NƏ BAŞ VERİR: İrəvan sülh müqaviləsindən imtina edir... - “Məcbur etmək üçün irəli getməliyik”
Siyaset
Oxunub: 254
24 mar 2022 | 13:00
NƏ BAŞ VERİR: İrəvan sülh müqaviləsindən imtina edir... - “Məcbur etmək üçün irəli getməliyik”


Azərbaycan sülh üçün Ermənistana 5 bəndlik razılaşma təqdim edib.

Həmin təklifə Ermənistanın cavabı isə qeyri-məqbul olub. Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan birbaşa olmasa da, dolayısı ilə Azərbaycanın təkliflərini qəbul etmədiklərini açıqlayıb.

"Bakının danışıqlara başlamaq üçün beş bəndlik təklifi məqbuldur, lakin bu təkliflər hərtərəfli Ermənistan-Azərbaycan sülhünün mümkün gündəliyinə tam cavab vermir. Dağlıq Qarabağın statusu və ATƏT-in Minsk Qrupunun himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin bərpası Ermənistan üçün prinsipial məsələdir", -Ararat Mirzoyan belə deyib. Mirzoyan dolayısı ilə bəyan edib ki, əgər status olmasa, Ermənistan sülh sazişini imzalamayacaq. Dia.az-ın məlumatına görə, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebh.info-ya açıqlamasında deyib ki, Ermənistann ATƏT-in Minsk qrupunu yenidən gündəmə gətirməsi Azərbaycanın təklifindən imtina deməkdir:

“Ermənistan hərbi-siyasi rəhbərliyi və cəmiyyəti bu təkliflərə hazır deyil. Çünki bizim təkliflərin birinci maddəsi odur ki, ölkələr bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Ermənilər bunu etmək istəmir. Çünki bu olarsa, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımağa məcbur olacaq. Digər tərəfdən, Azərbaycan Ermənistanın törətdiyi cinayətlərə, vandallıqlara görə beynəlxalq məhkəməyə müraciət edə biləcək. Ermənistanı işğalçı dövlət olaraq dünya qarşısında tanıdacaq. Ağır sanksiyalara məruz qoyacaq. Erməni silahlıları Qarabağı tərk edəcək və Ermənistanın bu günə qədər apardığı siyasət fiaskoya uğrayacaq. Ona görə də Ermənistan Azərbaycanın bu təkliflərinə hazır deyil. Minsk qrupunu dövriyyəyə gətirmək sadəcə bəhanədir. Çünki iki ölkə razılaşırsa, burada vasitəçiyə ehtiyac qalmır”.

Partiya sədri əlavə edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti hazırda mümkün deyil. Çünki Fransa və ABŞ Ukrayna məsələsinə görə Rusiyaya düşmən mövqedədir:

“Digər tərəfdən, Minsk qrupunun fəaliyyəti Azərbaycan üçün təhlükəlidir. Çünki orada olan ölkələrin əksəriyyəti Dağlıq Qarabağa status vermək istəyir. Biz də bunu qəbul etmirik, heç bir statusdan söhbət gedə bilməz. Ona görə də Azərbaycan ərazi məsələsində bir addım önə getməlidir. Belə olarsa, Ermənistan razılaşmağa məcbur qalacaq”.

Qeyd edək ki, Azərbaycan Ermənistana aşağıdakı 5 bənddən ibarət sülh təklifi göndərib:

*Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

*Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

*Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

*Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

*Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR