Şuşa və Moskva bəyannamələri: Azərbaycanın mövqeyini gücləndirir? - NƏ BAŞ VERİR?
Siyaset
Oxunub: 418
25 mar 2022 | 16:41
Şuşa və Moskva bəyannamələri: Azərbaycanın mövqeyini gücləndirir? - NƏ BAŞ VERİR?


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin təsdiq edilməsi barədə qərar imzalayıb.

Dövlət başçısının qərarı Türkiyənin "Rəsmi Qəzet"ində dərc edilib. Bununla da "Şuşa Bəyannaməsi" Türkiyədə qüvvəyə minib.

Xatırladaq ki, "Şuşa Bəyannaməsi" 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan imzalayıb. Fevralın 12-də isə Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” "Şuşa Bəyannaməsi"nin təsdiq edilməsi barədə qərar imzalayıb.

Qeyd edək ki, bəzi şəxslər "Moskva Bəyannaməsi" imzalandıqdan sonra "Şuşa Bəyannaməsi"nin bir qədər geri planda qaldığı iddia etməyə başladı. Lakin Türkiyə Prezidenti "Şuşa Bəyannaməsi"ni təsdiqləməklə bir daha onun necə əhəmiyyətli bir sənəd olduğunu nümayiş etdirdi. Təəssüflər olsun ki, hazırda Azərbaycanın imzaladığı bu iki tarixi sənədi qarşılaşdıranlar da mövcuddur. Onlar bu bəyannamələrin bir-birinə zidd olduğunu iddia edirlər.

Ümumiyyətlə, bu iddiaların yaranmasına səbəb nədir? Həmçinin, "Şuşa Bəyannaməsi" və "Moskva Bəyannaməsi"nin üstünlükləri nələrdir? Dia.az-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında politoloq Nəzakət Məmmədova bildirib ki, adından göründüyü kimi hər ikisi eyni statuslu ikitərəfli beynəlxalq hüquqi sənəd və bəyannamədir:

"Dövlətlərin özlərinin daxili və xarici siyasətinin prinsiplərini, eləcə də xarici siyasət məsələlərinə dair öz mövqeyini bildirmək üçün imzaladığı birtərəfli, ikitərəfli və ya çoxtərəfli bəyanatlar ola bilər.

Məlum olduğu kimi, həm Şuşa, həm də Moskva bəyannamələri ikitərəfli bəyannamələrdir. Bu bəyannamələrin heç biri bir-birinə qarşı yönəlməyib. Əgər hazırda bir çox beynəlxalq və regional məsələlərdə Rusiya və Türkiyə oxşar mövqedən çıxış edirlərsə, təbii ki, Moskva və Şuşa bəyannamələri də yaxın tərəfdaş iki ölkənin Azərbaycanla bağlı maraqlarını təkzib edə bilməz.

Bəli, fikir ayrılıqları var. Məsələn, Türkiyənin NATO üzvü olması, "Şuşa Bəyannaməsi"ndə hərbi məsələlərdə Azərbaycanla əməkdaşlığa necə təsir edə bilər sualını verirlər. Lakin Azərbaycan da Qoşulmama Hərəkatının üzvüdür. Türkiyənin NATO ilə problemləri var və belə bir şəraitdə vəziyyət ilk baxışdan təsəvvür edildiyi kimi deyil".

Politoloq qeyd edib ki, "Şuşa Bəyannaməsi" və "Moskva Bəyannaməsi" bir-birinə zidd sənədlər deyil:

"Bu gün Rusiya və Türkiyə Ukrayna məsələsində daha yaxın mövqelərdən çıxış edirlər, nəinki Türkiyə və onun NATO müttəfiqləri.

Həmçinin, Rusiya və Türkiyə Qarabağda Birgə Monitorinq Mərkəzinin yaradılması barədə razılığa gəliblər və hələlik bu məsələdə indiyə qədər insident baş verməyib. Hər iki ölkənin xarici siyasətimizdə öz yeri var və regionun iki böyük ölkəsi ilə müttəfiqliyimizi bəyan etməyimiz normaldır. Rusiyanın "Şuşa Bəyannaməsi"nə, Türkiyənin isə "Moskva Bəyannaməsi"nə etiraz edəcəklərini düşünmürəm. Bunlar dövlət başçıları arasında üçtərəfli qaydada razılaşdırılmış məsələlərdir.

Əksinə, bu cür bəyannamələrlə Azərbaycanın nəhəng Avrasiya ölkələri ilə müttəfiqliyini təsbit etməklə, gücümüzə güc qatmış oluruq. Biz ənənəvi Avrasiya ölkəsiyik. Ukrayna Atlantizmə can atmağa cəhd göstərdi və nəticə ortadadır. Yəni bizim də Atlantizmə can atmağımız dövlət və xalq üçün mürəkkəb problemlər yarada bilərdi".

Nəzakət Məmmədova deyib ki, cəmiyyətimizdə bəzən "Şuşa Bəyannaməsi"ni eyforiya ilə qarşılayırlar, "Moskva Bəyannaməsi"nə qarşı isə çox aqressiv münasibət göstərirlər:

"Onlar anlamırlar ki, Azərbaycanın ən doğru strateji seçimi Avrasiyanın iki böyük ölkəsi ilə müttəfiqlikdir. Rusiya olmadan, Türkiyə indiki qədər müstəqil xarici siyasət yeridə və ABŞ-a qarşı dirəniş göstərə bilməz.

Rusiya Ukraynadakı müharibədə şübhəsiz qalibdir. Lakin o, zəif duruma düşsəydi Qara dəniz bir ABŞ nəzarətindəki su hövzəsi halına gələ bilərdi. Burada isə Türkiyə ağır vəziyyətlə üzləşərdi. Əsrlər boyu Qara dənizdə iki güc - rus və türk hegemonluğu olub. Bu qüvvələr balansının dəyişməsi yeni düzən yarada bilər, onun Türkiyənin xeyrinə olacağını isə kimsə deyə bilməz. Atlantizm bizə yad ideologiya, yad məkandır və ora inteqrasiyamız üçün əlverişli tarixi zəmin yoxdur.

Biz dil baxımdan türkdilli, son 200 il tarix baxımdan isə Rusiyaya bağlıyıq. "Şuşa Bəyannaməsi" və "Moskva Bəyannaməsi" iki qoşa qanaddır, onlardan biri olmasa, o biri də olmaz. Dövlət başçısı İlham Əliyev doğru tarixi qərar verib. Azərbaycanın iki böyük qonşusu ilə müttəfiqlik gücümüzə güc qatacaq və bizi çox çətin bir tarixi dönəmdə poliqon olmaqdan xilas edəcək".
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR