Azərbaycan XİN rəhbəri: “Hazırda Rusiyanın həmsədrlər adından irəli sürdüyü təkliflər üzərində işləyirik”
“Riqa sammitindən keçən dövr ərzində Parisdəki faciəvi hadisələr, Suriya sərhədindəki son proseslər də daxil olmaqla, çox dəyişikliklər baş verib.Biz terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizədə əməkdaşlıq etməliyik. Hazırda bu, gündəlikdə duran ən önəmli məsələdir”.APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Tiflisdə “Şərq Tərəfdaşlığı” ölkələrinin VI Qeyri-rəsmi Nazirlər Dialoqu Toplantısında deyib.
E. Məmmədyarov bildirib ki, Azərbaycan Avropa Qonşuluq Siyasətinin təsbit olunmuş fərqləndirmə yanaşmasını yüksək qiymətləndirir: “Fikrimizcə, miqrasiya və insan hüquqları, fundamental azadlıqlar və anti-radikalizm kimi məsələlərin müzakirəsində tarazlıq gözlənilməlidir. Həmçinin, Avropada İslamofobiya meyllərinin yayılmasının qarşısının alınması vacibdir. Şərq Tərəfdaşlığı Təşəbbüsünə üzv dövlətlər kimi tərəfdaş ölkələrdə insan hüquqlarının vəziyyətinə dair ünvanımıza mütəmadi əsasda tənqidlər səsləndirilir. Məsələ burasındadır ki, Avropa İttifaqının özündə insan hüquqlarının durumu maraq doğurur. Əgər biz həqiqətən də qarşılıqlı sahiblik prinsipindən danışırıqsa, o zaman vətəndaş cəmiyyəti qurumları Avropa İttifaqına üzv dövlətlərin ərazisində insan hüquqlarının pozulması kimi məsələləri də qeyd etməlidir”.
E. Məmmədyarov qeyd edib ki, enerji sektoru Avropa İttifaqı ilə münasibətlərimizdə aparıcı rol oynamaqda davam edəcək.
“Cənub Qaz Dəhlizi ilə bağlı işlər öz axarı ilə plana uyğun şəkildə davam etdirilir. Azərbaycandan qazın 2018-ci ilin sonu və ya 2019-cu ilin əvvəlində Avropaya çatdırılması nəzərdə tutulub. Qeyd edilməlidir ki, Cənub Qaz Dəhlizinin nəzərdə tutulmuş zaman kəsiyində reallaşdırılması baxımından Avropa İttifaqının dəstəyi vacibdir. Əməkdaşlığımızın digər mühüm sahəsi kimi nəqliyyat sferasını qeyd edə bilərəm. Azərbaycan, Türkiyə və Gürcüstanın ortaq təşəbbüsü olan İpək Yolu təşəbbüsü yalnız bizim üçün deyil, həm dən Mərkəzi Asiya ilə əməkdaşlığı sürətləndirməkdə maraqlı olan Avropa İttifaqı üçün əhəmiyyətlidir. Bu nəqliyyat dəhlizi Avropanı Azərbaycan, Türkiyə və Gürcüstandan keçməklə, ilkin mərhələdə bu region, gələcək perspektivdə isə Çinlə birləşdirəcək. Əməkdaşlığımızın bünövrəsində ən zəif həlqə istisnasız olaraq münaqişənin nizamlanmamasıdır. Biz hazırda həmsədrlər adından Rusiya tərəfindən irəli sürülmüş təkliflər üzərində işləyirik. Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması, məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında təmasların qurulması münaqişənin həlli istiqamətində mühüm elementlərdir və biz müzakirələrimizi bu elementlər üzərində cəmləşdirməliyik. Hər birimiz həll edilməmiş münaqişənin regionda əməkdaşlığa başlıca əngəl olması barədə fikirlərimiz üst-üstə düşür”, - deyə o əlavə edib.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi