Bakı Qarabağdakı ermənilərin qazsız qalmasına görə məsuliyyət daşıyırmı? - GƏLİŞMƏ
Siyaset
Oxunub: 285
25 mar 2022 | 19:00
Bakı Qarabağdakı ermənilərin qazsız qalmasına görə məsuliyyət daşıyırmı? - GƏLİŞMƏ


Xankəndi və ətrafında yaşayan ermənilərin qaz və elektrik problemi ilə üzləşməsi və bunu “humanitar fəlakət” kimi təqdim etmələri qeyri-adi bir şey deyil. Çünki ermənilərin hətta məlum problemləri yaranmasaydı belə, nəsə yeni bir şey tapıb, onun ətrafında qara-qışqırıq salacaqdılar. Necə ki, müharibədən sonra “mədəni irsimizi dağıdılır” kimi vay-şüvənləri hələ də davam edir.

Qarabağda yaşananlar nədir? Hələ martın 8-də Ermənistandan Qarabağa gedən qaz kəmərində qəza baş vermişdi. Ərazinin minalı (həmin minaları ermənilər özləri basıdırb), habelə hava şəraitinin pis olması səbəbindən Azərbaycan tərəfi təmir işlərinə icazə vermirdi. Nəhayət, bir müddət sonra “Azəriqaz”ın əməkdaşları kəməri təmir edib, ermənilərə qaz verilişini bərpa etdilər. Lakin çox keçmədi ki, kəmərdə yenidən problem yaranıb.

Əvvəla burada bir neçə məsələni diqqətdən yayındırmaq olmaz. Birincisi, sözügedən qaz xətti 30 ilə yaxındır çəkilib və onun texniki istismar müddəti artıq başa çatmaq üzrədir. Yəni, kəmərdə qəzaların baş verməsi qeyri-adi məsələ sayılmamalıdır. İkincisi, həmin kəmərin sıradan çıxarılmasını ermənilər qəsdən həyata keçirə bilərlər ki, özlərini dünyaya “məzlum”, Azərbaycanı isə “aqressor” kimi göstərsinlər. Belə işlər onlardan çox çıxıb və bu səbəbdən də bu gün haray-həşir salmaları da elə onu deməyə əsas verir.

Bir başqa məsələ də odur ki, Azərbaycan və Ermənistan arasında Qarabağ və ya digər məntəqələrimizə qaz, elektrik və sairin verilməsi ilə bağlı heç bir müqavilə yoxdur. Yəni, Qarabağ Azərbaycan ərazisidir, oranın bütün təminat və təhcizatı Bakının üzərindədir. İndi həmin bölgəmizdə 5-10 min erməni yaşayır deyə, Ermənistanın müqaviləsiz, icazəsi qaz və ya elektrik enerjisi verməsinə göz yummaq olmaz. Əgər İrəvanın Qarabağ ermənilərinə ürəyi yanırsa, buyurub. Bakı ilə müqavilə bağlasın. Bu hal mövcud deyilsə, o zaman Azərbaycan tərəfi haqlı olaraq Qarabağda yaşayan ermənilərə Ermənistandan qaz və elektrik enerjisinin verilməsini dayandıra bilər və buna görə, kimsə ona irad tuta bilməz.

Bəzən belə bir iddia da irəli sürülür ki, rəsmi Bakı məqsədli şəkildə bu cür problemlər yaradır. Hərçənd bunun üçün heç bir əsas yoxdur. Lakin olsa belə, haqsız da deyil. Təsəvvür edin, ərazi Azərbaycanın, Bakı Qarabağda yaşayan ermənilərə vətəndaşlığı qəbul edib, digər xalqlar kimi yaşamağı təklif edir. Lakin müqabilində erməni tərəfi Ordumuzun mövqelərini atəşə tutur, təxribata əl atır, yük maşınlarımızın qarşısını kəsir və sairə. Bu azmış kimi, erməni tərəfi bölgədə yaşayan mülki şəxsləri də silahlandıraraq, onları da qanunsuz silahlı dəstələrə üzv edir. Belə olan təqdirdə, Azərbaycanın iki çıxış yolu qalır.

Birincisi, Qarabağda qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün antiterror əməliyyatına başlamaqdır. Bu istiqamətdə müharibədən sonra xeyli müzakirələr gedir. Azərbaycanın belə bir əməliyyat keçirməsi üçün yetərli hüquqi əsası var. Son günlərə cərəyan edən proseslər də təsdiq edir ki, rəsmi Bakı bu addımı atmaq üçün artıq son mərhələyə qədəm basmaqdadır.

İkincisi, Qarabağdakı erməni separatçı və terrorçularını təminatsız qoymaq və törətdiyi əmələ görə cəzalandırmaq məqsədi ilə Ermənistandan qaz və elektrik enerjisinin verilişini dayandırmaqdır. Bunu bəziləri “qeyri-humanist addım” kimi qiymətləndirə bilər. Amma bu yanaşmalarında haqsız olduqlarını özləri də yaxşı bilirlər. Ona görə ki, söhbət terrorçulardan və separatçılardan gedir. O terrorçulardan ki, mütəmadi olaraq təxribatlara əl atırlar. Hərçənd Azərbaycan tərəfi dəfələrlə onlara silahı yerə qoymaları barədə xəbərdarlıq edib. Digər amil də odur ki, Azərbaycanın Ermənistanla məlum məsələlərlə bağlı hər hansı rəsmi müqaviləsi mövcud deyil. Yəni, İrəvandan Xankəndinə qaz verilməsi qanunsuzdur və bu qanunsuzluğu da aradan qaldırmaq üçün Azərbaycan tərəfi zəruri addımlar atmağa borcludur.

Ümumilikdə götürsək, Azərbaycanın Qarabağda yaşayan ermənilərə münasibəti həddindən artıq humanistdir. Çünki heç bir ölkə öz daxilində açıq separatçılıq və terrorçuluqla məşğul olan hər hansı bir dəstəyə qarşı Bakı kimi tolerant yanaşmaz. Dünya praktikasından da məlum olan odur ki, əgər ortada separatizm və ya terrorçuluq varsa, istənilən dövlət buna qarşı ən sərt vasitələrdən istifadə edib. Məsələn, İspaniya hökuməti Kataloniyadakı “müstəqillik tərəfdarları”nın heç də başını sığallamadı. Eyni şeyi digər hadisələrə də şamil etmək olar.

Bütün bunların yekunu odur ki, Qarabağda yaşayan ermənilər qazsız və elektrik enerjisiz qalıblarsa, burada Azərbaycanı günahlandırmaq yersizdir. Məsələni hansı tərəfə çevirsələr, yenə də haqlı tərəf Azərbaycan olacaq. Ona görə ki, Bakı öz ərazisində açıq şəkildə separatçılıqla və terrorçuluqla məşğul olan, habelə vaxtaşırı təxribatlara əl atıb, əsgərlərimizin həyatını təhlükəyə salan, konkret cinayətlə məşğul olan bir dəstəni bu və ya digər formada cəzalandırmalı və problemi kökündən həll etməlidir. Burada “Qarabağda dinc ermənilər də yaşayır” deyənlərə cavab olaraq onu bildirək ki, əgər həmin ermənilər dinc şəkildə yaşamaq istəyirlərsə, Azərbaycanın bununla bağlı konkret təklifi var. Həmin təklifi qəbul edib, istədikləri qədər dinc şəraitdə yaşaya bilərlər. Əks təqdirdə, Azərbaycan onun vətəndaşlığını qəbul etməyən, ərazisinə iddia edən, habelə konkret cinayətlə məşğulı olan və ya cinayətkarlarla əlbir olan, bu da azmış kimi onun vətəndaşları olmayan və təklif olunan vətəndaşlıqdan imtina edən Qarabağdakı ermənilərin hansı şəraitdə yaşamasına nə cavabdehdir, nə də məsuliyyət daşıyır. //jamaz.info//
Bu gün, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Bu gün, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Bu gün, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Bu gün, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Bu gün, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Bu gün, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Bu gün, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Bu gün, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Bu gün, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Bu gün, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Bu gün, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Bu gün, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Bu gün, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Bu gün, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Bu gün, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Bu gün, 10:38
Prezident onları təltif etdi - FOTO
Bu gün, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Bu gün, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Bu gün, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Bu gün, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR