Ermənistanı dalana salmışdıq və bundan sonra da dalanda qalacaq - FAKT BUDUR!
Siyaset
Oxunub: 259
19 mar 2022 | 19:19
Ermənistanı dalana salmışdıq və bundan sonra da dalanda qalacaq - FAKT BUDUR!


Heç bir ölkənin Azərbaycan qədər İran üçün əhəmiyyəti yoxdur. Bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü Mahmud Abbaszadə Meşkini deyib. Meşkinin sözlərinə görə, İranın yeni hökuməti qonşu ölkələrə xüsusi önəm verir: “İranla Azərbaycan arasında çoxlu bağlar mövcuddur. Qonşu ölkələr arasında isə İran üçün Azərbaycanın xüsusi yeri var”. Abbaszadə Meşkini əlavə edib ki, İranda yeni hökumət iqtidara gəldikdən sonra iki ölkə arasında müxtəlif səviyyələrdə, o cümlədən prezidentlər səviyyəsində görüşlər baş tutub:

“İranın Xarici İşlər Nazirliyi iki ölkə arasında münasibətlərin gücləndirilməsi ilə əlaqədar bütün maneələri aradan qaldırmaq istiqamətində işlər görür. Demək olar ki, hazırda iki ölkə əlaqələrini inkişaf etdirmək üçün heç bir maneə yoxdur. Bununla əlaqədar İran Xarici işlər naziri Hüseyn Əmir Abdullahian parlamentə münasibətlərin möhkəmləndirilməsi ilə əlaqədar xüsusi hesabat təqdim edib və bu hesabat istiqamətində addımlar atılır”.

İranlı parlamentari qeyd edib ki, İranın Neft Nazirliyinin vəzifələrindən biri neft sahəsində Azərbaycanla münasibətlərin yaradılmasıdır. Azərbaycan və İran prezidentlərinin Türkmənistan paytaxtı Aşqabaddakı görüşündə enerji iqtisadiyyatı sahəsində danışıqlar olub və bununla əlaqədar razılaşma əldə olunub. Buna əsasən İranın Azərbaycanla enerji sektorunda münasibətləri maksimum səviyyəyə yüksələ bilər. Dia.az-ın məlumatına görə, millət vəkili Azər Badamov “Şərq”ə bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində təmin etdiyi böyük Qələbəsi ilə regionda yeni reallıq yaradıb. Deputatın sözlərinə görə, yeni reallıq region ölkələrin baxışlarını dəyişib, gələcəyə daha inamla baxmağa imkanlar formalaşdırıb:

“Azərbaycan ilə Ermənistan arasında imzalanan üçtərəfli bəyanatlarda Zəngəzur dəhlizinin açılması və region ölkələrin əməkdaşlığı üçün yeni format razılaşdırılıb. Amma Ermənistan yenə də öz düşmənçilik xislətindən əl çəkməyərək bu bəyanatların icrasının həyata keçirilməsinə konstruktiv yanaşmır. Zamanı uzatmaqla, kommunikasiyaların açılmasını manipulyasiya etməklə özünün əlində hər hansı bir təsir vasitəsinin qaldığını nümayiş etdirməyə çalışır. Ermənistan yaranmış fürsəti lazımi dəyərləndirə bilmədi. Amma Azərbaycan Prezidenti İlham Əliyev uzaqgörən siyasətçi və regionda perspektivli layihələri reallaşdıran bir liderdir. Bu gün Prezidentin təşəbbüsü və təşkilatçılığı ilə reallaşmış enerji və tranzit nəqliyyat dəhlizləri qitələri birləşdirmiş və ölkələrarası münasibətlərin möhkəmlənməsinə və regional təhlükəsizliyin təmin olunmasına xidmət etməkdədir. İrəvan Azərbaycan-İran münasibətlərində soyuqluğun yaranması üçün var gücü ilə çalışırdı. 2021-ci il noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad sammitində iştirakı zamanı Azərbaycan Prezidenti İlham Əliyev və İran rəhbəri Seyid İbrahim Rəisi arasında çox səmimi ikitərəfli görüş baş tutdu. Prezidentlərin görüşü ilə İran-Azərbaycan münasibətlərində yeni səhifə açıldı. Yəni prezidentlərin söhbəti zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulandı. Əslində prezidentlərin Aşqabad görüşü İran-Azərbaycan əlaqələrinə bir aydınlıq gətirdi və Ermənistanın arzularını puça çıxardı. İran ilə Azərbaycan arasında imzalanan Anlaşma Memorandumu da düşmənlərimizi mat vəziyyətinə salmış növbəti uğurlu gedişimizdir. Azərbaycan “3+3” formatının yaradılmasını dəstəkləyir. Amma İranla imzaladığımız bu Memorandum Ermənistansız da regionda yeni əməkdaşlıq formatının, yəni “3+2” formatının yaranacağından xəbər verir. Bu Memorandumun imzalanması və İran ərazisindən 55 kilometr uzunluğunda yeni kommunikativ marşrutun yaradılması Ermənistanın regionda əhəmiyyətini tamamilə itirir. Vəziyyət onu göstərir ki, Ermənistanı dalana salmışdıq və bundan sonra da dalanda qalacaq. Yəni Ermənistanla münasibətdə şərtləri təqdim edən tərəf Azərbaycandır və bundan sonra da belə olacaq”.

A.Badamova görə, İran ərazisindən keçəcək yeni nəqliyyat marşrutunun istifadəyə verilməsi Naxçıvanı blokadadan çıxaracaq:

“İranın Avropaya və Rusiyaya quru yolla çıxış imkanları genişlənəcək. Türkiyə və Rusiyanın yük mübadilə imkanları artacaq. Beləliklə, İranla Azərbaycan arasında yaranacaq yeni marşrut Cənub-Şimal nəqliyyat dəhlizinin əhəmiyyətini daha da artırmaqla region ölkələrin əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcək. Bu layihənin reallaşması tarixi hadisə, yaranacaq yeni geosiyasi xəritə, Azərbaycan diplomatiyasının qələbəsidir və regionun iqtisadi inkişafında mühüm rol oynayacaq”.
Bu gün, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Bu gün, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Bu gün, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Bu gün, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Bu gün, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Bu gün, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Bu gün, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO