Brüssel görüşü BÖYÜK SÜLHƏ yol açacaqmı? - GƏLİŞMƏ
Siyaset
Oxunub: 317
26 may 2022 | 17:25
Brüssel görüşü BÖYÜK SÜLHƏ yol açacaqmı? - GƏLİŞMƏ


“Rusiya artıq regional səviyyədən də aşağı dövlətdir. Rusiya BMT istisna olmaqla digər beynəlxalq təşkilatlardan uzaqlaşdırılıb. Yəni artıq beynəlxalq münasibətlərdə əvvəlki rola və təsir gücünə malik deyil. Rusiyanın bugünkü fəallığı isə “bir stəkan suda fırtına qoparmaq”dan uzağa gedə bilməyəcək. Bu ölkənin vəziyyəti getdikcə daha da ağırlaşır, Qərb dövlətlərinin ona təzyiqləri günbəgün güclənir. Bu fonda Rusiyanın post-sovet məkanına və dünyanın gündəmində olan məsələlərə müdaxilə etmək səyləri səmərə verməyəcək, əksinə, bumeranq kimi onun özünə qarşı çevriləcək”. Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Brüsseldə Avropa Birliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü keçirildi və bir sıra mühüm məsələlərlə bağlı şifahi anlaşma əldə edildi. Hətta Azərbaycan prezidenti və Ermənistan baş naziri Brüsseldən qayıtdıqdan sonra sərhəd komissiyasının yaradılması haqda sərəncam imzaladılar. Gəlişmələrin bundan sonrakı mərhələsi üçün gözləntiniz necədir?

- Məncə, sıçrayış sayıla biləcək hadisə baş verib. İlk dəfədir ki, tərəflər sülhyaratma prosesində bu qədər ortaq konsensusa gəlirlər. Artıq tərəfləri bir araya gəlməyə qoymayan məsələlər aradan qaldırılmış kimi görünür. Ermənistan rəhbərliyinin Qarabağ erməniləri və ATƏT-in Minsk qrupu ilə bağlı mövqeyinin dəyişməsi də diqqət çəkir. Tərəflər sülhyaratma prosesinin bütün parametrlərinə dair razılığa gəliblər. Söhbət kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşdirilməsi, anklavların geri qaytarılması, sülh müqaviləsinin hazırlanması üzrə işçi qrupunun yaradılması, mina xəritələrinin verilməsi və digər humanitar məsələlərin həllindən gedir. Artıq bu məsələlər razılaşdırılmış kimi görünür.

Hadisələrin bu böyüklükdə sıçrayışı Rusiyada müəyyən dairələri rəncidə edib. Rusiyadan olan müəyyən politoloqlar, deputatlar və Marqarita Simonyanın telekanalları proses əleyhinə təbliğat aparırlar, əngəllər yaratmağa çalışırlar. Amma Avropa Birliyi bu dəfə işini daha ehtiyatlı tutub. Brüssel sülhyaratma prosesinin monitorinqini aparacağını açıqlayıb. Hətta iyulun sonu-avqustun əvvəllərində növbəti görüşün təşkili ilə bağlı qabaqcadan razılaşma əldə edilib.

Zənnimcə, razılaşdırılmış məsələlərin həlli bölgədə sülhün və əmin-amanlığın yaradılmasına vəsilə ola bilər. Bu, Ermənistanla yanaşı, bölgənin digər dövlətləri üçün də sərfəlidir.

İrəli getməyə başlayan bu proses çərçivəsində Rusiya sülhməramlılarının bölgədən çıxarılması məsələsi də gündəmə gələ bilər. Bir sözlə, üçüncü Brüssel görüşündə tarixə düşə biləcək qərarlar qəbul edilib. Həmin qərarların icrası təmin edilsə, bu, tarixi görüş kimi yadda qalacaq və bölgədə sülhün bərqərar olmasına töhfə verən addımlar kimi hər iki liderin - həm Prezident İlham Əliyevin, həm də Baş nazir Nikol Paşinyanın adlarını tarixə həkk edəcək.

Sülh prosesinə əngəllər olduğundan əvvəlcədən daha nikbin fikirlər söyləmək istəmirəm, amma deyilənlər reallaşsa, gələcəkdə hər iki lideri böyük sülh mükafatı gözləyə bilər.

- Liderlər ölkələrinə qayıtdıqdan dərhal sonra Rusiya Xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistandan olan həmkarlarına zəng vurdu. Bu da o ehtimalı gücləndirdi ki, Rusiya Brüsselin vasitəçiliyindən narahatdır. Sizcə, Rusiyanın iradəsinin əksinə gedərək əldə edilmiş anlaşmaları reallaşdırmaq mümkündürmü və tərəflər buna gedəcəklərmi?

Ətraflı
- Rusiya artıq regional səviyyədən də aşağı dövlətdir. BMT istisna olmaqla o, digər beynəlxalq təşkilatlardan uzaqlaşdırılıb. Yəni artıq beynəlxalq münasibətlərdə əvvəlki rola və təsir gücünə malik deyil. Rusiyanın bugünkü fəallığı isə “bir stəkan suda fırtına qoparmaq”dan uzağa gedə bilməyəcək. Rusiyanın vəziyyəti getdikcə daha da ağırlaşır, Qərb dövlətlərinin ona təzyiqləri günbəgün güclənir. Bu fonda Rusiyanın post-sovet məkanına və dünyanın gündəmində olan məsələlərə müdaxilə etmək səyləri səmərə verməyəcək, əksinə, bumeranq kimi onun özünə qarşı çevriləcək.

Bu günlərdə Rusiyanın BMT-dəki missiyasının rəhbərinin müavini istefa verdi. O bildirdi ki, “20 ildir bu işdə çalışıram, heç vaxt Rusiya Xarici İşlər Nazirliyinin indiki kimi boş və mənasız işlərlə, intriqalarla məşğul olduğunu görməmişəm, bu qurumun fəaliyyətindən indiki qədər utanmamışam”.

Rusiyanın bütün dövlət qurumları, xüsusən də Xarici İşlər Nazirliyi totalitar bir sistemin həlqəsi kimi lüzumsuz və faydasız işlərlə məşğuldur. Buna görə də, Lavrovun Brüssel görüşü ilə bağlı dedikləri heç kim tərəfindən ciddiyə alınmadan diqqətdən kənarda qalacaq.

- Ukraynada çətin durumla üzləşən Rusiya Suriyadakı qüvvələrinin mütləq əksəriyyətini geri çəkib. Belə bir proses Ermənistan üçün də gözləniləndirmi, eləcə də Qarabağdakı sülhməramlılar üçün?

- Dediyim kimi, Rusiya beynəlxalq münasibətlərdəki vasitəçilik səylərindən, xüsusən də post-sovet məkanında oynadığı roldan tədricən uzaqlaşdırılır.

Bu gün ABŞ və Avropa Birliyinin qarşısında duran ən mühüm vəzifələrdən biri Rusiyanın Cənubi Qafqazdan uzaqlaşdırılmasıdır. Qərb artıq Özbəkistan, Türkmənistan və Qazaxıstan, eləcə də Azərbaycan neft-qazını Xəzərin dibindən keçməklə ölkəmiz üzərindən Avropa bazarlarına çıxarmaq layihəsini reallaşdırmaq üçün gərgin iş aparır. Bu yolda əngəl ola biləcək Rusiyanın bölgədən uzaqlaşdırılması geostrateji planda Qərbin qarşısında duran ən mühüm vəzifələrdən biridir.

Şübhə etmirəm ki, Rusiya neft-qazına alternativ ola biləcək Qazaxıstan, Türkmənistan, Özbəkistan və Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çıxarılması üçün Qərb tərəfindən istər NATO, istər ABŞ, istərsə də Avropa Birliyi səviyyəsində maksimum səy göstəriləcək. Yəni bölgədə sülhün təmin olunması və regionun Rusiyanın təxribatçı qüvvələrindən təmizlənməsi üçün lazım olan hər şey ediləcək.
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan