Rus sülhməramlılarının Tərtər və Suqovuşan istiqamətində müəmmalı fəallaşması - ZİBİLƏ DÜŞMÜŞÜK...
Siyaset
Oxunub: 278
9 in 2022 | 16:53
Rus sülhməramlılarının Tərtər və Suqovuşan istiqamətində müəmmalı fəallaşması - ZİBİLƏ DÜŞMÜŞÜK...


Rusiyanın sülhməramlı hərbi kontingenti son günlər Tərtərin Azərbaycan Ordusunun nəzarətində olan əraziləri istiqamətində fəallıq nümayiş etdirir. Bunu Moderator.az-ın Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının sülhməramlılara aid bölməsindəki araşdırması təsdiqləyir. Belə ki, son aylar Rusiya hərbçiləri başqa ərazilərə nisbətən hazırda inzibati-hüquqi cəhətdən Tərtər rayonuna aid olan məntəqələrdə daha tez-tez patrul xidmətləri həyata keçirirlər. Rusiya MN-in sözügedən saytındakı xəritələr üzrə müşahidələr göstərir ki, 2022-ci ilin martın 1-dən etibarən rayonun Azərbaycan Ordusunun nəzarətində olan strateji Qapanlı kəndi, Ağdamın Şotlanlı kəndinə yaxın məntəqələrdəki “Vostoçnıy” (“Şərq”) adlandırdıqları 20-ci post, Ağdərə şəhəri və Çiləbört kəndindəki 19-cu müşahidə postları arasında patrul xidməti fasilə verilmədən gündəlik olaraq həyata keçirilir.

İyunun 3-də isə deyilən məntəqələr arasındakı marşrutla yanaşı, Tərtər rayonu ərazisindəki Göyarx, Suqovuşan kəndi yaxınlığındakı 951 metrlik yüksəklik, Lüləsaz (21-ci post) və Çardaqlı kəndləri arasında da patrul xidməti icra edilib. Yeri gəlmişkən, son 1 il yarımdan çox müddətdə Azərbaycan media və ictimaiyyətinin, həmçinin Müdafiə və Xarici İşlər Nazirliklərinin tələb və iradlarına rəğmən Rusiya MN-in saytında Azərbaycan ərazisindəki bir sıra toponim və hidronimlər ermənilərin istədiyi kimi qeyd olunur. Bəhs edilən halda da Tərtərin Ağdərə şəhəri “Mardakert”, Çardaqlı kəndi “Maqavuz”, Lüləsaz kəndi “Akop Kamari”, Göyarx kəndi “Levonarx”, Çiləbört kəndi “Craberd” kimi qeyd olunub. Bundan başqa, iyunun 1-də Fransada fəaliyyət göstərən və bu ölkədə elan edilmiş “SOS Şərqin Xristianları” (“SOS Chretiens d’Orient”) ictimai təşkilatının rəhbərləri sülhməramlıların yaratdığı şərait sayəsində Laçın dəhlizindəki dövlət sərhədindən rahatca keçərək Xankəndinə gəliblər.

Qeyd edilənə görə, separatçı-terrorçu rejim rəhbəri Araik Arutyunyanla görüşdə xristianlıq pərdəsi altında gizlənən təşkilat rəhbərləri Qarabağ ərazisində “humanitar layihələri”, o cümlədən erməni apostol kilsəsinin Xankəndindəki yeparxiyasının binasının, həmçinin Tərtər rayonunun Ağdərə şəhərindəki kilsənin əsaslı təmiri məsələlərini və s. müzakirə ediblər". SOS Şərqin Xristianları" “ictimai” təşkilatının Suriyanın Həma əyaləti və ətrafında hərbi cinayətlərdə ittiham olunan Bəşər Əsəd rejimini dəstəkləyən yerli silahlılarla sıx əlaqələr saxladığı bəllidir. Belə bir mənfi imicə malik olan və din pərdəsi arxasında gizlənən cinayətkar bir təşkilata başçılıq edənlərin qanunsuz olaraq Qarabağa gəlməsi Rusiya sülhməramlılarının növbəti özbaşınalığı hesab oluna bilər. Bakının dəfələrlə etirazlarına baxmayaraq, tarixi Azərbaycan torpaqlarının adının xəritədə qondarma ermənicə yazılmasına, o cümlədən qanunsuz səfərlərə niyə son qoyulmur? Sülhməramlıların Tərtər istiqamətdə fəallaşmasına nə səbəb ola bilər? Dia.az-ın məlumatına görə, polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi Rusiya MN-in bu hərəkətlərinə susmalı deyil. Hərbi ekspertin sözlərinə görə, biz Rusiyanın şəhərlərinin adlarına hörmətsizlik etmirik, onlar nə üçün buna yol verməlidirlər?! “Rusiya get-gedə Qarabağda bizim üçün problemlər yaradır, sülhməramlılar öz səlahiyyətlərindən kənara çıxırlar. Buna susqun dayansaq, sabah digər xoşagəlməz addımları görə bilərik. Rus hərbi kontingenti bilməlidir ki, onlar qonaqdır və zamanı çatanda ərazilərimizdən gedəcəklər. Ona görə Rusiya Müdafiə Nazirliyi saytında özbaşınalıq etməməlidir”, - deyə Ü.Cəfərov vurğuladı.

Polkovnikin fikrincə, bizi bu hərəkətlərə öyrəşdirmək istəyirlər: “Ancaq reaksiya verməliyik. Son zamanlar bizim rəsmi qurumlar çox sakit mövqedən çıxış edirlər. Bu cür hərəkətlər bizi əsəbləşdirmək və qıcıqlandırmaq məqsədi daşıyır. Özlərini sanki bu torpaqların sahibi kimi aparırlar. Sülhməramlıların səlahiyyət zonası var və həmin yerlərdən kənara çıxmaları yolverilməzdir. Bu səlahiyyət zonası da üçtərəfli sənəddə göstərilib. Ancaq görünür ki, səlahiyyətlərini aşırlar. Bu məsələyə sərt şəkildə etiraz etməliyik ki, Rusiyanın siyasi-hərbi rəhbərliyi də məlumatlı olsun”.

Ü.Cəfərov Xankəndinə qanunsuz səfərlərə gəlincə, qeyd etdi ki, bu cür gediş-gəlişlər xeyli azalsa da, yenə də var. Polkovnik sülhməramlıların komandanı qarşısında konkret tələblər qoyulmalı olduğunu düşünür.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, sülhməramlıların fəallaşmasında dislokasiya ola bilər. Onun sözlərinə görə, Laçın dəhlizinə alternativ yol hazır olduqdan sonra sülhəramlıların həmin ərazilərdə hərəkətlənməsinə şahid olacağıq. QAT sədri hesab edir ki, sülhməramlıların orada müddətsiz qalmasını arzulayan terrorçu-separatçı rejimdir: “Araik və digərləri Avropa İttifaqı vasitəçiliyinə qarşı çıxırlar. Terror qrupu ilə revanşistlərin də fikirləri üst-üstə düşür. Hətta sülhməramlıların müddətsiz burada qalmasının tərəfdarıdırlar və bu məsələlərdə Rusiyaya istinad edirlər. Ona görə müəyyən dislokasiya addımları ola bilər”.

Azərbaycan ərazilərinin ermənicə göstərilməsinə gəlincə, A.Nağı hesab edir ki, bu, Rusiyanın düşünülmüş addımlarıdır: “Bu, Rusiyanın bölgədəki niyyətlərindən xəbər verir. Rusiya regionda mövcudluğunu saxlamağa çalışır. Bu problemlə bağlı onların qarşısında konkret şəkildə məsələ qoyulmalıdır ki, Xankəndi və ətraf ərazilər, küçələr Azərbaycan dilində verilməlidir. Çünki beynəlxalq xəritələrdə də bu qəbul olunub. Həmçinin ”Google map" belə düzəliş etdi, Xankəndində bütün küçələr, müəssisələr Azərbaycan dilində göstərilir. Rusiya Müdafiə Nazirliyi də Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Orada erməni əhalisi yaşaya bilər, amma ermənilərin tarixi torpaqları sayıla bilməz. Azərbaycan Qarabağdakı erməni əhalisinə vətəndaşlıq təklif edir, razılaşıb qanunlarımızla, üçrəngli bayrağımızın altında yaşasınlar. Xankəndi və ətraf bölgələrdə də bütün lövhələr, küçə adları bizim dilimizdə yazılacaq".
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib