“Təxribatçı ermənilərə qarşı üç günlük hərbi əməliyyat xeyrimizə ola bilər” - ÇAĞIRIŞ
Siyaset
Oxunub: 342
5 may 2022 | 17:16
“Təxribatçı ermənilərə qarşı üç günlük hərbi əməliyyat xeyrimizə ola bilər” - ÇAĞIRIŞ


“Ermənilər yeni təxribatlar törədə bilər. Bunun Rusiyanın təsiri altında baş verməsi də mümkündür. Bu gün İrəvanda Nikol Paşinyana qarşı real müxalif qüvvə “Qarabağ klanı”nın təmsilçiləridir. Onlar uzun illər hakimiyyətdə olublar və Ermənistan ordusunun daxilində də Paşinyanı sevməyən zabitlər var ki, onlar Azərbaycana qarşı təxribatlara əl ata bilərlər. Məncə, həmin qüvvələr vəziyyəti gərginləşdirməyə çalışacaqlar ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları pozulsun”. DİA.AZ xəbər verir ki, bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə deyib.

Onun sözlərinə görə, Ermənistanla-Azərbaycan arasında sülh müqvailəsi imzalanana qədər gərginlik olacaq və ermənilərin təxribata əl atması istisna edilmir: “Amma mən bildiyim qədər, Azərbaycan tərəfi belə təxribatların qarşısını almağa hazırdır. Düşünürəm ki, təxribatçı ermənilərə qarşı üç günlük hərbi əməliyyat xeyrimizə ola bilər. Atəş başlasa, aydındır ki, bizimkilər cavab zərbəsi endirəcək və bir qədər də irəliləyəcəklər. Deməli, növbəti danışıqlarda bizim arqumentimiz daha çox olacaq. Sadəcə, bundan hələlik ona görə istifadə etmirik ki, müqaviləni və razılaşmaları pozmayaq. Yox, əgər onlar pozacaqlarsa, Fərrux yüksəkliyindəki hal təkrarlanacaq. Fərrux istiqamətində də ermənilər təxribat etdilər, atəş açdılar. Bizimkilər də qısa əməliyyat keçirib, Azərbaycana məxsus həmin ərazini nəzarətə götürdü. Qısası, danışıqlar getməlidir. Əgər onlar bunu istəmirlərsə, o zaman biz necə hesab ediriksə, o cür də hərəkət edəcəyik”.

Ekspert indi ermənilərin hərbi imkanlarının da reallıq da olmadığını deyib: “Əvvəla, onların hərbi texnikası azdır. Həm də onlar bilirlər ki, biz bu texnika ilə necə rəftar etmişik. Eyni zamanda Ermənistan ordusunda insan resursları zəifdir. Həmçinin motivasiya, əhval-ruhiyyə aşağıdır. Onlar reallıqda Azərbaycan Ordusundan qorxurlar. Üstəlik də coğrafi əhəmiyyətə malik yüksəkliklər bizim nəzarətimizdədir.

Bundan başqa, indi Rusiyanın onlara real dəstək və kömək etmək imkanı yoxdur. Əksinə, Gümrüdəki hərbi bazanın bir hissəsini Ukraynaya aparıblar. Elə Qarabağdakı sülhməramlıların da müəyyən hissəsini Ukraynaya göndəriblər. Odur ki, indi Ermənistanda Rusiyanın real güc və qüvvəsi azdır”.
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Dünən, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
2-05-2024, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
2-05-2024, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
2-05-2024, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...