Ermənistan “Putin NATO-su”ndan çıxmaq üçün hərəkətə keçdi - NƏ BAŞ VERİR?
Siyaset
Oxunub: 301
16 apr 2022 | 11:23
Ermənistan “Putin NATO-su”ndan çıxmaq üçün hərəkətə keçdi - NƏ BAŞ VERİR?


Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Sünik vilayətində Qara göl (Qaragöl gölün Azərbaycanca adıdır - red.) yaxınlığında, eləcə də Qeqarkunik (Basarkeçər) istiqamətində baş verən hadisələrə reaksiyasını uğursuzluq adlandırıb. Parlamentin tribunasından çıxış edən Paşinyan bəyan edib ki, KTMT-də mövcud prosedurlara zidd olaraq, bu struktur problemli ərazilərdə monitorinqlərin aparılması ilə bağlı hələlik qərar qəbul etməyib.

Baş nazirə görə, təşkilat ölkə üçün ən təhlükəli məqamda KTMT-nin kənar müşahidəçi mövqeyini tutacağı ilə bağlı Ermənistan cəmiyyətindəki çoxdankı qorxularını təsdiqləmiş olub. “Fakt budur ki, indiyədək KTMT, hətta müşahidəçi statusunda belə, bu vəziyyəti heç bir şəkildə qiymətləndirməyib. Azərbaycan Ordusu bu ərazidə olmaqda davam edir”, - Paşinyan söyləyib.

Əslində 2020-ci il noyabrın 10-da imzalanan bəyanatın tələblərindən yayınmağa çalışan Ermənistan hakimiyyəti Paşinyan başda olmaqla, sözügedən sərhəd təxribatları ilə Rusiya və KTMT-ni münaqişəyə cəlb etmək istəyirdi. Təsadüfi deyil ki, Paşinyan Ermənistan - Azərbaycan sərhədi boyunca KTMT müşahidəçilərinin yerləşdirilməsini və Rusiya sərhəd məntəqələrini yaratmağı təklif etmişdi. Amma buna müsbət cavab almayanda hərbi bloku tənqid etmək üçün əlində “tutarlı arqument” yarandı və erməni cəmiyyətinə də siqnal vermiş oldu ki, bu quruma bel bağlamaq olmaz.

Yəni KTMT-nin ağası Rusiyadan daha da qopmaq lazımdır. Ancaq Ermənistan hələ 2 il bu strukturda sədrlik edəcək və tamamilə ayrılması mümkünsüz görünür. Yeri gəlmişkən, “SOCIES” Ekspert Mərkəzinin bugünlərdə Ermənistanda keçirdiyi sorğuya görə, respondentlərin 69,7%-i rəsmi İrəvanın Moskva ilə münasibətləri məhdudlaşdırmalı olduğunu hesab edir. Erməni ictimaiyyətində NATO blokunun nüfuzu KTMT nüfuzunu üstələyir. Belə ki, respondentlərin 34,1% hesab edir ki, Ermənistan NATO-ya daxil olmalı və məhz bu təşkilat ölkənin təhlükəsizliyini təmin etməlidir. Respondentlərin 29,1%-i isə KTMT-yə səs verib.

Bu sorğu da təsdiqləyir ki, Ermənistanda fəal qərbyönlü əhval-ruhiyyənin olduğunu inkar etmək olmaz. Hər dəfə Rusiya üçün problemlər yarananda Ermənistan ictimaiyyətinin bir hissəsi Rusiya və KTMT-dən daha çox uzaqlaşmağa, Qərbə istiqamətlənməyə çalışır. Paşinyan hələ müxalifətdə olduğu illərdə Rusiyanın təşəbbüsü ilə yaranan təşkilatlara Ermənistanın üzv olmasına qarşı çıxıb. Elə 2018-ci ilin aprelində baş verən hakimiyyət dəyişikliklərindən sonra KTMT-nin baş katibi Yuri Xaçaturovun həbs edilməsi də bunu göstərirdi. Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasına qarşı etiraz aksiyaları da həmin vaxtlarda reallaşıb.

Bəzi ekspertlərə görə, həm son sorğu, həm baş nazirin parlamentdə KTMT-yə qarşı açıq ittihamları təsadüfə oxşamır. Belə görünür ki, Paşinyan Ermənistanda ictimai rəyi Rusiyaya, KTMT-yə üzvlükdən çıxmağa hazırlayır. Başqa sözlə, o, erməni cəmiyyətinə “Rusiya və KTMT bizi Azərbaycandan qorumur” ismarışını verməyə çalışır. Bizim analitiklər necə düşünürlər, bu yanaşmaları bölüşürlərmi? Ermənistan bu blokdan çıxa bilərmi? Rusiyanın təzyiqləri hansı şəkildə ola bilər? Dia.az xəbər verir ki, REAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, KTMT ilə bağlı Ermənistan hakimiyyətinin siyasəti yeni deyil: “2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra Paşinyan komandası Avropa Birliyi, NATO ilə əməkdaşlıq yönündə açıqlamalar verirdi. 44 günlük müharibədə qələbəmizdən sonra erməni ictima rəyi tamamilə dəyişdi. Yəni düşünməyə başladılar ki, əgər Rusiya ilə müttəfiqlik təhlükəsizlik problemlərini həll etmirsə, o təşkilatda olmağımızın nə mənası var? Yaxud indi Rusiya izolyasiya olunur, Moskva ilə bu qədər iç-içə olmağın anlamı varmı? Bu suallar çoxalır və erməni cəmiyyətində müzakirə edilir. Nəticə etibarı ilə Ermənistan Qərb təşkilatları ilə əlaqələri artırır”.

Onun fikrincə, həm Azərbaycana, həm Ermənistanın AB-dan maliyyə yardımı ictimai rəyə təsir edir: “Amma İrəvan yenə də ehtiyatlı davranır. İndiki şəraitdə çox irəli getsələr, Ermənistan daha çətin vəziyyətlə üzləşə bilər. İrəvan həm də anlayır ki, Qərbə inteqrasiyanın yolu Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaqdan keçir. Ümumiyyətlə, Paşinyan ilk dəfə idi qondarma rejimlə bağlı fikirlər bildirərkən keçmiş bütün tezislərdən imtina etdi. Bütün bunlar Bakı və Ankara ilə əlaqələr qurmağa hesablanıb. Sadəcə, KTMT-dən qopmaq qısa zamanda reallaşa bilməz. Üstəlik, Ermənistanda Rusiyanın 102-ci hərbi bazası var və 2044-cü ilədək orada qalmalıdır. Ona görə Ermənistan rəhbərliyi Rusiyanın daha çox izolyasiya ediləcəyi və zəifləyəcəyi üzərindən hesab götürərək Moskvanın orbitindən uzaqlaşmağa çalışır”.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun fikrincə, Paşinyanın ziddiyyətli açıqlamaları tez-tez olur: “Ermənistanın müstəqilliyindən bəri bütün siyasəti belə olub və indi də mövcud hakimiyyət oxşar xətti davam etdirir. Sadəcə, İkinci Qarabağ müharibəsi ermənilərin düşüncəsini dəyişdi. Onlar döyüş meydanında tək qaldı və gözləyirdilər ki, rus əsgəri ermənilərin yerinə döyüşəcək. Təbii ki, 44 gündə erməni ordusuna müəyyən dəstək verildi, amma onların əvəzindən kənar qüvvələr müharibədə iştirak etmədi. Ermənistan həmçinin KTMT-yə də böyük ümidlər bəsləyirdi, bu təşkilatın da köməyi olmadı. Çünki həmin struktura üzv ölkələrin Azərbaycanla yaxşı əlaqələri var və prosesə qarışmadılar. Ondan sonra ermənilər bu qurumdan əllərini üzdülər”.

X.Bəşirovun sözlərinə görə, bu təşkilat Rusiyanın təşəbbüsü ilə yaradılıb və dünyanın indi onun üzərinə getdiyi vaxtda Ermənistan hadisələri dəyərləndirə bilmir: “Paşinyan yüksək erudisiyası olmayan siyasətçidir və proseslərin hansı istiqamətdə cərəyan edəcəyini təxmin edə bilmir. Amma əmin olsalar ki, Rusiya bu müharibədən çox pis şəkildə məğlub ayrılacaq, o zaman KTMT-dən çıxmaqla bağlı mərhələli addımlar atmağa başlayacaqlar. Üstəgəl, Ermənistan bu təşkilatda uğursuz fəaliyyət göstərməkdədir. İrəvan sədrlik dövründə ümid edirdi ki, Azərbaycan əleyhinə hansısa qərarların qəbul olunması mümkündür, bu da baş vermədi. Ermənistanda keçirilən sorğuya gəlincə, onun obyektivliyinə tam inanmaq olmaz, yəqin ki, iqtidarın bir texnologiyasıdır. Sadəcə, Paşinyan hakimiyyəti Brüssel görüşündən sonra anladı ki, indi nə Qərbdə, nə Rusiyada onun arzuları gerçəkləməyəcək, yeganə çıxış yolu sülh müqaviləsi imzalamaqdır”.

Ekspertin fikrincə, baş nazirin son etirafları Ermənistan hökumətinin beynəlxalq reallığı qəbul etdiyini təsdiqləyir: “İrəvan KTMT-dən, Moskvadan, habelə böyük qardaş kimi baxdığı Fransadan heç bir nəticə ala bilmədiyini görür. Hakimiyyət erməni xalqına mesaj verir ki, bizim Rusiya ilə bağlarımızın qalmasının əhəmiyyəti yoxdur, onsuz da müdafiə etmirlər, niyə onlara bundan sonra güvənməliyik?!”
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu