Bakı və İrəvan ilk addımı atır: proses yerindən tərpənir - GƏLİŞMƏ
Siyaset
Oxunub: 258
16 may 2022 | 16:22
Bakı və İrəvan ilk addımı atır: proses yerindən tərpənir - GƏLİŞMƏ


“Biz “Dağlıq Qarabağ” ifadəsindən imtina etmişik. Bu ifadə artıq Azərbaycanın rəsmi və qeyri-rəsmi ritorikasında səsləndirilməyəcək. “Status”a gəldikdə, ümumiyyətlə, bu məsələni müzakirə etmək niyyətində deyilik. Amma burada da vasitəçilərin rolu öz təsirini göstərir. Ermənistan vasitəçilərin əlləri ilə bu məsələni qaldırır. Təəssüf ki, təkcə Ermənistan yox, vasitəçilər də bu məsələni gündəmdə saxlayırlar. Zaxarova və ya Lavrov ara-sıra bu haqda danışırlar. Çox güman ki, Avropa Birliyi də bu məsələdə Ermənistanı dəstəkləyir. Brüsseldə “status” ifadəsi işlədilməsə də, bunu başqa cür dilə gətirirlər”. Politoloq İlqar Vəlizadənin Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Gələn həftə Moskvada Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası və delimitasiyası komissiyasının ilk iclasının keçirilməsi planlaşdırılır. Rusiyanın vasitəçilik etdiyi bu prosesdən gözləntiniz necədir?

- Moskva tərəflərə təklif edir ki, komissiyanın işi Rusiya Baş Qərargahında olan xəritələr əsasında qurulsun. Yəni Rusiya güman edir ki, bu məsələdə tərəflərə praktiki yardım edə bilər. Çünki Rusiya Baş Qərargahında olan xəritələr yalnız onlarda var. Bu xəritələrdə sovet dönəmində mövcud olmuş sərhədlər öz əksini tapıb. Rusiyanın istəyi və ya ümidi bundan ibarətdir. Bu da Rusiyanı prosesdə təsiredici tərəf kimi ön plana çıxara bilər. Hər halda Rusiyanın istədiyi bundan ibarətdir.

- Brüsselin də Azərbaycan və Ermənistan arasında başlatdığı bir sülhyaratma prosesi var. Bəs Rusiyanın fəallığı fonunda bu prosesin taleyi necə ola bilər?

- Brüsselin də hər iki tərəfə texniki baxımdan yardım göstərmək niyyəti var. Avropa Birliyi Azərbaycan və Ermənistana mütəxəssis və texniki yardım etmək istəyini çatdırıb. Texniki yardım tərəfləri xüsusi avadanlıqlarla təmin etmək və hansısa işlərlə bağlı yerində kömək göstərməklə bağlıdır. Hesab edirəm ki, Azərbaycan və Ermənistan Avropa Birliyinin bu təkliflərindən də yararlanacaq. Bütün hallarda isə hansısa vasitəçinin aktivliyi tərəflərə əl vermir, çünki onlar prosesin kiminsə manapoliyasında qalmasını istəmirlər.

- Ortada iki vasitəçi var: Brüssel və Moskva. Bir də yalnız Bakı və İrəvanın iştirak edəcəyi ikitərəfli formatdan danışılır. Sizcə, Azərbaycan və Ermənistan bunlardan hansına üstünlük verə bilər, yaxud tərəflər yola hansı formada davam etməkdə maraqlıdırlar?

- Azərbaycanla yanaşı, Türkiyə də təklif edir ki, tərəflər nə qədər vasitəçisiz əlaqələr qursalar, bu, bir o qədər faydalı olacaq. Lakin Ermənistan bunu istəmir. Çünki Ermənistan vasitəçiləri Azərbaycana qarşı təzyiq mexanizmi kimi görür. Məsələn, İrəvan hansısa məsələnin həllinə iradəsi, nüfuzu və potensialı çatmayanda vasitəçilərin imkanlarından istifadə edərək, Azərbaycana təsir göstərməyə çalışır. Bu, həmişə belə olub, Ermənistan indi də bu praktikadan əl çəkmək istəmir. Buna görə də, vasitəçilərin dövriyyəyə girməsi qaçılmaz olur.

- Ermənistanın irəli sürdüyü 6 prinsip də müzakirə mövzusudur. Ermənistandan verilən mesajlarda bura “Dağlıq Qarabağın statusu” məsələsinin də daxil edildiyi bildirilir. Bəs bu məsələ hansı şəkildə həll oluna və ya Azərbaycan bu çərçivədə ermənilərə maksimum hansı güzəştə gedə bilər?

- Biz “Dağlıq Qarabağ” ifadəsindən imtina etmişik. Bu ifadə artıq Azərbaycanın rəsmi və qeyri-rəsmi ritorikasında səsləndirilməyəcək. “Status”a gəldikdə, ümumiyyətlə, bu məsələni müzakirə etmək niyyətində deyilik. Amma burada da vasitəçilərin rolu öz təsirini göstərir. Ermənistan vasitəçilərin əlləri ilə bu məsələni qaldırır. Təəssüf ki, təkcə Ermənistan yox, vasitəçilər də bu məsələni gündəmdə saxlayırlar. Zaxarova və ya Lavrov ara-sıra bu haqda danışırlar. Çox güman ki, Avropa Birliyi də bu məsələdə Ermənistanı dəstəkləyir. Brüsseldə “status” ifadəsi işlədilməsə də, bunu başqa cür dilə gətirirlər. Onlar deyirlər ki, “ermənilərin gələcək müqəddəratı” müəyyən olunmalıdır. Yaxud “ermənilərin haqlarının məyyən edilməsi”ndən danışırlar. Avropa Birliyi “status” məsələsini bu prizmadan gündəmə çıxarır.

Bir sözlə, əsas çətinlik budur ki, bunu Ermənistanla yanaşı, vasitəçilər də istəyirlər. Azərbaycan isə Qarabağda yaşayan ermənilərə öz konstitusiyası çərçivəsində təhlükəsizlik zəmanətləri verir. Əgər təhlükəsizlikdən danışırıqsa, orada təkcə ermənilər yox, azərbaycanlılar da yaşamalıdır və onların da təhlükəsizliyi təmin edilməlidir. Azərbaycanlılar da öz yurd-yuvalarına qayıtmalıdırlar. Bu baxımdan, biz ermənilərlə birlikdə yaşamaqda heç bir problem görmürük. Amma bunun təmin olunması üçün müəyyən şərtlər var ki, bunlar yerinə yetirilməlidir. İlk növbədə, ermənilər Azərbaycan vətəndaşları olduqlarını və ya ölkəmizin pasportlarını qəbul etməlidirlər. Bundan sonra Azərbaycan vətəndaşları kimi onların təhlükəsizliyindən biz məsuliyyət daşıyacağıq. Vətəndaşlarının təhlükəsizliyini təmin etmək dövlətin vəzifəsidir. Azərbaycanın digər vətəndaşlarına hansı münasibət varsa, erməni əsilli vətəndaşlarımıza da o münasibət sərgilənəcək.

Ermənilərə xüsusi imtiyazların verilməsinə gəldikdə, bu, istisna olunur. Qarabağda yaşayan ermənilər bizim konstitusiyamızın tələblərinə əməl etməlidirlər. Məsələyə “gələcək müqəddəratın müəyyən edilməsi” prizmasından yox, özünüidarəetmə prizmasından baxmaq olar. Bu, Azərbaycan konstitusiyasında təsbit olunub, xüsusilə də bələdiyyələrlə bağlı. Eyni zamanda, bələdiyyələr haqqında qanun da var. Bələdiyyələrin fəaliyyətləri və iş prinsipləri də bu qanunla müəyyən olunub. İndi ermənilər də bu qanundan yararlana bilərlər.

Azərbaycan cəmiyyəti maraqlıdır ki, bələdiyyələr funksional və ya faydalı mexanizm kimi fəaliyyət göstərsinlər. Yəni bu məsələyə də, bələdiyyələrin rolunun artırılması prizmasından baxa bilərik. Dediyim kimi, bunların hamısı Azərbaycan Konstitusiyası çərçivəsində olmalıdır.

- Ermənistandakı Azərbaycan anklavlarının qaytarılması məsələsi də gündəmdədir. Ermənistan Milli Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryan təklif edir ki, Ermənistanın anklavı (Başkənd) Azərbaycana, Azərbaycanın anklavları (Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi) da Ermənistana verilsin. Məsələnin həll yolu budurmu, Azərbaycan həmin təkliflə razılaşa bilərmi?

- Artıq Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bununla bağlı açıqlama verib. O, bunun mümkün ola bilməyəcəyini deyib və qeyd edib ki, məsələlər sərhəd komissiyasının işi çərçivəsində həll olunmalıdır. Mənim fikrim isə budur ki, anklavların dəyişdirilməsi ideyası zərərlidir. Çünki Azərbaycanın Ermənistan ərazilərində yerləşən anklavları strateji əhəmiyyət kəsb edir. Bu anklavlar mühüm kommunikasiyalar üzərində yerləşir. Bu kəndlərin hərbi strateji önəmi də var. Buna görə də, bu kəndlərin dəyişdirilməsi düzgün olmazdı.

Ümumiyyətlə, biz həmişə müxtəlif dövrlərdə müəyyən ərazilərimizin ermənilərə verilməsini pisləmişik. Bu gün də pisləyirik, bu yolverilməzdir. İndi bu “praktika”nı davam etdirməyəcəyik. Ona görə də bunun faydalı ideya olduğunu düşünmürəm.
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı