Sərhədlə bağlı mühüm addım: bu xəritələr əsas götürülməlidir - AKTUAL
Siyaset
Oxunub: 337
4 may 2022 | 18:50
Sərhədlə bağlı mühüm addım: bu xəritələr əsas götürülməlidir - AKTUAL


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Sərdar bəy, Rusiya və Qərb diplomatları ölkəmizlə aktiv müstəvidə müzakirələr aparır. Bu cür diplomatik fəallığın artması nə ilə bağlıdır?

- Azərbaycan strateji cəhətdən əhəmiyyətli bir mövqedə yerləşir. Ukraynadakı müharibədən sonra burada da müəyyən riskli məsələlər gündəmə gəlir. Son zamanlar Azərbaycanla bağlı diplomatik aktivlik də bununla bağlıdır. Eyni zamanda ABŞ və Rusiya Azərbaycan Ermənistan münasibətlərinin tənzimlənməsi üçün xüsusi nümayəndələr təyin edib. Bununla da bağlı da aktiv danışıqlar gedir. ATƏT-in Minsk qrupu məsələsində Azərbaycanın tutduğu mövqedən sonra bu formatda prosesin irəliyə aparılması üçün səylər edilir.

- Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında ikinci dəfə telefon danışığı baş tutdu. İndiki məqzamda vasitəçi olmadan prosesin tam sürətlə irəliləməsi mümkündürmü?

- Burada Ermənistanın mövqeyindən daha çox Rusiyanın yanaşması önəmlidir. Bu gün Ermənistanda olan aksiyalar da məhz Rusiyanın “5-ci kolonunun" əli ilə edilir. Rusiya keçmiş SSRİ məkanında bütün ölkələri təmərküzləşdirib bir yerə yığmağa çalışır. İndiki halda Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı təşkil edilən bütün etirazlar, planlı aksiyalar da Rusiyanın istəyinə uyğundur.

- Ermənistan Rusiyanın diktəsi ilə hərək edirsə, bu aksiyalar nəyə hesablanıb?

- Məqsəd Nikol Paşinyanı Rusiyanın istəklərinə uyğun hərəkət etməyə vadar etməkdən ibarətdir. Eyni zamanda Azərbaycanla bu ölkənin münasibətlərini gərginlikdə saxlamaq da başlıca planın tərkib hissəsidir. Həmçinin Ermənistanın Qərbə mümkün inteqirasiyasının qarşısını almaq əsas prioritet kimi qarşıya qoyulub.

- Qərbin dəstəklədiyi Paşinyanın hara və nə vaxta qədər Rusiyan istəklərinə “hə” deyə biləcək?

- Paşinyan Qərbin dəstəklədiyi dövlət başçısıdır. Burada Qərbin adamı kimi səslənən ritorikalar da yersizdir. Qərbə inteqrasiya yolu tutmaq elə Qərbin adamı olmaq demək deyil. Qərbin adamı ifadəsi onların tapşırıqları ilə hərəkət etmək anlamı ilə izah oluna bilər. Paşinyan indiki halda çalışır ki, Ermənistanın maraqlarına uyğun olaraq Qərbə yönəlmiş bir addım atsın.

- Bəs, Rusiyanın sona qədər Ermənistanla bağlı mövqeyinin dəyişməyəcəyi halda Qərbin burada hansı strategiya sərgiləməsi gözlənilir?

- Ermənistan Qərb üçün də o qədər böyük əhəmiyyətə malik olan bir ölkə deyil. Sadəcə Avropa Birliyi bütövlükdə Cənubi Qafqazı Rusiyanın təsirindən qurtarmaq üçün Ermənistanla iş aparır. Amma Ermənistanın sona kimi Rusiyanın yanında qalması Qərbin üçün o qədər də ciddi bir itki kimi başa düşülmür. Çünki Azərbaycan və Gürcüstanla müqayisədə Ermənistan heç bir strateji əhəmiyyətə malik deyil.

- Sərhəd xətlərinin müəyyənləmsi, xəritələrin hansı illər üçün tərəflərə daha müqabil olması məsələsi gündəmdədir. Optimal variantı nədə görürsünüz?

- Azərbaycan dövləti BMT-yə daxil olarkən öz sərhədləri ilə bağlı bu təşkilata məlumat verib. Bu da o deməkdir ki, elə həmin sərhədlər daxilində bütün məsələlər həll edilməlidir. Əgər burada başqa məsələlər ortaya çıxsa, biz tarixi reallıqları ortaya qoya bilərik. Rusiyadan hansısa bir xəritə təqdim edilsə, biz də Türkmənçay müqaviləsi dövründəki xəritəni əsas götürə bilərik. Çünki Azərbaycan əraziləri həmin vaxt Rusiya tərəfindən işğal olunub. Bundan sonra isə zaman-zaman bizə məxsus torpaqlar dolayı yollarla Ermənistana verilib. Bu xalqımızın iradəsinə ziddi olan addımlar idi. Ona görə də, ölkəmiz BMT-yə üzv olarkən hansı sərhədlərlə daxil edilibsə, ərazi bütövlüyümüz də məhz bu prinsiplə həll edilməlidir. Ya da ki, faktiki Azərbaycan Türkmənçay, hətta Kürəkçay müqaviləsi əsasında sərhəd xəttlərinin müəyyənləşməsinə çalışmalıdır. Bundan başqa bir yol da yoxdur.
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Dünən, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
2-05-2024, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
2-05-2024, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
2-05-2024, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...