Kreml mətbuatının anti-Azərbaycan savaşına necə cavab verilməlidir? - AKTUAL
Siyaset
Oxunub: 253
7 in 2022 | 18:20
Kreml mətbuatının anti-Azərbaycan savaşına necə cavab verilməlidir? - AKTUAL


Rusiyanın “RİA Novosti” xəbər agentliyinin internet saytı Azərbaycanda bloklanıb. Buna səbəb isə saytda Azərbaycanın Qarabağ ərazisindəki qondarma qurumun naziri Artak Beqlaryanın müsahibəsinin dərc edilməsi olub. Rusiya KİV-ləri təkcə bu gün deyil, 44 günlük Qarabağ Müharibəsi zamanı da birtərəfli mövqe sərgiləməyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə kölgə salacaq xarakterdə məlumatların yayılmasında böyük rol oynayıb.
“Rusiya KİV daha çox rəsmi KİV-ləri, xüsusən RİA Novosti kimi tanınmış və Rusiya dövlətinin rəsmi mövqeyini açıqlayan informasiya mənbəyinin Azərbaycana qarşı, Azərbaycanın siyasi kursuna qarşı, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi ilə bağlı ardıcıl olaraq, hədyan fikirlər, saxta fikirlər, xəbərlər yayması ilk hal deyil. Bu hadisələr əvvəllər də olub. Bizim üçün əsas təcrübə kimi kimi daha yaxın dövr olan 44 günlük müharibə zamanıdır. Həmin o dövrdə biz dostlarımızı da, düşmənlərimizi də təyin, müəyyən edə bildik”. DİA.AZ xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına politoloq Sədrəddin Soltan danışıb. Onun sözlərinə görə, müharibə dövründə də “RİA Novosti” onun “Sputnik Armenia” kimi şəbəkəsinin bir qrupu Azərbaycana qarşı olmazın saxtakarlıq edirdi: “Məsələn, Azərbaycan ərazisində guya hansısa terrorçu dəstənin vuruşması ittihamından tutmuş, yuxarı aşağı bütün əsassız iddialar əsasında məlumatlar yazılırdı. Sonrakı mərhələlərdə də bu informasiya agentliyi və onun bir qolu sayılan “Sputnik Armenia” bütün xəbərlərində, çıxışlarında Qarabağla bağlı saxta informasiyalar yayırdı. Xüsusən Qarabağdakı erməni separatçılarının liderinin təbliğ olunması, bu informasiya mənbəyi, vasitəsi üçün adi hala çevrilib.

Qarabağ, Azərbaycan ərazisidir. Öz ərazisini necə adlandırmaq Azərbaycanın müstəsna hüququdur və buna kimsə müdaxilə edə bilməz. Başqa dövlətlərin rəsmi agentliklərinin, qeyri rəsmi agentliklərinin həmin o ərazini başqa cür adlandırması Azərbaycanın suveren haqqlarını pozması deməkdir. Azərbaycana qarşı təbliğat aparması deməkdir”

Politoloq əlavə edib ki, “RİA Novosti”-nin şəbəkəsi sayılan “Sputnik Armenia” və “RİA Novosti”də, tez-tez Azərbaycanın inzibati ərazisinin fərqli şəkildə adlanmasına yol verilir. Son zamanlar separatçı ilə bağlı xəbərin yayılması da bu hadisələrdən biridir.

Sədrəddin Soltan qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında qarşılıqlı müttəfiqliyə dair sənəd imzalanıb. Bu sənədə əsasən tərəflər bir-birinin ərazi bütünlüyünə hörmət etməli və bir-birinə qarşı fəaliyyət göstərməməlidir. Hətta bir-birinin ərazi bütövlüyünü pozan qrupların və şəxslərin fəaliyyət göstərməsinə imkan verməməlidir. Amma “RİA Novosti” və “Sputnik” kimi informasiya agentlikləri Rusiya ərazisində Azərbaycanın ərazi bütövlüyünə, Azərbayacana qarşı təxribatla və bölücü fəaliyyətlə məşğul olur: “Bir ara Rusiya Ukraynadakı müharibənin gedişini Rusiyanın baxışından təhrif edənlərə cinayət işi açaçağı ilə hədələyirdi. O zaman bunu keçmiş müttəfiqlərə, qonşu ölkələrə də şamil edirdi. Hətta bəzi hallarda bir-sıra KİV nümayəndələrini təhdid belə etdi. Başqa ölkənin KİV-nə qarşı bu cür hədələyici mövqe tutan Rusiya dövləti öz ölkəsində Moskvanı və Kremli təmsil edən, Kremlin əsas informasiya ruporu sayılan “RİA Novosti”-nin fəaliyyətini tənzimləməlidir”.

Politoloq hesab edir ki, “TASS” agentliyinin də, “RİA Novosti”-nin fəaliyyətinə qarşı nəzarət etməlidir. Çünki “TASS” ilə “Ria Novosti”nin informasiyaları bir-birinə oxşar olur. Rusiya, Azərbaycanla münasibətdə rəsmi informasiya mənbələrinin xəbərlərinə görə də məsuliyyət daşıyır. RİA Novosti”, “Tass” və digər agentliklrədə yayılan xəbərlər həm də Rusiya Xarici İşlər Nazirliyinin, Kremlin və Rusiyanın başqa dövlət orqanlarının rəsmi mövqeyi kimi qəbul edilir. Bu baxımdan Rusiyanın Azərbaycana münasibəti kimi dəyərləndirilir. O

S.Soltan qeyd edir ki, Rusiyanın “RİA Novosti” agentliyi Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirir. Bu qurumun fəaliyyəti ilə bağlı Rusiyanın KİV-lə məşğul olan qurumu və Rusiyanın XİN-i Azərbaycana izahat verməli, eləcə də Rusiyanın Azərbaycandakı səfiri ölkəsinin rəsmi KİV-nin Azərbaycanın ərazi bütövlüyünün, Azərbaycanın suverenliyinə qarşı fəaliyyətinə görə, Azərbaycan XİN-ə çağrılmalı və ona Azərbaycanın mövqeyi çatdırılmalıdır.
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO