Erməni separatçılarını bağrına basan Makron indi NƏ DEYİR?.. - İNCƏLƏMƏ...
Siyaset
Oxunub: 279
19 mar 2022 | 21:18
Erməni separatçılarını bağrına basan Makron indi NƏ DEYİR?.. - İNCƏLƏMƏ...


“Öz fəaliyyətimizlə müstəqillik hərəkatımızda yeni perspektivlər açmağa çalışırıq. Korsikanı müstəqilliyə çatdıracaq siyasi güc yaratmaq vaxtıdır”. 1976-cı ildə mübarizəyə başlayan Korsikanın Milli Azadlıq Cəbhəsi 2014-cü ildə silahı yerə qoyarkən məhz bu açıqlama ilə gündəmə gəlmişdi. Bu andan sonra mübarizənin aparılmasında demokratik qaydaların rəhbər tutulması ön plana çıxdı. Yəni korsikalılar qanuni yollarla “fransız” deyil, korsikalı olmaq istədiklərini bildirir, öz dillərinin fransız dili ilə eyni statusa sahib olmasını istəyir, muxtariyyət tələb edirdilər.

Lakin yekunda Fransa dövləti üçün korsikalıların demokratik tələblərinin heç bir anlam daşımadığı ortaya çıxdı. Son günlər Korsikada davam edən etirazlar Fransanın özünəməxsus “demokratiyasının” öz vətəndaşlarının qanuni tələblərinə qətiyyən məhəl qoymadığını göstərdi. Korsikalılar isə müstəqillik bir yana qalsın, muxtariyyətə belə razı olduqlarını bildirirlər.

Təbii ki, Fransa demokratiyası üçün bu da qəbuledilməz hesab olunur. Fransa Avropada demokratiya uğrunda “mübarizə öncüllərindən” biri kimi təqdim olunsa da, həmin demokratiyanın bütün tələblərini açıq-aşkar tapdalamağa çalışır. Rəsmi Paris üçün Korsika məsələsi heç zaman açılmayacaq, heç bir müstəvidə qəbul olunmayan bir anlayışdır. Halbuki, Fransa heç də həmişə “demokratiya”nı boğmağa çalışmır. Məsələn, söhbət ermənilərdən gedəndə hətta separatçılığı belə demokratiyanın başlıca şərtinə çevirə bilər. Utanmadan separatizmlə demokratiyanı eyniləşdirə də bilər. Yetər ki, Parisin maraqları təmin olunsun. Üstəlik, ermənilərin korsikalılar kimi tarixi əsasları da yoxdur. Mövcud olan tarixi faktlar, sənədlər onların bu bölgədə gəlmə olduğunu birmənalı şəkildə ortaya qoyur. Dia.az-ın məlumatına görə, politoloq Qabil Hüseynli “Şərq”ə deyib ki, Avropada təkcə Fransada deyil, digər ölkələrdə də öz müqəddəratını həll etməyə çalışan, bunun uğrunda mübarizə aparan etnik topluluqlar çoxdur. Siyasi şərhçi vurğulayıb ki, İngiltərədə Şimali İrlandiya, İspaniyada Kataloniya, Qrenada, Fransada Korsika kimi bölgələr illərdir müstəqillik uğrunda mübazirə aparırlar:

“Onların hamısı Qərb ölkələri tərəfindən “separatçı” və “terrorçu” kimi qələmə verilirlər. Hər zaman vurğulayırlar ki, Avropa separatizmi qəbul etmir. Amma bu prinsip ancaq öz ərazilərində keçərlidir. Məsələn, İspaniyada katalonlar açıq, silahlı formada mübarizə apardıqlarına görə onları birmənalı “terrorçu” siyahısına salıblar. Bütün dünyaya da o cür təqdim edirlər. Eyni zamanda post-sovet ölkələrindəki, Moldovada, Ukraynada, Gürcüstandakı separatçı rejimlərlə bağlı da “öz müqəddəratını həll etmək” məsələsini gündəmə gətirmirlər. Amma ermənilərlə bağlı dərhal ortaya atılır, “müstəqillik”dən, “status”dan dəm vururlar. Burada xristian təəssübkeşliyi ilə yanaşı, ermənipərəst qüvvələr və erməni diasporası da önəmli rol oynayır. Açıq-aşkar anti-türk, anti-müsəlman mövqeyi sərgiləyirlər.

Dəfələrlə qeyd olunub ki, ermənilər öz müqəddəratını həll edərək, bizim torpaqlarımız hesabına “dövlət” qurublar. İkincisi isə əsla olmayacaq. Heç zaman buna yol verməyəcəyik”.
Dünən, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Dünən, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Dünən, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Dünən, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Dünən, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Dünən, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Dünən, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Dünən, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Dünən, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Dünən, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Dünən, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Dünən, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Dünən, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Dünən, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Dünən, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Dünən, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Dünən, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Dünən, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Dünən, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Dünən, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Dünən, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Dünən, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
20-05-2024, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
20-05-2024, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
20-05-2024, 15:06
Xankəndiyə prokuror təyin edilib
20-05-2024, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
20-05-2024, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO