Bakının addımlarının Fərruxa yol açması və gələcək hədəflər - İNCƏLƏMƏ...
Siyaset
Oxunub: 335
28 mar 2022 | 19:19
Bakının addımlarının Fərruxa yol açması və gələcək hədəflər - İNCƏLƏMƏ...


Azərbaycan Vətən müharibəsindən sonra yaranan yeni reallıqların sülh və təhlükəsizlik üzərində boy ataraq əzəmətli görünüş almasını prioritet istiqamət olaraq strateji xəttinə gətirib. Təhlükəsizliyin formullarından biri də budur: qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazilərindən çıxıb getməlidir.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qalan ermənilərin qanunsuz silahlı birləşmələrinin ərazidən çıxarılması Bakının hərbi-siyasi gündəmində ağırlıq təşkil edən məsələlərdən biridir.

Ancaq Azərbaycan tərəfi 10 noyabr bəyanatı qəbul olunduqdan dərhal sonra bunu praktiki həyata keçirmək siyasətinə getmədi. Çünki müəyyən risklər mövcud idi, o təhlükələri hərbi-siyasi üfüqlərdə itirdikdən sonra Bakı bəyanatın 4-cü maddəsinin icrasını açıq şəkildə tələb etməyə başladı.

Proses tədrici olsa da, həmin intervaldakı intensivlik güclü idi, Azərbaycan bəzi məqamları açıqlamayaraq səssiz müharibə taktikası ilə erməni separatçıları zərərsizləşdirən addımlara getdi, ancaq digər bir təhlükəni də dəf etmək lazım idi ki, alınacaq nəticələrdə ermənilərin təxribatı üçün barmaq yeri qalmasın.

Bəli, Azərbaycan Ermənistanla dövlət sərhədinə çıxışı təmin etməli idi, bu hərbi-siyasi hərəkat Qarabağdakı separatçıların çıxarılması prosesinə dair tələblərlə paralel şəkildə aparılırdı.

Sərhədə çıxış mümkünləşdi, Laçın, Kəlbəcər istiqamətlərində strateji yüksəkliklərdə Azərbaycan ordusu mövqeləndi, bununla da Ermənistan üzərində yeni təsir rıçaqları yarandı. Bakının addımları Ermənistanın irinləmiş strateji yaddaşındakı çirki daha da artırdı və isterik vəziyyət bir növ onun üçün Qarabağı arxa plana keçirdi.

Azərbaycan basqıları daha da artıraraq sülhməramlılar olan ərazilərdə müşahidə kameraları quraşdırdı, bəzi mövqe dəyişiklikləri belə baş verdi və hər keçən gün həmin ərazilərə bir addım da yaxınlaşdı.

Bu müddət ərzində Türkiyə ilə strateji müttəfiqliyi yeni mərhələyə qaldırdı və Rusiya ilə danışıqlara yeni məzmun gətirdi – bəli, sərhəd, delimitasiya, demarkasiya prosesi fonunda erməni separatçılara zərbə vurmağı nəzərdə tuturuq.

2022-ci ilin fevralından başlayaraq, Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya edildiyi ərazilərdəki addımlarını sürətləndirdi və hibrid müharibə elementləri ilə erməni silahlılarındakı xofu dərinləşdirdi.

Bu hibrid müharibə anti-terror əməliyyatı üçün sonuncu xəbərdarlıq idi, amma Azərbaycan yenə də itki vermədən nəticəyə nail olmağı hədəflədi. Azərbaycan Xocalının Fərrux kəndində də suveren hüquqlarını möhkəmləndirdi, artıq Fərrux və onun ətrafındakı yüksəkliklər Azərbaycan ordusunun nəzarətindədir.

Səbirlə, təmkinlə həll variantı Azərbaycan Prezidenti İlham Əliyevin strateji zəkasına xas formuldur və zamanla Azərbaycan dövləti sülhməramlılar yerləşən digər ərazilərdə də öz bayrağını dalğalandıracaq.

Azərbaycan ordusu 10 noyabr bəyanatının 1 il 4-cü ayında tələbinin qəti olduğunu nümayiş etdirdi, bundan sonra isə Ermənistan dövləti də, ona havadar olanlar da dərs çıxarıb Bakının prinsipiallığı haqqında təəssüratlarını möhkəmləndirməli və revanşizmə qol-qanad verən mövqelərdən əl çəkməlidirlər.

Azərbaycan bəyanatın öhdəliklərinin hərbi-siyasi və ya təkcə hərbi yolla icrası hüququnu özündə saxlayır və bu işdə təbii ki, Ankara ilə strateji razılıq, Moskva ilə isə danışıqlar rol oynayır.

Hərçənd ki, Rusiya Müdafiə Nazirliyi ermənilərin çörəyinə yağ sürtən açıqlamalar verərək gah “Dağlıq Qarabağ” ifadəsini işlədir, gah da Azərbaycan ordusunun Fərruxdan geri çəkildiyini bildirir, gah da Fərrux kəndinin adını səhv yazır.

Rusiyanın hərbi-siyasi təxribatına Azərbaycanın hərb nazirliyi (Müdafiə Nazirliyi) tutarlı cavab verərək Moskvanın saatının əqrəblərini müvəqqəti də olsa saxlaya bilib.

Rusiya MN-in Fərrux kəndi ilə bağlı ikrah yaradan açıqlamalarını isə iki kontekstdə dəyərləndirə bilərik:

1. Rusiya sülhməramlı kontingentinin rolunu gözə soxmaq, bununla da Rusiyanın hərbi iştirakına vurğu etmək,

2. Yox, əgər Azərbaycanla Rusiya arasında hansısa razılıq olubsa, bu zaman Rusiya MN ermənilərin könlünü xoş tutmaq üçün əlindən gələni edir.

Bundan sonra baş verə biləcək hadisələrə gəlincə, deyə bilərik ki, Azərbaycan mütləq hədəflərinə çatana qədər prosesi davam etdirəcək. Prosesin hansı formada olacağı isə Ermənistandan asılıdır, İrəvan separatçıların çıxışını təmin etsə, Qarabağ səmasında barıt qoxusu gəlməyəcək.

Əks təqdirdə, isə İrəvan bu amil üzərində düşünsün: Bakının barıtı da, sursatı da, silahı da, şəxsi heyəti də, döyüş bacarıqlı peşəkar hərbçiləri də çoxdur.

Aqşin Kərimov
Bu gün, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Bu gün, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Bu gün, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Bu gün, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Bu gün, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Bu gün, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Bu gün, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Bu gün, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Bu gün, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Bu gün, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Bu gün, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Bu gün, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Bu gün, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Bu gün, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Bu gün, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Bu gün, 10:38
Prezident onları təltif etdi - FOTO
Bu gün, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Bu gün, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Bu gün, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Bu gün, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR