Rusiyanın başı Ukraynaya qarışıb deyə sülh müqaviləsi üçün fürsət pəncərəsi yaranıb... - GƏLİŞMƏ
Siyaset
Oxunub: 420
19 mar 2022 | 23:39
Rusiyanın başı Ukraynaya qarışıb deyə sülh müqaviləsi üçün fürsət pəncərəsi yaranıb... - GƏLİŞMƏ


Məlumdur ki, İrəvan Bakı ilə böyük sülh anlaşmasını iki ildir müxtəlif bəhanələrlə uzadır. Onlardan biri də Minsk Qrupunu danışıqlara cəlb eləmək cəhdidir. Halbuki belə bir anlaşma ən çox Ermənistanın özünə lazımdır ki, öz əsas qonşuları ilə nəhayət, dinc, yanaşı, təhlükəsizlik şəraitində mövcud olub inkişaf edə bilsin. DİA.AZ “Yeni Müsavat”a istinadla bildirir ki, nəzəri cəhətdən Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan da barışıq mümkündür. Elə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da ötən həftə Antalya Forumunda Ermənistana məhz belə bir çağırış edib. Ancaq o da var ki, tərəflərin ikitərəfli formatda sülh danışıqları aparıb yekunda sülh sazişi imzalaması Rusiyanın regional maraqlarına cavab vermir. Çünki Moskvanın bölgədə uzunmüddətli qalması iki xalqın barışığını istisna edir. O halda Gümrüdəki Rusiya hərbi bazasına da, Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinə də lüzum qalmayacaq. Hərçənd Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova srağagün keçirdiyi brifinqdə bildirib ki, Moskva Bakı və İrəvanın sülh sazişi ilə əlaqədar işə başlaması hazırlığını alqışlayır. O, ölkəsinin sülh danışıqları prosesinə hərtərəfli köməklik göstərmək niyyətini bir daha təsdiqləyib. Sitat: “O ki qaldı sülh sazişinin nə vaxt imzalanacağına, bu mövzuda nəsə danışmaq hələ tezdir. Biz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına kömək etməyə hazırıq. Əlbəttə ki, tərəflərin özləri öz aralarında bütün məsələləri həll edəcəklər. Bizim tərəfimizdən Azərbaycan və Ermənistana hər yardım və kömək göstəriləcək”.

Ancaq rəsmi Moskva nə dərəcədə səmimidir? İstənilən halda, Bakı və İrəvan vasitəçiyə ehtiyac olmadan, özləri dil taparsa, Rusiyanın buna qarşı hansı kontr-ssenariləri ola bilər? Moskva xüsusən də Ukrayna olaylarından sonra bu prosesi əngəlləmək gücündədirmi? Çünki sülh müqaviləsinin bağlanması ilə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımış olacaq, Qarabağda “artsax” oyuncaq rejiminin olan-qalan tör-töküntüləri də cəhənnəmə vasil ediləcək, oradakı dinc erməni əhalisi isə seçim edəcək - ya Azərbaycan vətəndaşlığı, ya Ermənistana çıxıb getmək. Bu halda rus sülhməramlıları da bölgəni tərk edəcəklər. Kreml belə bir ssenarini tezliklə arzulamır və Zaxarova da o səbəbdən sülh sazişi üçün hələ tez olduğunu söyləməkdədir.

Amma Bakı ilə İrəvan arasında təmaslar var, Azərbaycan 5 bəndlik sülh təkliflərini açıqlayıb, bütün hallarda tərəflər gec-tez sülhə imza atmalıdırlar. Buna qədər Rusiyanın “B” planı nə ola bilər?

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycan-Ermənistan arasında sülh danışıqlarından Moskvanın xəbəri olmamış deyil. Onun fikrincə, ən azı İrəvan Kremli danışıqların detalları ilə tanış edir, məsləhətləşir. Eyni zamanda, Türkiyə faktorunu vurğulayan N.Cəfərlinin fikrincə, Rusiyanın başının Ukraynaya qarışdığı bir vaxtda Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi üçün bir əlverişli şərait yaranıb. “İki ölkə arasında sərhədlərin dəqiqləşməsi, ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımaq kifayət qədər gərginliyi azalda bilər. Düzdür, gərginliyin azalması Rusiyanın istəklərinə uyğun gəlməyə bilər, amma sülh sazişi üçün münbit şərait yaranıb. Əgər Ermənistan prosesi uzatmasa, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdıra bilər”.

N.Cəfərli hesab edir ki, sülh sazişinin imzalanması heç də rus sülhməramlılarının bölgədə 2025-dək qalmasını əngəlləmir: “Həmçinin, Gümrüdəki rus hərbi bazasının olması ilə bağlı uzunmüddətli müqavilə var və bütün bunların sülh sazişi ilə əlaqəsi yoxdur. Ona görə sülh müqaviləsi olsa belə, Rusiyanın Cənubi Qafqazda hərbi varlığı davam edəcək. Ona görə bu cəhətdən Rusiyada bir arxayınlıq var. Lakin Rusiyanın başı Ukraynaya qarışıb deyə sülh müqaviləsi üçün fürsət pəncərəsi yaranıb. Ermənistan da müəyyən mənada bunda maraqlıdır. Çünki Qərbə inteqrasiya yolu tutubsa, bunu Rusiyanı qıcıq etmədən yürüdürsə, o zaman Avropa yolu Türkiyə və Azərbaycanla münasibətləri tənzimləməkdən keçir. Əks halda Ermənistana investisiya gəlməsində problem olacaq, odur ki, İrəvan özü sülh müqaviləsində maraqlı olmalıdır”.

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, ikitərəfli danışıqlar üçün təcrübə də var: “Brüsseldə Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri təkbətək 4 saatdan artıq müzakirə aparmışdılar. Bu presedent sübut edir ki, nə Qərbin, nə Rusiyanın vasitəçiliyinə ehtiyac var. Xarici işlər nazirlərinin də danışıqları olub və bu faktlar ikitərəfli görüşləri zəruri edir. Amma Rusiya bu məsələdə inhisara malikdir və sükanı əldən vermək istəmir, Minsk Qrupunu da dövriyyəyə buraxmaq istəyində görünmür. Son günlər ABŞ-ın Qarabağ mövzusunda fəallığı da məhz itirilmiş mövqeyini qaytarmaq səyləridir. Yəni beynəlxalq güclər Ermənistanla Azərbaycan arasında ikitərəfli danışıqlar aparılmasına imkan vermir, regional müstəvidən çıxarmağa çalışır”.

Təhlilçi güman edir ki, sülh müqaviləsinin bağlanması böyük zaman tələb edir: “Delimitasiya işləri getmir, Ermənistan ”artsax" iddialarından əl çəkməyib, “status” mövzusunu yenə dilə gətirirlər və 5 bəndlik sülh təklifinə cavabda da bu məsələni qabartmışdılar. Ona görə Rusiyadan əvvəl Ermənistanın bir ipə-sapa yatması, təklifləri qəbul etməsi lazımdır. Biz faktiki gördük ki, Zəngəzur dəhlizinin açılmasında da cığallıq etdilər. O baxımdan nə Paşinyanın müstəqil siyasət yürütmək iradəsi var, nə Qərbdəki himayəçiləri ona danışıqları bu şəkildə aparmağa icazə verir, nə də Rusiya problemin fundamental şəkildə tam həllini arzulayır. Məşhur söz var - əvvəl problemi yaradırlar, sonra onunla məşğul olurlar. Kreml problemi uzatmaqla vaxt udmağa, bölgədə hərbi mövcudluğunun ömrünü çoxaltmağa çalışacaq. Amma gərək Ermənistan da reallıqlarla barışsın və anlasın ki, Türkiyə və Azərbaycan olmadan onun bölgədə inkişafı tormozlanacaq, Rusiyanın təsiri altında qalacaq".
Dünən, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Dünən, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Dünən, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Dünən, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Dünən, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Dünən, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Dünən, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Dünən, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Dünən, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Dünən, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Dünən, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Dünən, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Dünən, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Dünən, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Dünən, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Dünən, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Dünən, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Dünən, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Dünən, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Dünən, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Dünən, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Dünən, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
20-05-2024, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
20-05-2024, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
20-05-2024, 15:06
Xankəndiyə prokuror təyin edilib
20-05-2024, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
20-05-2024, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO