Keçmiş MTN-çilər Kəmaləddin Heydərovu da dinləyiblər
Kəşfiyyatçılar» FHN şefinin mal-mülk, gəlirləri və şəxsi həyatı ilə maraqlanırmışlar, bu işdə rütbəli gömrük işçisinin də imkanlarından istifadə olunduğu iddia edilir
Eldar Mahmudovun işdən çıxarılmasındar sonra ortaya çıxan bir çox məlumatlar mahiyyət etibarı ilə MTN-də çalışan sabiq kəşfiyyatçıların təkcə öz işləri ilə deyil, həm də başqa işlərlə də məşğul olduqlarını ortaya çıxarıb. 37 gün ərzində gündəmə gətirilən məsələlərin əksəriyyətində əsas gücün daxilə hesablandığı, böyük pullar qazanmaq üçün kriminal dəstələr düzəldildiyi və digər mətləblərin üstü açıldı.
Redaksiyamızın əldə etdiyi məlumata görə, sabiq MTN işçilərinin hədəfində əsasən yerli məmurlar, xüsusən də oliqarxlaşmış məmurlar tutublar. Belə ki, ayrı-ayrı məmurlar haqqında dosye düzəldən «kəşfiyyatçılar» onların mal və mülkləri, gəlirləri, şirkətləri, habelə şəxsi həyatları ilə bağlı bütün kompromat materialları toplayıblar. Bu sırada Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun da olduğu verilən məlumatlar sırasındadır.
Heydərovla bağlı sabiq MTN-çilər hələ bir neçə il bundan əvvəl məlumat toplamağa başlayıblar. Mənbənin iddiasına görə, nazirin telefon danışıqlarından tutmuş, onun haqqında kənar mənbələrdən bilgilərin toplanılmasına qədər böyük bir proses həyata keçirilib. Məqsədin konkret olaraq nədən ibarət olduğu barədə az məlumatlı olduğunu bildirən mənbə qeyd edib ki, burada əsas ehtimal FHn şefi haqqında toplanan kompromatlardan özünə qarşı istifadə edilməsi olub.
Bildirilir ki, Heydərovun hətta şəxsi həyatı haqqında da məlumatlar toplanılıb və yaxın gələcəkdə bu bilgilər vasitəsi ilə FHN rəhbərinə qarşı istifadə olunacaqmış. Lakin zaman azlığı buna imkan verməyib.
Kəmaləddin Heydərov haqqında məlumatların toplanılması prosesində həmçinin Dövlət Gömrük Komitəsində çalışan rütbəli məmurlardan birinin də imkanlarından geniş istifadə olunub. İddialara görə, həmin şəxs Heydərovla yaxındır və bu gün də əlaqələri ən yüksək həddədir. Lakin sabiq MTN-çilər onu «tora» saldıqlarından bir xeyli müddət onlara işləmək məcburiyyətində qalıb. Həmin şəxs əsasən nazir haqqında gəlirlər məsələsində məlumatlar ötürüb və mülkləri barədə bilgi verib.
Qeyd edək ki, mənbə həmin gömrük işçisinin adını bizə bildirib. Lakin bəzi dəqiqləşdirmələr səbəbindən hələlik açıqlamırıq.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi