaşlar, ay ağalar, ay cənablar... Andraniklərdən fərqli olaraq biz yolumuzu azmamışıq, kiminsə toyuğuna daş atmamışıq, dövlətin büdcəsini talamamışıq, kimdənsə rüşvət almamışıq, nə olar, şərait yaradın, 31 il öncə gəldiyimiz yolla geri qayıdıb heç olmasa, kəndimizdəki doğma evimizin xarabası qarşısında diz çöküb, onun uçuq divarlarını öpüb doyunca ağlayaq...

Vallah, siz Laçındakı ziyalılar yetirmiş doğma səfalı və şəfalı kəndimizin yerində “ağıllı” kənd tikib bizi oraya köçürüncə ya dəli olacağıq, ya da o torpaqlarımızdan uzaq torpaqlara qarışacağıq...

Sultan Laçın //moderator.az//
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib