"Zəngəzur dəhlizinin keçəcəyi əraziyə nəzarət edə bilərik" - MÜHÜM İDDİA
Siyaset
Oxunub: 356
4 may 2022 | 16:16
"Zəngəzur dəhlizinin keçəcəyi əraziyə nəzarət edə bilərik" - MÜHÜM İDDİA


"Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə birgə komissiyasının formalaşmasının gündəmdə olduğu vaxt Prezident İlham Əliyev elan etdi ki, “biz bütün xəritələrdən istifadə edəcəyik – 1918-ci ildən və hətta ondan əvvəlki dövrün xəritələrindən başlayaraq Sovet İttifaqının dağıldığı dövrə qədərki xəritələrə qədər”. Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Ekspert bildirib ki, ölkə rəhbəri bu məsələnin bizim birgə işçi qruplarımızın danışıqlarının tərkib hissəsi olacağını deyib:

"Əvvəllər qeyd olunduğu kimi sərhədin delimitasiyası Rusiyadakı xəritələr əsasında aparılacaq. Bu xəritələr SSRİ-nin yaranmasından, yəni 1922-ci ildən başlayır. Lakin dövlət başçısı İlham Əliyevin “1918-ci ildən, hətta ondan əvvəlki dövrün xəritələrini” əsas götürməsi iki məqamı önə çıxarır. Birincisi, hədəf manevridir. Bakı danışıqlarda Zəngəzuru, İravanı da masaya gətirməklə hədəfi böyüdür. Bu, istəyini almağa hesablanmış gediş ola bilər. İkincisi və ən əsası 1929-cu ilə qədər verilən ərazilərin alınmasıdır. Prezidentin də dediyi kimi, Zəngəzur Ermənistana veriləndə hazırda mövcud olduğu 42 kilometrlik sahədən daha ensiz idi. Sonradan ermənilər bu ərazini 42 kilometrə qədər genişləndirdilər. SSRİ yarandıqdan sonra, xüsusilə 1926-29-cu illərdə Naxçıvanın 9 kəndinin və Kilit kəndinin torpaq sahələrinin bir hissəsi Ermənistana “pay” kimi verildi. O cümlədən, 1929-cu ilə qədər Zəngilan rayonunun tərkibində olan Nüvədi kəndi. Ümumilikdə Mehri də bu ad altında ermənilərə hədiyyə olundu. Prezident İlham Əliyev də bilir ki, masadakı xəritələr SSRİ-nin yaranmasından sonrakı dövrü əhatə edəcək. Lakin məhz 1918-ci ilin xəritəsini gündəmə gətirməklə Zəngəzurun Ermənistana verildiyi və sonrakı dövrdə genişləndirilməsinin müqayisəsini önə sürməyi planlaşdırır. Bu, 1926-29-cu illərdə Ermənistana “pay” edilən ərazilərin geri qaytarılmasına hesablanıb. Buna nail olasaq".

Analitikə görə, Ermənistan sərhədlərində qalan Mehriyə, yəni Zəngəzur dəhlizinin keçəcəyi əraziyə nəzarət edə bilərik:

"İran-Ermənistan sərhədinin Zəngəzur hissəsi tamamilə bağlana bilər. Tehranı narahat edən əsas məqamlardan biri də budur. Hərçənd, Mehri rayonunun qaytarılması ehtimalı real siyasi vəziyyət fonunda azdır. Buna təkcə Ermənistan yox, həm də Rusiya, Qərb, həmçinin, İran qarşı çıxacaq. Bununla müqayisədə Nüvədi kəndi və Naxçıvanın ərazilərini qaytarmaq imkanı daha real ola bilər. Prezidentin açıqlaması Bakının masaya məhz bu paketlə - Zəngəzurun SSRİ yaranandan sonra Ermənistana verilən əraziləri - əyləşəcəyini deməyə əsas verir".
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Dünən, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
2-05-2024, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
2-05-2024, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
2-05-2024, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...