Britaniya Azərbaycan və Türkiyənin də iştirak edəcəyi ittifaq yaradır - GƏLİŞMƏ
Siyaset
Oxunub: 282
11 in 2022 | 16:54
Britaniya Azərbaycan və Türkiyənin də iştirak edəcəyi ittifaq yaradır - GƏLİŞMƏ


“Gələcəkdə Böyük Britaniyanın yeni ittifaq yaradacağı, bura Polşa, Ukrayna, Türkiyə və digər dövlətlərin də qatılacağı haqda fikirlər var. Amma diqqətlə baxdıqda görürük ki, artıq belə bir ittifaq mövcuddur. Baxmayaraq ki, bu, sənəd üzərində deyil və tərəflər birgə olduqlarını rəsmən elan etməyiblər. Aydındır ki, kənardan ABŞ da belə bir ittifaq ideyasını dəstəkləyir”. Bunu Reyting.az-a professor Əli Abbasov deyib.

Əli Abbasov sözlərinə görə, yürüdülən siyasət göstərir ki, bu ölkələr birlikdədir:

“Avropanın bir mövqeyi var: bu mövqe ondan ibarətdir ki, “ruslara güzəşt etmək lazımdır, Rusiyanın qazı və nefti olmadan işləyə bilmərik”.

Digər mövqe ABŞ və Britaniyanın mövqeyidir. Bu mövqeyi Polşa, Baltikyanı ölkələr və Ukrayna da bölüşür. Sözsüz ki, Türkiyə də burada seçim etməlidir. Ya Avropa onu Avropa İttifaqının üzvlüyünə qəbul edilməlidir, ya yeni ittifaqa getməlidir, ya da Rusiya və Qərb arasında manevrlər etməklə irəliləməlidir. Açığı, Türkiyə indi apardığı siyasəti buraxmaq və anti-Rusiya koalisiyasında olmaq istəmir. Çünki ortada Suriya, Liviya və digər məsələlər var”.

Ə. Abbasov qeyd edib ki, artıq mövcud olan sazişlər və birliklər tədricən dağılır: “Avropa Birliyi indiki formada qalmayacaq, orada gedən prosesləri görürük. Türkiyə özü seçimini etməlidir. Britaniya sözsüz ki, belə bir ittifaqın əsasını qoyur və burada ABŞ-ın da özünəməxsus rolu olacaq. Məsələ ondadır ki, bu ittifaq Rusiya ilə siyasətini hansı formada quracaq”.

Ə. Abbasov diqqətə çatdırıb ki, Azərbaycanın da bu prosesdə hansı formada iştirak edəcəyi maraqlıdır: “Qənaətimcə, Türkiyə hansı qərarı qəbul edəcəksə, biz də bunu nəzərə alacağıq. Biz bu yolla gedəcəyik”.

Professor bildirib ki, son vaxtlar Türkiyə-Rusiya münasibətləri yüksək səviyyədədir və bu da Azərbaycana müəyyən üstünlüklər verir. “Xəta ondadır ki, sabah ruslar yoxa çıxdıqdan sonra Qərb bizə münasibətdə hansı mövqedən çıxış edəcək. Məncə, biz ehtiyatlı siyasət aparmalıyıq”,- deyə Ə. Abbasov əlavə edib.
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi