Zelenski Azərbaycanı bu gün anlayır, sabah isə... - Kiyevdən Bakıya verilən mesajın ALTYAPISI
Siyaset
Oxunub: 276
28 apr 2022 | 17:46
Zelenski Azərbaycanı bu gün anlayır, sabah isə... - Kiyevdən Bakıya verilən mesajın ALTYAPISI


Rusiyanın Ukraynaya işğalçı müharibəsi davam etməkdədir. Təcavüzkar müharibə artıq iki aydan artıqdır öz şiddəti ilə davam edir. Bu müddətdə dünya, xüsusən də Qərb dövlətləri Ukraynaya həm siyasi, həm hərbi, həm də maddi yardımlarını göstərməkdədirlər. Azərbaycan Ukraynayaya tam siyasi dəstək verməsə də, müharibədən əziyyət çəkən insanlara humanitar yardımlarını əsirgəmir. Bir neçə dəfə Ukraynaya Azərbaycandan milyonlarla dəyərində humanitar və tibbi yardımlar göndərilib.

Siyasi və hərbi dəstəyə gəldikdə isə...Azərbaycanın siyasi dəstəyindən danışarkən, onu qeyd etmək olar ki, rəsmi Bakı dəfələrlə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, Donbass və Krım məsələlərinin beynəlxalq hüquq normalarına uyğun, Ukraynanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu bəyan edib. Həmçinin müharibə edən Rusiya ilə bir çox sahələrdə dostluq və əməkdaşlıq sənədləri var. Bu və digər amillər var ki, bu, Azərbaycanın siyasi davranışda neytrallıq nümayiş etdirməsinə səbəb sayılır.

Hərbi dəstək məsələsinə gəlincə, Azərbaycan ərazilərinin Ermənistan işğalından azad etməsi üçün il yarım bundan əvvəl genişmiqyaslı müharibə aparıb. Eyni zamanda, müharibə vəziyyəti tam ötüşməyib. Bu mənada, Azərbaycanı anlamaq elə də çətin sayılmır.

Ukrayna Prezidenti Volodimir Zelenski də, Azərbaycanın mövqeyini anlayışla qarşıladığını söyləri. Zelenski bu həftə Kiyev metrostansiyalarından birində keçirdiyi mətbuat konfransı zamanı azərbaycanlı jurnalistin sualını cavablandırarkən qeyd etdi ki, rəsmi Bakının Rusiya ilə qarşıdurmada Ukraynanı Kiyevin digər dövlətlərdən tələb etdiyi səviyyədə dəstəkləmək istəməməsini əsaslı sayır.

Zelenski deyib ki, Ukrayna Azərbaycandan dəstək alır, ancaq silahla deyil: “Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanı dəstəkləyir. Silahlanma baxımından Azərbaycanın Ukraynaya yardım göstərməsi çətindir. Bu, doğrudur və başa düşmək olar, çünki onların Dağlıq Qarabağ problemi var”.

Ukrayna liderinin sözlərinə görə, Kiyev Bakının daha çox iştirakını istərdi, amma bunu tələb etmir: “Bu, neytrallıq tarazlığını anladığımız azsaylı ölkələrdən biridir. Çünki onlarda da müharibə alovlana bilər. Amma biz daha çoxunu gözləyirik və uzun müddət onları başa düşmək bizim üçün çətin olacaq”.

Ukrayna liderinin açıqlamasındakı son cümlə isə mesaj xarakterli sayılır. Belə ki, Zelenski bununla demək istəyir ki, bu "anlayışı" Kiyev sonunadək göstərə bilməyəcək. Yəni zaman gələcək ki, digər ölkələrdən gözlədiyi kimi, Azərbaycandan da konkret mövqe tələb olunacaq. Mövzu ilə bağlı AYNA-ya danışan deputat Elşad Mirbəşir bildirib ki, Azərbaycan Ukraynaya siyasi dəstək də, humanitar dəstək də verir: "Bizim xarici siyasətimizin əsas prinsiplərindən biri ondan ibarətdir ki, dünya ölkələri ilə həm siyasi müstəvidə, həm iqtisadi əməkdaşlıqda normal münasibətlər quraq".

"Azərbaycan hər zaman sülhü dəstəkləyən ölkədir. Bizim həm Rusiya ilə, həm Ukrayna ilə normal, dostluq şəraitində münasibətlərimiz, sıx əlaqələrimiz olub. Azərbaycan bu ölkələrlə bu gün də həmin əlaqələrini davam etdirməkdədir", - deyə millət vəkili qeyd edib.

Qarşıdakı müddətdə rəsmi Kiyevin Bakıdan konkret mövqe istəyə biləcəyi ehtimalına gəlincə, E.Mirbəşir deyib ki, Azərbaycan öz siyasətini özü formalaşdıran müstəqil ölkədir: "Azərbaycandan heç kəs konkret mövqe istəyə bilməz. Rəsmi Bakı öz mövqeyini ölkəmizin milli maraqlarına uyğun olaraq formalaşdırır. Biz bütün müstəvilərdə öz milli maraqlarımıza uyğun addımlar atmaqdayıq".

"Ukraynanın özü də, onu tam şəkildə dəstəkləyən Qərb də bu gün Ukrayna ətrafındakı proseslərlə bağlı hansısa məsələdə Azərbaycandan nəsə tələb etmir. Onsuz da, Azərbaycan yaxşı münasibətlərdə olduğu ölkələrlə bu münasibətləri qoruyub saxlayır. Azərbaycan heç vaxt bir dövlətin yanında başqa bir dövlətə qarşı yer almayıb. Yenə də deyirəm, Bakı sadəcə Azərbaycanın milli maraqlarına uyğun siyasət həyata keçirir, mövqe sərgiləyir. Düşünürəm ki, hazırkı mövqeyimiz ən doğru mövqedir", - deyə deputat fikrini tamamlayıb.
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı
Dünən, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Dünən, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Dünən, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Dünən, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Dünən, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Dünən, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Dünən, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Dünən, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Dünən, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Dünən, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Dünən, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Dünən, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Dünən, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Dünən, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Dünən, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Dünən, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
28-04-2024, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü