İrəvanın yeni məkrli oyunu: əgər müharibə istəmirsə... - GƏLİŞMƏ
Siyaset
Oxunub: 277
19 mar 2022 | 21:45
İrəvanın yeni məkrli oyunu: əgər müharibə istəmirsə... - GƏLİŞMƏ


Erməni nəşri “Past” belə bir məlumat yayıb ki, aprelədək - Nikol Paşinyanın Moskva səfərinədək - Ermənistan Xarici İşlər Nazirliyində Azərbaycanla sülh müqaviləsinin hazırlanması üçün işçi qrupu yaradılacaq. Bu, ilk baxışda pozitiv xəbərdir. Ancaq əgər bu işçi qrupu da ötən ilin əvvəlində Ermənistan hökumətinin kommunikasiyaların açılması ilə bağlı yaratdığı işçi qrupu kimi fəaliyyət göstərəcəksə, yəni heç bir nəticəsi olmayacaqsa, demək, İrəvan yenə gözdən pərdə asmaq, sülhpərvər kimi görünmək və vaxtı uzatmağı hədəfləyib.

İrəvandan vaxtaşırı ziddiyyətli açıqlamalar gəlir. Şəxsən Nikol Paşinyan özü dəfələrlə özünü inkar edən mövqelər sərgiləyib. Əgər Ermənistan həqiqətən Azərbaycanla sülhə hazır idisə, o halda Zəngəzur dəhlizinin açılması ilə bağlı yersiz müqavimət göstərməzdi. Ancaq məlum olduğu kimi, İrəvan müxtəlif bəhanələrlə prosesi uzatdığı üçün Azərbaycan İranla dəhliz anlaşmasına getdi. Hansı ki, Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın özünə lazım idi və faktiki olaraq ermənilərin xilası baxımından önəmli layihə idi. Budur, iki gün əvvəl açılmış Lars buraxılış məntəqəsi yenidən əlverişsiz hava ucbatından qapanıb və Ermənistan çarəsiz duruma düşüb. Ancaq miskin həyatı seçən ermənilər yenə də daşı ətəyindən tökmək istəmir.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda çıxışı zamanı Azərbaycanın münaqişə sonrası mərhələdə sülh quruculuğu səylərindən bəhs etmişdi. Eyni zamanda, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu erməni həmkarı Mirzoyanla görüşdə sülhə çağırış etmişdi. Bütün bunlardan sonra da İrəvanın Bakının təqdim etdiyi sülh təkliflərinə razılıq verməməsi bu ölkənin gerçək mahiyyətini bir daha göstərdi.

Qeyd edək ki, Azərbaycan XİN-in mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən buna qarşılığın verilmədiyini qeyd edib. “Məlumat verildiyi kimi, növbəti addım qismində Azərbaycanın bir neçə gün öncə, iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib”, XİN rəsmisi deyib. Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsipləri əks olunub:

- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması

Qeyd etmək istərdik ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər", - vurğulanıb.

Ermənistan isə Azərbaycanın iki ölkə arasında sülhlə bağlı baza prinsipləri təklifinə cavab verib. İrəvan Azərbaycanla sülh sazişinin imzalanması üzrə danışıqların təşkili üçün ATƏT-in Minsk Qrupunun həmsədrliyinə müraciət etdiyini də açıqlayıb. Düzdür, siyasi və iqtisadi strateji araşdırmalar mərkəzindən təhlilçi Benyamin Poqosyan iddia edib ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa “psixoloji” olaraq hazırdır və əvəzində Qarabağın erməni əhalisinin haqları məsələsini irəli sürəcək. Amma biz bunun simptomlarını görmürük.

Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Vaan Unanyan isə iddia edib ki, “Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyində duran prioritet məsələlərdən biridir”.

Erməni diplomat “Ermənistan Respublikası hökuməti ölkə və region üçün dinc inkişaf dövrünün açılması strategiyasını qəbul edib və təbii ki, bu istiqamətdə addımlar atmağa hazırdır. Digər tərəfdən, regional kommunikasiyaların açılması da prioritetlərdən biridir və bu istiqamətdə də konkret addımlar atılır”, - deyə o bildirib. Amma müşahidələr əksini deyir.

Martın 17-də Laçındakı dövlət sərhədimizi qanunsuz şəkildə keçən Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatları Azərbaycan Respublikası Xocalı rayonunun Pirlər və Xanabad kəndlərində olublar. Deputatlar Artur Xaçatryan, Qeqam Manukyan, Kristine Vardanyan, Yelena Kirakosyan “Daşnaksütyun” partiyasının Qarabağdakı nümayəndələrinin müşayiəti ilə Ağdam şəhəri yaxınlığındakı kəndlərimizə gəliblər. Həmçinin erməni əhaliyə silah paylanılması barədə məlumatlar var. Bütün bunlar sülhdən xəbər vermir.

Bəs, ekspertlərimiz necə düşünür, Ermənistan həqiqətənmi Bakı ilə sülh müqaviləsi imzalamaqda maraqlı və hazırdır? Dia.az-ın məlumatına görə, deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın hazırkı dövr əsas məqsədi vaxt uzatmaq və zamanla yenidən çirkin məqsədlərini həyata keçirməkdir: “Bütün bu açıqlamalar tamamilə qeyri-səmimidir. Ermənistanın XİN başçısının Azərbaycanın sülhlə bağlı təkliflərinə reaksiyası bunu bir daha təsdiq edir. Əvvəlki dövrdə də belə bir işçi qrupu yaradılmışdı, üç ölkənin nümayəndələrindən ibarət. Bu günə kimi Ermənistan bu işçi qrupunun görüşlərini pozur. Əgər indiyədək Ermənistan 10 noyabr razılaşmasının bəndlərini tam yerinə yetirməyibsə, davamlı atəşkəsi pozursa, sərhəddə təxribatlar törədirsə, hansı sülhə hazırlıqdan söhbət gedə bilər? Yekun qənaət odur ki, erməni terrorçularını ancaq ”Dəmir yumruq"la işğalda qalan ərazilərimizdən çıxara bilərik".

C.Məmmədov qeyd etdi ki, erməni separatçıları və ümumiyyətlə, toplumu 44 günlük müharibədəki məğlubiyyətdən nəticə çıxarmayıb: “Bütün hallarda zaman Ermənistanın əleyhinə işləyir. Əslində bu müqaviləyə daha çox Ermənistanın ehtiyacı var. Əgər reallığı anlamasalar, dərs çıxartmasalar, yenidən Prezident İlham Əliyevin ”Dəmir yumruğu" altında əziləcəklər".

Millət vəkilinin sözlərinə görə, erməni separatçıların olduğu ərazilər Azərbaycana məxsus olduğu üçün istənilən vaxt burada antiterror əməliyyatı keçirmək hüququmuz var: “Burada beynəlxalq qurumlar da böyük məsuliyyət daşıyır. Onlar Ermənistana dəstək verməklə bu ölkəni yeni cinayətlərə təşviq edir. Ermənistan terrorçu dövlətdir. Terrorçunu dəstəkləmək terror törətməyə bərabərdir. Ermənistan düşünməsin ki, sülhlə bağlı müqavilə hər zaman masa üzərində olacaq. 30 il ərzində də Ermənistan belə etdi. Nəticə göz qabağındadır. Nə Azərbaycan, nə də Türkiyə uzun illər Ermənistanın nazı ilə oynamayacaq. Düşmənçilikdən və kin-küdurətdən əl çəkməsələr, bunun aqibəti Ermənistan üçün yaxşı olmayacaq. Ermənistan bunu anlamalıdır”.

İrəvan Türk Cümhuriyyətinin başqanı, ermənişünas alim Qafar Çaxmaqlı xatırlatdı ki, Azərbaycan Ermənistanla barışa getmək üçün 5 maddəlik təkliflər göndərib: “Ermənistanda bunu müzakirə etmək və cavab vermək əvəzinə, üz tutublar ATƏT-in Minsk Qrupuna, onlardan xahiş eləməyə başlayıblar ki, Azərbaycanla anlaşmaqda vasitəçilik etsinlər. Bu faktın özü göstərir ki, Ermənistan siyasi dairələri barış görüşmələri üçün hazır deyil və yaxud bunu qəsdən uzatmağa çalışır. Ermənistan açıq bildirir ki, Qarabağda yaşayan ermənilərin durumu müəyyənləşməyənə qədər heç bir anlaşmadan söhbət gedə bilməz. Bu, o deməkdir ki, təkliflərimiz diqqətə alınmayııb. Onların ortaya atdıqları işçi qrupu məsələsi də manevr taktikasıdır. İşçi qrupunu yaratmaq bir günün işidir. Ermənistan açıq şəkildə vaxtı uzadır”.

Bəs, bu, Ermənistanın xeyrinə işləyəcəkmi? Q.Çaxmaqlı: “Birmənalı demək çətindir. Amma Zəngəzur dəhlizi ilə də manipulyasiya edildi, bir-birindən zidd bəyanlar səsləndirdi. Sonunda ona alternativ olmasa da, İran ərazisindən Naxçıvana uzanacaq kommunukassiya xəttinin açılması ilə bağlı Tehranla razılaşmamız oldu. İndi Ermənistanda bunun peşmançılığı dilə gətirilir. Ermənistanın sərhəd, yaxud ərazi bütövlüyü ilə bağlı məsələləri uzatmaq taktikası hesab edirəm ki, onun ziyanına işləyəcək”.

Politoloq Tural İsmayılov da hesab edir ki, Ermənistan sülhlə əlaqədar və digər məsələlərdə manipulyasiya etməklə məşğuldur: “Əslində, rəsmi İrəvanın hazırda sülhə heç bir alternativi yoxdur. Ermənistanın bütün gələcək iqtisadi və siyasi mövcudluğu birbaşa regionda bundan sonra necə davranmağından asılıdır. Dalana dirənmiş Ermənistan bütün formalarda blokadaya alınmış vəziyyətdədir. Bu gün regionda güclənən Azərbaycan və Türkiyə faktorundan narahat olanlar Ermənistandan daim təzyiq vasitəsi kimi istifadə edirlər. Ermənistan Fransa və digər siyasi güclərin təhriklərindən geri durmalı və situasiyanı gərginləşdirməməlidir. İrəvanın bütün təhdid imkanları tükənib və nə olmağından asılı olmayaraq, Azərbaycanın diktə etdiyi şərtləri qəbul etməlidir”.

Ermənistan rəhbərliyinin gah Qərbə, gah Rusiyaya üz tutmasına, iki cinah arasında vurnuxmasına gəldikdə, T.İsmayılov bunu səbəbsiz saymır: “Paşinyan Rusiyanın Ukraynadakı qarşıdurmasından istifadə edərək, Fransaya səfər etdi. O, Qərbdəki havadarlarının təlimatlarını yerinə yetirməyə çalışır. Nəzərə almaq lazımdır ki, Rusiya siyasi rəhbərliyi Ermənistanın ikiüzlü siyasi xəttini yaxşı anlayır. Nəhayətdə, Zaxarovanın son açıqlamalarında düşünürəm ki, burada sətiraltı olaraq Ermənistana da kifayət qədər mesajlar var idi. Bu gün Ermənistanın üzdə Moskvaya yaltaqlanması ciddi qəbul edilmir. Mənə elə gəlir ki, Pasinyanın Moskva səfəri də buna hesablanıb. Rusiya Ermənistanın vaxt udmağa çalışdığını görür, anlayır ki, Ermənistan hər keçən gün 10 noyabr və Soçi bəyanatlarını etibardan salaraq əslində Rusiyanı şantaj edir”.

Son məlumata görə, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” fraksiyası Nikol Paşinyanın iştirakı ilə iclas keçirəcək. Hurriyyet.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb. Erməni nəşri qeyd edir ki, Baş nazirin rəhbərlik etdiyi hakimiyyət parlamentin qarşıdan gələn 4 günlük iclaslarının gündəliyini müzakirə edəcək və hansı təşəbbüslə, hansı mövqedən çıxış etməli olduqlarını dəqiqləşdirəcək. “Biz Paşinyanın Azərbaycanın təqdim etdiyi 5 bənd haqqında da danışacağını gözləyirik, çünki onlar təkcə cəmiyyətdə deyil, fraksiyada da suallar doğurub. Deputatlar Paşinyanın bu təklifləri necə şərh etdiyini birbaşa bilmək istəyirlər”, - deyə bir mənbə bildirib.

“Joqovurd” yazır: “Vətəndaş Müqaviləsi”nin deputatları da xarici işlər nazirinin iştirakı ilə qapalı iclas çağırmaq istəyirlər. Fraksiyadakı deputatların əksəriyyəti bixəbər olduğu üçün çox şey bilmir və informasiyanı sırf mediadan alır. Ona görə də, ən azı qapalı iclaslar formatında nə gözləndiyini anlamaq istəyirlər - həm onlar üçün, həm də hamımız üçün", - mənbə bildirib.

Hər halda, bir az da səbir edək. Həm də ehtiyatı əldən verməməklə. Erməni məkrini çox görmüşük...
Bu gün, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Bu gün, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Bu gün, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Bu gün, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Bu gün, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Bu gün, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Bu gün, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO