Qarabağ müharibəsində “Pakistan muzdluları” yalanı yenidən dövriyyədə - DÜŞMƏN İŞİ...
Siyaset
Oxunub: 306
4 in 2022 | 16:00
Qarabağ müharibəsində “Pakistan muzdluları” yalanı yenidən dövriyyədə - DÜŞMƏN İŞİ...


Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Hindistanda rəsmi səfərdə olub. Səfər çərçivəsində keçirdiyi görüşlər zamanı ənənəvi olaraq Azərbaycanın ünvanına həqiqətə uyğun olmayan fikirlər səsləndirib.

A.Mirzoyan növbəti dəfə yalan danışaraq heç bir tutarlı fakt ortaya qoymadan bəyan edib ki, İkinci Qarabağ müharibəsi zamanı Minsk Qrupunun həmsədr ölkələrinin kəşfiyyat orqanları pakistanlı muzdluların Azərbaycan tərəfindən döyüşdüyünü təsdiqləyib: “Bəli, belə bir məlumat var idi. Muzdluların əksəriyyəti Yaxın Şərqdən köçürülüb. Azərbaycan ”artsax"a qarşı müharibə zamanı Pakistan muzdluları tərəfindən dəstəklənib. Bunu ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin kəşfiyyat xidmətləri də təsdiqləyib".

Məlumdur ki, müharibə günlərində Azərbaycanı qaralamaq məqsədilə ölkəmizə qarşı “muzdlular” kartından istifadə olunurdu. Hamımızın yaxşı xatirindədir ki, erməni KİV-ləri, bir sıra xarici media orqanları Azərbaycan tərəfindən guya suriyalı, pakistanlı muzdluların döyüşlərə qatıldığını iddia edirdilər. Bundan əlavə, bu cür “feyk” iddialarla çıxış edən şəxslər sırasında Rusiyadan olan bəzi dövlət rəsmiləri də var idi. Lakin nə müharibə, nə də ondan sonrakı dövrdə Azərbaycana atılan bu böhtanları sübut edəcək heç bir fakt ortaya çıxmadı.

Həmsədr ölkələrin kəşfiyyat xidmətlərinin guya belə bir məlumat əldə edib yayması barədə Mirzoyanın dedikləri əlbəttə ki, növbəti erməni həyasızlığı, müharibədə acınacaqlı məğlubiyyətlərinə “izah” tapmaq cəhdləridir. Azərbaycan tərəfindən muzdluların cəlb edilməsi ilə bağlı davamlı olaraq tirajlanan ittihamlar tamamilə əsassızdır. Amma Qarabağ müharibəsində, xüsusilə Livandan Ermənistana muzdluların gətirilməsi təsdiqlənmiş faktdır.

Xatırladaq ki, Azərbaycan 2000-ci ildən etibarən 1970-ci il dekabrın 4-də qəbul edilən “Muzdluların cəlb edilməsinə, onlardan istifadə olunmasına, onların maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyaya qoşulub.

Mirzoyanın məhz Hindistana səfəri zamanı belə bir iddia ilə çıxış etməsi təsadüfi deyil. Bəllidir ki, Hindistanla Pakistan arasında Kəşmir problemi mövcuddur, Azərbaycan isə Kəşmir məsələsində dost Pakistanın maraqlarını dəstəkləyir. Bu baxımdan, Mirzoyanın məhz belə bir çıxış etməsi hindlilərə xoş görünmək məqsədi daşıyır. Ermənilər niyə bu yalanı yenidən gündəmə gətirirlər?

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədlinin bu məsələdəki mövqeyi belədir: “Artıq diplomatiyada özümüzü müdafiə deyil, hücum strategiyasını əsas yol kimi seçməliyik. II Qarabağ savaşında Livandan Ermənistan tərəfindən döyüşən ermənilər oldu. Muzdlu formada vuruşanlar da az olmadı. Rusiya-Ukrayna müharibəsi göstərdi ki, hər iki tərəfdə muzdlular döyüşür. Bunu açıq şəkildə rəsmi səviyyədə bildirdilər. Biz niyə bu məsələlərdən qaçmalıyıq? Təbii ki, Azərbaycan Ordusu torpaqlarını öz qəhrəmanlığı, şücaəti ilə azad edib. Ermənilər tərəfindən bu cür ittihamlar, şər-böhtan yağdırılanda cavabını gecikmədən verməliyik. Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, muzdluların hansısa bir tərəfdən vuruşması ayıb bilinmir. Onun üçün də belə mövzularda artıq müdafiə deyil, hücum yolunu tutmalıyıq. Hindistanda bu cür çıxışlar etmək təbii ki, onların xoşuna gəlmək üçündür. Pakistan və Hindistan müharibə şəraitində olan ölkələrdir. Aralarında Kəşmir kimi bir problem var. Ermənistan özünə yeni müttəfiqlər axtarır. Azərbaycan-Ermənistan münaqişəsində ermənilərə hər zaman Hindistan yaxın olub. Ermənilərə hansı ölkə yaxındırsa, Hindistan onlarla münasibət qurur. Bir sözlə, yeganə nüvə dövləti olan müsəlman Pakistanı həzm edə bilmirlər”.

Politoloq Züriyə Qarayeva Azərbaycanın yalnız siyasi dəstək aldığını söylədi: “Azərbaycan Ordusunun 44 günlük müharibədə düşmənə sarsıdıcı zərbə endirməsi və müharibənin qalibi olması əlbəttə ki, qarşı tərəfdə psixoloji travmalar yaşatmamış deyil. Bədxah düşmən hər zamankı kimi məğlubiyyət sindromunu Azərbaycana qara yaxaraq büruzə verir. İstər Pakistan muzdluları ilə bağlı, istərsə də digər məqamlarla bağlı dünyaya səs salmağa çalışdıqları ”fake" məlumatlar bizim üçün təəccüb doğurmur. Lakin bu kütlə qətiyyən anlamaq istəmir ki, istənilən iddianı sadəcə söyləmək deyil, həm də sübut etmək lazımdır. Qarabağın onlara məxsus olduğunu hansı “faktlarla sübut edə” biliblərsə, indi ordumuzun qüdrətinə kölgə salacaq iddialarını da eyni məzmunda “sübut edəcəklər”. Onlardan fərqli olaraq isə Azərbaycan kəşfiyyatında Ermənistan hakimiyyətinin Qarabağda kürd döyüşçülər üçün düşərgə qurması barədə konkret dəlillər var. Bizim Türkiyədən, Pakistandan və başqa qardaş ölkələrdən aldığımız dəstək yalnız mənəvi və siyasi dəstəkdir. Əgər hərbi əməkdaşlıq çərçivəsində aldığımız silahlar həmin ölkənin bizimlə vuruşduğu anlamına gəlirsə, o zaman ermənilərin bizdən fərqli olaraq “dilənərək” silah-sursat aldığı ölkələri də eyni şəkildə biz ittiham edə bilərik. Bunlar artıq bizim dövlətimiz üçün maraq kəsb etmir. Əsas nəticə ondan ibarətdir ki, Azərbaycan dövləti və ordusu heç bir beynəlxalq sənədin prinsipini pozmadan, əksinə, BMT Nizamnaməsinə, Cenevrə konvensiyalarına, Helsinki Yekun Aktına sadiq qalaraq öz ərazi bütövlüyünü təmin edib. Bundan sonra da həmin konvensiyaları əldə rəhbər tutaraq Ermənistanı öhdəliklərini icra etməyə vadar edəcək".
“Yeni Müsavat”
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO