NƏ BAŞ VERİR: Moskva düşmənlərinin sayını artırmaqmı istəyir? - “erməni kartı”nı tullamağın zamanı çatmadımı?..
Siyaset
Oxunub: 220
29 mar 2022 | 16:52
  NƏ BAŞ VERİR: Moskva düşmənlərinin sayını artırmaqmı istəyir? - “erməni kartı”nı tullamağın zamanı çatmadımı?..


Rusiyanın Ukraynaya hərbi təcavüzü nə qədər qəribə görünsə də, Azərbaycanın dost-düşmənlərinin səfinə bir daha işıq saldı. Başa çatan həftədə qanuni ərazimiz olan Fərrux kəndi və onun ətrafında yaşanan hadisələr, bu hadisələrə hazırda bir-biri ilə qanlı-bıçaq kimi olan Qərb və Rusiyanın əleyhimizə heyrətamiz ortaq reaksiyası düşündürücü olmaqla yanaşı, bir qənaəti daşlaşdırdı: Azərbaycan heç vaxt elə şərait yaratmamlıdır ki, onu yenə zəif, çəkingən ölkə bilsinlər!

Hətta Yunanıstanın XİN-i belə anti-Azərbaycan xoruna qoşularaq erməni tərəfini müdafiə edən bəyanat yaydı. Halbuki Azərbaycan Ordusu böyük bir səbir nümayiş etdirdikdən, Rusiya “sülhməramlı” qüvvələrinə çoxsaylı çağırışlar və xahiş-minnətdən, separatçı-terrorçulara xəbərdarlıqlar ünvanladıqdan sonra Fərrux kəndi və ətrafını azad eləməli olub. Söhbət həmin kənd və ətrafında erməni quldurlarının rus hərbçilərinin gözü önündə aylardır istehkamlar qurub cəbhə xətti, sərhəd çəkmək cəhdlərindən, oradan bizim mövqeləri daim intensiv atəşə tutmalarından gedir. Halbuki 10 noyabr 2020-ci il üçtərəfli kapitulyasiya sənədinin 4-cü bəndinə əsasən Rusiya hərbçiləri öz cavabdehlik zonasında olan qanunsuz silahlı dəstələri çoxdan tərk-silah eləməli idilər.

Təbii ki, Azərbaycan tərəfi belə vəziyyətə permanent şəkildə dözə bilməzdi və dözmədi. Bakı bir daha göstərdi ki, o, öz torpaqlarının sahibidir - bu torpaqların kiçik qismi Rusiya hərbçilərinin müvəqqəti nəzarətində olsa da. Bu mənada baş verənlərə Azərbaycan siyasi-hərbi rəhbərliyinin sərt reaksiyası Qarabağda erməni separatizmini himayə eləməyə, onu ölkəmiz əleyhinə qızışdırmağa və azğınlaşdırmağa, hətta hərbiləşdirməyə çalışan Rusiyaya ilk ciddi siqnal sayılmalıdır.

Bu eyni zamanda rəsmi Kremlin həm 10 noyabr sənəd ilə, həm də 22 fevral (2022) fevral Moskva bəyannaməsi ilə öz üzərinə götürdüyü öhdəliklərdən yayınmasına qarşı Bakının haqlı və ilk açıq narazılığıdır. Kreml bundan nəticə çıxarmalıdır. Axı Azərbaycan ondan qeyri-adi, reallaşması mümkün olmayan, beynəlxalq hüquqa zidd heç nə tələb eləmir. Yalnız bunu istəyir ki, Moskva imza atdığı öhdəliklərə sayğılı və sadiq olsun, separatçılarla birləşib bölgədə əleyhimizə iş aparmasın, yeni müharibəyə gətirib çıxaracaq təhlükəli ikili oyunlardan çəkinsin...

Əfsus ki, Rusiya Müdafiə Nazirliyinin, ardınca isə bu ölkənin XİN-inin ölkəmizi əsassız yerə ittiham edən məlum bəyanatlarından məhz “barıt” qoxusu gəlir, nəinki sülh ətri. Güney Qafqazda yeni müharibənin, daha dəqiqi, “ikinci cəbhə”nin isə Ukrayna bataqlığına girən Rusiyaya lazım olduğunu düşünmürük. Onun nəticələri şimal qonşumuz üçün qat-qat ağır olardı.

Əvvəla, bu onun Azərbaycan və Türkiyə qismində azsaylı ciddi və etibarlı dost-müttəfiqlərinin itirilməsinə gətirə bilər. Rusiya dünyadan bir az da təcrid olunar. Moskva bütün dünya ilə müharibə aparası deyil ki. Onun heç Ukraynanı ram eləməyə hərbi resursları məlum oldu ki, yetərli deyilmiş.

Qoy Azərbaycana da kimsə “xox” gəlib eləməsin. Bəzi “qaynar başlar” üçün qeyd edək: Azərbaycan Gürcüstan, Moldova, Ukrayna kimi zəif, arxasız ölkə deyil. Türkiyə ilə hərbi-siyasi müttəfiqdir. Ət-dırnaq kimidir. Bizim Şuşa Bəyannaməmiz var. Bu sənədə əsasən, Azərbaycana xaricdən hər hansı təcavüz Türkiyəyə də təcavüz sayılacaq və qardaş ölkə avtomatik bizim müdafiəmizə qalxacaq. Türkiyəyə hücum isə NATO-ya hücum anlamına gələcək - bütün nəticələri ilə birgə.

Öz hərbi gücümüz də ki, öz yerində. Bura Azərbaycan və Türkiyənin yaxın illərdə Avropa (Qərb) üçün ciddi şəkildə artacaq energetik və logistik önəmini də əlavə eləsək, məlum olar ki, “ikinci cəbhə” Rusiyaya yaxşı heç nə vəd eləmir. Dünya üçün heç bir önəmi olmayan Ermənistana, erməni separatizminə, “miatsum” hoqqasına görə bunca itkilərə dəyərmi?..

Əslində Rusiyanın Azərbaycan-Türkiyə tandemi ilə arasını vurmaq istəyənlərin əsas hədəfi məhz elə Rusiyadır, onu daha da çökdürməkdir. Bunu hesablamaq, görəsən, çoxmu çətindir? “Erməni kartı”nı zibil qutusuna atmaq zamanı gəlmədimi? Məgər Rusiya özünə yeni düşmənlər axtarır? Yoxsa Rusiya Qərbə yeganə dialoq qapısı kimi qalan Türkiyəni də itirmək istəyir? Ümid edək, Kremldə bu yöndə daha dəqiq təhlillər apara bilən başlar var. Məşhur diplomat və mütəfəkkir Taleyranın ifadəsi ilə desək, axı “düşmənlərin sayını artıran siyasət yaxşı siyasət” deyil.

Ermənidən isə Rusiyaya nə dost çıxacaq, nə də düşmən. Çünki bu çörəyi dizi üstdə olan, nankor bir toplumdur və Rusiyanı başqa bir ağaya - Qərbə dəyişmək üçün sadəcə, fürsət gözləyir. Onların öz maraqları naminə tökdükləri “timsah göz yaşları”, riyakarlıqları, simasızlıqları, bitib-tükənməyən yalan-palanları, həyasızlıqları həmişə olub, yenə də olacaq. Ruslar onlara yalnız Azərbaycana qarşı haqsız davalarını sürdürməkdən ötrü gərəkdir. Bu da növbəti fakt.

“Rusiya bizə kömək etməsə, Azərbaycanla mübarizə çətin olacaq. Məhz buna görə Araik Arutyunyan (separatçı quldurbaşı - red.) Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq kömək istəyib”.

Bunu qondarma rejimin özünü “dövlət naziri” adlandıran Artak Beqlaryan bildirib.

“Biz Rusiyanın səyləri nəticəsində ayaqda durmuşuq. Rusiya olmasa, biz də olmarıq. Reallığı etiraf etmək lazımdır. Azərbaycan Ordusu çox güclüdür. Bizə ayaqda durmağımız üçün Rusiyanın dəstəyi lazımdır. Bu, həm maddi, həm də mənəvi dəstəkdən ibarətdir” - Beqlaryan deyib.

Yəni erməni Rusiyanı yenə “zəli” kimi sormağa davam eləmək istəyir. Rusiyanın “qanı” isə bir azdan heç özünə də bəs etməyəcək. Elə isə “Qulpsuz çamadanı” da, “erməni kartı” da tullamaq məqamı çatmadımı?..
“Yeni Müsavat”
Bu gün, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Bu gün, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Bu gün, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Bu gün, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Bu gün, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Bu gün, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Bu gün, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Bu gün, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Bu gün, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Bu gün, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Bu gün, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Bu gün, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Bu gün, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Bu gün, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Bu gün, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Bu gün, 10:38
Prezident onları təltif etdi - FOTO
Bu gün, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Bu gün, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Bu gün, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Bu gün, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR