Rusiya sülhməramlıları Qarabağdan çıxacaq:Yerini Türkiyə tutacaq - GƏLİŞMƏ
Siyaset
Oxunub: 321
11 may 2022 | 19:49
Rusiya sülhməramlıları Qarabağdan çıxacaq:Yerini Türkiyə tutacaq - GƏLİŞMƏ


Rusiya Ukraynadakı hərbi mövcudluğunu gücləndirmək üçün Suriyadan qoşunlarını çıxarmağa başlayıb.

Bu barədə "The Times of Israel" qəzetinin yaydığı məlumatı Rusiya tərəfi təkzib etməyib. Qeyd edilir ki, Rusiyanın bir neçə hərbi birləşməsi Suriya ərazisindən Aralıq dənizinin üç naməlum hava limanına köçürülüb və onlar həmin hava limanı vasitəsilə birbaşa Ukraynaya göndəriləcək. Məlumata görə, Rusiya ordusunun boşaldılan bazaları İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İranın dəstəklədiyi Livan “Hizbullah”ının qüvvələrinə təhfil verilib.

Qeyd edək ki, Ukraynada müharibənin uzanacağı təqdirdə Rusiyanın başqa regionlardakı Silahlı Qüvvələrini geri çəkməyə məcbur olacağı barədə proqnozlar hələ bir müddət əvvəl səslənirdi.

Müharibənin birinci mərhələsində Ukraynada daha çox gənc çağırışçı əsgərlərin kütləvi itkisi ilə üzləşən Rusiya sonradan taktikanı dəyişərək onları müqaviləli hərbçi heyəti ilə əvəz etməyə üstünlük verdi. Bu səbəbdən yaranmış boşluğu doldurmaq üçün Rusiyanın Azərbaycandakı sülhməramlı qüvvələrinin, Ermənistandakı 102 saylı hərbi baza və Abxaziyadakı qoşunlarının bir hissəsi döyüşlərdə iştirak etmək üçün Ukraynaya göndərildi.

Lakin Rusiyanın Ukraynadakı itkilərinin sayı 26 minə çatıb. Gözlənilənlərin əksinə olaraq, Prezident Vladimir Putin səfərbərlik elan etmədi. Görünür, Kreml Ukrayna cəbhəsində ordunun sayını Rusiya ilə həmsərhəd olmayan uzaq regionlardakı hərbi kontingentin hesabına artırmaq qərarına gəlib. Çünki Ukrayna hazırda Rusiya üçün Suriyadan daha vacib strateji əhəmiyyət daşıyır.

Xüsusilə də müharibə Rusiya sərhədlərinin yaxınlığında gedir. Ukrayna ordusu Xarkov istiqamətində Rusiya sərhədinə çatıb. Rusiya isə bütün qüvvəsi ilə Donbası tam nəzarətə götürməyə və Odessa vilayətini işğal etməklə Ukraynanın Qara dənizə çıxışını bağlamağa çalışır. Əks təqdirdə, bu planın pozulması Ukrayna ordusunun Xersonu azad etməsi Krımın Rusiyanın qaytarılması uğrunda yeni müharibənin başlanmasına səbəb olacaq. ABŞ Prezidenti Co Baydenin “Lend-Liz” qanununu imzalanmasından sonra Ukraynaya uzaq məsafəni dəqiqliklə vuran ağır silahlar, raketlər və döyüş təyyarələrinin veriləcəyi gözlənilir. May ayının sonları, iyun ayının birinci həftəsində Ukraynanın ABŞ-dan və digər Qərb ölkələrindən aldığı müasir silahlardan istifadə etməklə əks-hücuma hazırlaşdığına dair məlumatlar var.

Bu da işğal olunmuş ərazilərin, o cümlədən Donbasın və Krımın Rusiyanın nəzarətindən çıxması ilə nəticələnə bilər. Ona görə də Rusiyanın başqa regionlardan çəkilərək daha çox həmsərhəd ərazilərdə hərbi və geosiyasi mövqelərini möhkəmlətməyə çalışdığını görmək olar. Rusiyanın Suriyadan çəkilməsinin digər səbəbi maliyyə və hərbi təhcizat problemi ilə izah oluna bilər. Qeyd edək ki, Rusiyanın Suriya ərazisində iki böyük hərbi bazası var. Bunlar Aralıq dənizi sahilindəki Tartus hərbi dəniz bazası və Hmeymdəki hərbi hava bazasıdır.

Ümumilikdə, Rusiya Suriya ərazisində 63 min nəfərlik silahlı qüvvə saxlayır. Ancaq son qərar onların maliyyələşməsi və hərbi təhcizat imkanlarında çətinlik yarandığını göstərir. Kreml hərbi xərclərin təyinatını dəyişərək daha çox Ukrayna cəbhəsinə yönəltməli olub. Sözügedən problemin yaranmasının digər səbəbi sanksiyaların Rusiyanın iqtisadiyyatına və hərbi sənaye kompleksinə təsiri ilə bağlıdır. Bu baxımdan, müharibə uzanacağı təqdirdə, Rusiyanın Tacikistandakı, Ermənistandakı hərbi bazalarını və Azərbaycan ərazisindəki sülhməramlı qüvvələrini də çıxartmaq məcburiyyətində qalacağı barədə proqnozlar özünü doğrulda bilər. Dia.az-ın məlumatına görə, politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında bildirdi ki, ABŞ-ın əsas məqsədi Rusiyanı Ukrayna ilə yanaşı, geosiyasi maraqlarının olduğu digər regionlardan çıxartmaqdır. Ekspert hesab edir ki, bu prosesin Cənubi Qafqaza transfer etməsi bölgədə türkiyənin Rusiyanı əvəzləməsi ilə nəticələnəcək:

“ABŞ müharibənin bitməsində maraqlı deyil. Çünki hazırda atəşkəsin əldə olunması yalnız Rusiyanın maraqlarına xidmət edir. 9 May Qələbə paradında Prezident Putinin çıxışından da hiss olunurdu ki, Kreml rəhbəri müharibənin davam etməsində Rusiyanın perspektivini görmür. Ona görə də Rusiyanın əsas məqsədlərindən biri müharibənin dayanması və dondurulmasıdır. Bu baxımdan, yaxın günlərdə Ukraynanın şərqində, yəni Donbasda Rusiyanın hücumlarının intensivləşməsini görə bilərik. Burada əsas məqsəd Donetsk və Luqansk vilayətlərinin, mümkün olarsa, Xerson vilayətinin inzibati sərhədlərini, ardınca isə Nikolayev və Odessa kimi strateji əhəmiyyətə malik limanları işğal etməkdir. Bundan sonra Rusiya həmin əraziləri nəzarətdə saxlamaqla müharibəni dondurmaq və diplomatik müstəvidə zaman qazanmağa çalışır. Əlbəttə ki, bu plan nə Ukraynanın, nə də Rusiyanı çökdürmək istəyən Qərb dünyasının geosiyasi maraqlarına cavab verir. ABŞ Prezidenti dərhal “Lend-liz” proqramını təsdiqlədi. Bu, Ukraynaya yüksək dəqiqlikli öldürücü silahların veriləcəyi və müharibənin uzanması deməkdir. Əsas hədəflərdən biri Rusiya qoşunlarının Ukraynanın işğal olunmuş ərazilərindən tamamilə Rusiya sərhədinə qədər qovulmasından və bunun davamı olaraq Krımın azad edilməsindən ibarətdir. Əgər müharibə dondurulmuş mərhələyə keçsə, gələcəkdə Krımı azad etmək Ukrayna üçün böyük problemə çevriləcək. Bu gün isə Ukrayna müharibənin çətin dövrünü keçib və artıq xalqı Rusiya xofu ilə qorxutmaq mümkün deyil. Ona görə də hesab edirəm ki, Ukrayna yaxın vaxtlarda Qərbin verdiyi müasir silahlarla hücuma keçəcək və Rusiya ordusunu qovub ölkədən çıxartmaq mümkün olacaq. Rusiya bundan sonra Ukraynanın müharibə “bataqlığı”nda çökdürüləcək”.

Ekspert bildirib ki, müharibənin uzadılmasında əsas məqsəd Ukrayna cəbhəsindəki geosiyasi məğlubiyyətin Rusiyanın maraqları olan digər regionlara da transfer etməsidir:

“Biz bunu artıq Cənubi Qafqazda görürük. Tezliklə biz bu prosesin Mərkəzi Asiyada, Yaxın Şərqdə şahidi olacağıq. Artıq bunun əlamətləri görünür. Rusiya Suriyadan qoşunlarını çıxartmağa başlayıb. Çünki Ukraynada döyüşən ordu çatışmazlığı var. Rusiyanın yeni çağırışçılarla Ukraynadakı prosesi davam etdirə bilməyəcəyi göz önündədir. Ona görə də Rusiyanın geosiyasi maraqları olan bölgələrdə olan qoşunları çıxarılacaq. Rusiyanın Donbası, Xersonu işğal etməsi üçün yeni döyüşən orduya ehtiyacı var. Belə bir ordu artıq Rusiyada yoxdur. Hərbi xidmətə çağırış gizli də olsa, davam etdirilə bilər. Lakin bunun Rusiyaya ciddi uğur gətirəcəyini demək olmaz. Rusiya rəhbərliyi səfərbərlik elan etmək istəmir. Çünki Rusiyada artıq yeddi hərbi komissarlıq binası yandırılıb. Yəni Rusiya əhalisi öz oğullarını Ukraynada döyüşmək üçün vermək istəmir. Suriyada başladılan bu proses Rusiyanın geosiyasi marağı olan digər bölgələrə də sirayət edəcək. ABŞ-ın əsas qayəsi də budur”.

Natiq Mirinin sözlərinə görə, Rusiya Cənubi Qafqazdan çəkilmək məcburiyyətində qalarsa, bölgədəki yerini ABŞ-ın və Avropa Birliyinin deyil, Türkiyənin tutmasında maraqlı olacaq. Bununla bağlı Rusiya və Türkiyə arasında razılaşma da əldə oluna bilər. Hətta Rusiyanın Suriyadan çəkilməsi Türkiyənin Yaxın Şərqdə mövqelərini möhkəmlədəcək:

“Bu prosesin yalnız Qarabağda deyil, Suriyada da başlanması üçün potensial var. Rusiya tərk etdiyi mövqelərini İrana və “Hizbullah”a təhvil vermək istəsə belə, Türkiyənin Suriyada dördüncü hərbi əməliyyatlara başlamaq ehtimalı böyükdür. Yaqranamış boşluğu doldurmaq üçün Türkiyə hərəkətə keçə bilər. Keçmişdə razılaşdırılmış Menbiç, Kobani kimi strateji bölgələri Türkiyə öz nəzarətinə alsa, rəsmi Ankara həmin bölgələrdə yeni yaşayış məskənlərinin salınmasını planlaşdırır. Bu isə Türkiyənin suriyalı qaçqınlar problemini həll etməsi demək olacaq. Bu məsələ yalnız Qarabağda deyil, Rusiyanın marağı olduğu bütün bölgələrdə eynidir. Ona görə də Rusiya Suriyada öz yerini İrana verdiyi kimi Qarabağda da Türkiyəyə transfer edə bilər. Ancaq bu, Rusiyanın istəyinə uyğun şəkildə baş verməyəcək. Sadəcə olaraq, Rusiya məğlub duruma düşdükdən sonra sülhməramlı qüvvələrin Azərbaycan ərazisində qalması heç bir əhəmiyyət daşımayacaq. Rusiyanın Qarabağdan çəkilməsi məcburi vəziyyətdir və proseslər ona doğru gedir. Ermənistan rəhbərliyinin Rusiyanın orbitindən Qərbə doğru qaçması da bununla bağlıdır. Rəsmi İrəvan anladı ki, Rusiyanın perspektivi yoxdur və uduzan tərəfin yanında yer almaq istəmir”.
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı