Ermənistan 10 noyabr və 11 yanvar anlaşmasından imtina edir - DETALLAR
Siyaset
Oxunub: 219
18 mar 2022 | 18:20
Ermənistan 10 noyabr və 11 yanvar anlaşmasından imtina edir - DETALLAR


İxtiyari məsələyə hər bir xalqın spesifik baxışı var. Məsələn, Ukraynada baş verənlərə bizim baxışımızla avropalıların baxışı qətiyyən uzlaşmır. Biz Ukrayna hadisələrinə ümumbəşəri prizmadan və insanlıq nöqteyi-nəzərindən baxırıq. Bu gün azərbaycanlıların 95 faizi mənən ukraynalıların yanındadır. Lakin amerikalılar, fransızlar, ispanlar hətta çexlər Ukrayna olaylarına başqa cür yanaşırlar. Onların baxışları insanlıqdan daha çox milli və dövləti maraqlara söykənir. Hələ bədnam qonşularımız erməniləri demirəm. Bu gün ermənilərin ən azı 50 faizi Rusiyanın tərəfini tutur. Tərəf tutmaq azdır. Bu münaqişədən özləri üçün pay da qoparmaq istəyirlər.

Tarixən ermənilər bütün müharibələrdə və münaqişələrdə aktivləşiblər. Milli maraqları üçün ortaya atılıblar. Birinci və İkincü Dünya müharibəsində də belə olub, SSRİ dağılanda da belə olub, indi də belədir. Hər zaman ruslara tulalıq edən ermənilər indiki dar macalda da ruslara hürürlər.Üstəlik, onların yanında olduqlarını söyləməyin əvəzi üçün Moskvadan nəsə tələb edirlər.

Məsələn, son günlər ermənilər həm təmas xəttində, həm də diplomatik sahədə xeyli fəallaşıblar. Azərbaycana təzyiqi artırmaq və Qarabağ münaqişəsini yenidən alovlandırmaq üçün bütün ermənilər ayağa qalxıblar.Ermənilər bir tərəfdən Moskvadan əlavə dividentlər qoparmaq istəyir, digər tərəfdən isə Qarabağ problemini Rusiyanın başı üzərindən yenidən Avpopaya daşımaq istəyirlər.

Ermənilərin Avropa sevdası da təsadüfi deyil. Məlumdur ki, Fransa Rusiyadan sonra ermənilərin ən böyük himayədarıdır. Fransa növbəti prezident seçkilərinə hazırlaşır. Fransada keçirilən seçkilərdə isə erməni diasporu hər zaman aktiv rol oynayıb. Bu dəfə də erməni diasporu seçki ərəfəsində Makrondan Ermənistanın lehinə qərarların qəbulu üçün hərəkətə keçiblər. Onların Makrondan əsas istəklərindən biri qısa zamanda ATƏT-in Minsk Qrupunun dirçəldilməsidir. Çünki 25 illik təcrübə göstərdi ki, Minsk Qrupu hər zaman ermənilərin mövqeyindən çıxış edib. Ona görə də həm erməni diasporu, həm də rəsmi İrəvan Minsk Qrupunun fəaliyyətə başlamasında çox maraqlıdır. Ermənilərin fikrincə, Minsk Qrupu fəaliyyətə başlayarsa, 10 noyabr anlaşması və 11 yanvar Bəyannaməsi öz hüquqi qüvvəsini itirər və bu bəd niyyətlərini heç gizlətmirlər də.

Məsələn, bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan tərəfinin təklif etdiyi 5 maddədən ibarət təkliflər paketini şərh edərkən dedi ki, “biz Azərbaycanının təkliflərinə baxa bilərik. Lakin bu müzakirələr ATƏT-in Minsk Qrupu çərçivəsində ola bilər”.

Mirzoyanın bu fikirləri açıq şəkildə göstərir ki, Ermənistan 10 noyabr Anlaşmasından və 11 yanvar Bəyanatından birtərəfli qaydada boyun qaçırır. Azərbaycanla imzalanacaq sülh müqaviləsindən isə heç danışılmır. Sanki tarixin təkəri 30 il geriyə dönüb. 1992-ci ilin yanvarını yaşayırıq. Onda da vəziyyət belə idi. Qarabağda ermənilərin yaşadığı bütün ərazilərdə heç bir Azərbaycan qanunu işləmirdi.Rusiyaya sığınan erməni separatçıları Xankəndidə gündə bir anti-Azərbaycan bəyanatı verirdilər. İndi də Xankəndidə ermənilər tez-tez mövqelərimizi atəşə tutur, müxtəlif bəyanatlar səsləndirir, ən əsası o vaxtkı kimi yenə də ruslara “stavka” edirlər.

Hələ bu harasıdır. Bu günlərdə Avropa Parlamentində Azərbaycan əleyhinə “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamə qəbul edildi. Qətnamənin 635 deputat lehinə, 2 deputat əleyhinə səs verib, 42 nəfər səs verməkdən çəkinib. Ən pisi də odur ki, Qətnamədə qeyd olunub ki, “Azərbaycan tarix boyu Qarabağdakı erməni mədəni irsini Alban tarixi abidələri kimi təqdim edib. Bu, yolverilməzdir”.

Göründüyü kimi, Qətnamə birbaşa İrəvanda hazırlanıb və nöqtəsinə, vergülünə toxunmadan birbaşa səsverməyə çıxarılıb. Bu məsələdə maraq doğuran digər məqam odur ki, səsvermədə Azərbaycan nümayəndə heyətinin mövqeyi bilinmir. Cəmi 2 nəfər sənədin əleyhinə səs verib. Yəqin ki, onlar da azərbaycanlı deyil. Bəs, onda bizim bərk gedən deputatlarımız səsvermə zamanı harada olublar? Yəqin ki, başları alverə qarışıbmış.

Bəli, ermənilər bütün vasitələrdən, o cümlədən Ukrayna münaqişəsindən istifadə edərək iş görür, Azərbaycanın ərazi bütövlüyü üçün yeni təhlükələr yaradırlar. Biz isə 44 günlük Qələbənin eyforiyasında Ukraynalıların dərdini ağlayırıq.

Allah axırımızı xeyirli eləsin!
Surxay Atakişiyev,
KONKRET.az
Bu gün, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Bu gün, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Bu gün, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Bu gün, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Bu gün, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Bu gün, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Bu gün, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO