“Kimi görürlər, Fərruxu gündəmə gətirirlər, amma...” - NƏ ETMƏLİ?
Siyaset
Oxunub: 368
14 apr 2022 | 17:25
“Kimi görürlər, Fərruxu gündəmə gətirirlər, amma...” - NƏ ETMƏLİ?


Yeni Müsavat”a istinadla xəbər verir ki, Ermənistanın XİN başçısı Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında yerləşən Fərrux kəndi və ətrafdakı ərazilərə ?’Azərbaycan Silahlı Qüvvələrinin zorla daxil olması’’ nəticəsində yaranmış vəziyyətə toxunub. Görüş zamanı baş katib KTMT zonasında təhlükəsizlik vəziyyəti və mövcud çağırışları təqdim edib. Tərəflər KTMT-yə üzv dövlətlər üçün mühüm əhəmiyyət kəsb edən digər regional və beynəlxalq məsələlərə toxunublar.

KTMT rəhbəri ilə Fərrux mövqelərinin müzakirəsi haqlı suallar yaradır. Maraqlıdır ki, bu ərəfədə Fərrux kəndi yaxınlığında sülhməramlıların müşahidə kameraları qurduqları barədə xəbərlər yayılıb. Bu barədə “Caliber”in “Youtube” kanalında yayımlanan növbəti materialda qeyd olunub. Ermənistanın “Pastinfo” nəşri isə iddia edib ki, Daşbaşı yüksəkliyinə daxil olan azərbaycanlı hərbçilərlə rus hərbçilər arasında dava düşüb, nəticədə sülhməramlılardan bəziləri yaralanıb. Nəşr qeyd edib ki, guya hadisə bir neçə gün əvvəl baş verib.

Ümumiyyətlə, Azərbaycan Ordusu strateji əhəmiyyətli Fərrux dağında möhkəmləndikdən sonra Ermənistan rəhbərliyi davamlı olaraq Kremlə şikayətlər ünvanlayır. Ermənistanın baş naziri Nikol Paşinyan da hökumətin iclasında bildirib ki, Rusiya Azərbaycan Silahlı Qüvvələrinin Fərrux dağından geri çəkilməsini təmin etməlidir. Bu barədə Moskvadan Azərbaycana hansısa təzyiqlərin edilib-edilmədiyi məlum olmasa da, ordu birləşmələrinin Fərrux dağından çıxarılması müzakirə mövzusu deyil.

Rusiya isə bölgədəki sülhməramlı kontingentin müşahidə postlarının sayını artırmağa başlayıb. Aprelin 5-də Müdafiə Nazirliyinin rəsmi saytında dərc edilmiş xəritələrdən belə məlum olub ki, 6 yeni post qurulub, nəticədə müşahidə məntəqələrinin ümumi sayı 27-dən 33-ə qalxıb. Bu addım 10 noyabr 2020-ci ildən bəri ilk dəfə atılıb. Ekspertlər müşahidə postlarının sayının artırılmasını 10 noyabr 2020-ci ildə imzalanmış üçlü bəyanatın müddəalarına tamamilə zidd hesab edirlər.

Maraqlıdır ki, bu dəyişikliklər Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı xəritəsində əvvəl əksini tapıb, sonra isə yığışdırılıb. Amma bu məsələyə rəsmi Bakının heç bir reaksiyası olmayıb. Bəs KTMT rəhbəri ilə Fərrux mövqelərinin müzakirəsinin anlamı nədir? Kameralar erməni silahlılarının daha sərbəst fəaliyyətinə təminat yaratmaq məqsədi ilə quraşdırılırmı? Sülhməramlıların postları artırması haqda xəbərlərə rəsmi Bakı niyə reaksiya vermir?

“Onlar bu məsələni daha kimlərlə müzakirə etmirlər ki? Kimi görürlər Fərrux mövzusunu gündəmə gətirirlər, Rusiyaya gedirlər, Fərrux, Brüsseldə Fərrux, səfirlərlə görüşdə Fərrux... Amma bir nəticə hasil etmirlər. Sadəcə, Ermənistan hakimiyyəti müxalifətin və separatçıların əlinə bəhanə vermək istəmir ki, desinlər iqtidar bu məsələni unutdu. Paşinyan hökuməti demək istəyir ki, görürsünüz, biz hamı ilə Fərrux və ətraf əraziləri müzakirə edirik. Əslində Qarabağ məsələsindən qurtulmaq istəyirlər, sadəcə, özlərini elə göstərirlər ki, guya narahatdırlar”,- “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Mirzoyanla Zasın görüşündə Fərrux müzakirəsini “Yeni Müsavat”a belə şərh etdi.

Politoloqun sözlərinə görə, KTMT baş katibi ilə danışıqlar da nəticə verməyəcək. Analitik sülhməramlıların Qarabağda kameralar quraşdırmasına isə belə izah verdi: “Kameralar quraşdırılmasını torpaqlar işğalda olduğu dövrdə Minsk Qrupu qaldırmışdı. Biz razılaşmadıq ki, torpaqları azad edək, daha sonra bu məsələyə baxmaq olar. İndi Rusiya gündəmə gətirib. Fərq odur ki, bəyənmədiyimiz Minsk Qrupu heç olmasa bizimlə məsləhətləşirdi, Rusiya isə heç soruşmadan edir, sühməramlı postlarının sayını artırır, kameralar quraşdırır. Bu da separatçıları rahatlaşdırır. Artıq separatçılarla sülhməramlılar birgə addımlayır. Buna imkan vermək olmaz, qarşısı alınmalıdır və Xarici İşlər Nazirliyi ayrıca bəyanat verməlidir”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli qeyd etdi ki, Fərrux yüksəkliyi strateji əhəmiyyət daşıyır və ordumuzun bu ərazini nəzarətə götürməsi ermənilər üçün xoşagəlməz vəziyyət yaradır: “Çünki həmin yüksəkliyi götürməklə bölgəyə nəzarət imkanları genişlənir. Ona görə Ermənistan harada gəldi bu məsələni qaldırır. Ümumiyyətlə, İrəvan dəfələrlə çalışıb ki, KTMT-nin imkanlarından istifadə etsin. Ancaq buna nail ola bilməyib. Xüsusən 44 günlük müharibə dönəmində Paşinyan tez-tez KTMT-yə müraciət edib, kömək istəyib. Ancaq Rusiya hər dəfəsində bəyan edib ki, döyüşlər Ermənistan ərazisində getmir”. Partiya sədri hesab edir ki, Ermənistan yenə də KTMT-ni proseslərə cəlb etməyə çalışır: “Başqa bir səbəb görmürəm və gündəlikdə saxlamağa çalışır, canfəşanlıq edirlər. Azərbaycan Ordusu bu yeri tərk etməyəcək və qoy ermənilər bu şəkildə narahat qalsınlar, hər yerdə mövzunu gündəmə gətirsinlər, heç nəyə nail olmayacaqlar”.

Q.Əlibəylinin sözlərinə görə, Ermənistan KTMT-yə 2 illik sədrlik edəcək: “Bu fürsətdən yararlanıb məsələləri qaldırmağa can atırlar. KTMT baş katibinin həmin görüşdə Mirzoyana hansısa ümidverici söz dediyini eşitməmişik. Deməli, Ermənistan kimin ayağına gedirsə, Fərruxdan danışmağa başlayır. KTMT heç bir halda bu məsələlərdə rol ala bilməz. Çünki Qarabağ Ermənistan deyil və hərbi blokun müdaxilə imkanları yoxdur. Üstəlik, KTMT-nin ağası Rusiyadır, orada Putinin sözü keçir və ona görə də İrəvan bu platformada Fərrux məsələsi qaldırmasından asılı olmayaraq, Kremlin mövqeyi hər kəsə aydındır. Azərbaycan heç bir qanundankənar addım atmayıb, ordu dislokasiya aparıb. Əksinə, biz sual verməliyik ki, separatçıların oradan çıxması niyə yubadılır?”
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron