Cənubi Qafqaz yeni savaş astanasında... - NƏ ETMƏLİ?
Siyaset
Oxunub: 357
17 mar 2022 | 19:19
Cənubi Qafqaz yeni savaş astanasında... - NƏ ETMƏLİ?


Rusiyanın Ukraynada davam edən hərbi əməliyyatlarının uzanması fonunda Qafqazda da vəziyyət gərginləşə bilər. “Yeni Müsavat”ın xəbərinə görə, buna səbəb Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya üzərində nəzarəti ələ almasına dair səslənən çağırışlardır.

AzadlıqRadiosunun Gürcüstan xidməti ölkənin 2008-ci ildə Rusiya ilə müharibədə itirdiyi torpaqları geri qaytarmaq çağırışları səsləndirildiyini yazır. Bugünlərdə sosial şəbəkələrdə yayılmış videoda dörd silahlı gürcünün rəsmi Tiflisi Ukraynadakı vəziyyətdən istifadə etməyə çağırdığı ortaya çıxıb. Sosial mediada yayılmış videonun Ukraynada çəkildiyi də görünür. Videodakıların biri deyir: “Bu gün Ukrayna qaynayır, biz gürcüstanlıların torpaqlarımızı qaytarması üçün nadir fürsət yaranıb”.

Gürcüstanın Cənubi Osetiya və Abxaziya separatçı bölgələri hazırda Rusiyanın nəzarətindədir. ABŞ kəşfiyyatı Rusiyanın Ukraynada istədiyinə hələlik nail olmadığını bildirir. Amma bunun Gürcüstan üçün fürsət olması elə də asan deyil. Beynəlxalq Böhran Qrupunun təhlilində bu xüsusda deyilir: “İstənilən belə addım separatçı regionlardakı Rusiya əsgərləri ilə açıq qarşıdurmaya aparar”. Hazırda Rusiyanın Abxaziya və Cənubi Osetiyada 8 minədək əsgəri olduğu bildirilir.

Gürcüstan 2008-ci ilin avqustunda Cənubi Osetiyanı yenidən nəzarətə almağa çalışıb. Bu bölgə 1990-cı illərdə Gürcüstana qarşı separatçı müharibəyə başlamışdı. Rusiya isə həm Cənubi Osetiya, həm də Abxaziyaya 2008-ci ildə qoşun yeritdi, 190 min nəfər məcburi köçkünə çevrildi. Moskva bu regionu “müstəqil” dövlətlər kimi tanıyır, hər ikisində də hərbi kontingent saxlayır.

ABŞ-ın və Qərbin Ukraynadan əvvəl sınaq meydanına çevirmək istədiyi ölkə Gürcüstan idi. 2008-ci il hadisələri də onların dəstəyi ilə gerçəkləşmişdi. Ola bilməzdi ki, Qərb elə indi Ukraynada olduğu kimi Gürcüstanın Rusiya ilə qarşıdurmada qalib çıxa bilməyəcəyini proqnozlaşdırmasın. Amma Tiflis separatçı bölgədə hərbi əməliyyata başladı və vaxtında müdaxilə olmasaydı, Rusiya ordusu Gürcüstan paytaxtınadək irəliləyəcəkdi. Maraqlıdır ki, Ukrayna müharibəsi başlayandan sonra Gürcüstan gözlənilmədən Avropa Birliyinə rəsmi üzvlüklə bağlı sənəd imzaladı. Əslində Qərbin Gürcüstan hakimiyyəti üzərində Saakaşvili dövründə olduğu kimi təsiri yoxdur. Amma yayılan məlumatlar Qafqaz, eləcə də Azərbaycan üçün təhlükəli ssenarilər, perspektiv vəd edir. Çünki bölgədə sabitlik olmayacaq, Gürcüstandan keçən neft kəmərlərinə təhlükə yarana, Qarabağda vəziyyət dəyişə bilər. Bəs azərbaycanlı ekspertlər nə düşünür, Gürcüstan Qərbin provokasiyasına gedə bilərmi? Dia.az-ın məlumatına görə, professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, Qərb Gürcüstanı bu prosesə əsla təhrik etməz: “Eyni zamanda Gürcüstanı idarə edən oliqarx Bdzina İvanaşvili Rusiyanın adamıdır və Moskvanın əmrlərini icra edir. İnanmıram ki, bu qərarı versin və bölgədə müharibə alovlansın. Onun Rusiya bağlantısı müharibə ehtimalını istisna edir. Sadəcə, Gürcüstan öz torpaqlarını azad etmək üçün fürsəti dəyərləndirə bilər və gec-tez separatizmə son qoymalı, əlverişli şəraitdən istifadə etməlidir”. Politoloq əgər müharibə başlasa, Azərbaycan üçün müəyyən təhlükələr ola biləcəyini istisna etmir: “Əgər biz də eyni vaxtda Qarabağda separatçıları təmizləməyə başlasaq, regionda qarışıqlıq yarana bilər. Bu halda Qərbin proseslərə birbaşa müdaxiləsi gözləniləndir. Hadisələr Fransanın, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin işə qarışmasına səbəb olacaq. Bu da bizi qane etməyəcək. Elə sonuncu məsələni götürək, Avropa Parlamentinin əleyhimizə çıxarılan qətnaməsi göstərdi ki, Qərb Azərbaycana hansı münasibətdədir”.

Siyasi şərhçi Azad Məsiyevin fikrincə, Gürcüstanda “məxməri inqilab”la hakimiyyətə gələn qüvvələr həmin illərdə anti-Rusiya siyasəti aparırdı: “Saakaşvili dövründə Rusiya-Gürcüstan münasibətləri tam düşmənçilik səviyyəsinə çatdı. Gürcü xalqı bu gün də keçmiş prezidentin xarici siyasətdə səhvlərinin altını çəkir. Rəsmi Tiflisin o zamankı strategiyası NATO-ya üzvlüyə doğru idi və bu da təbii ki, Rusiyanın xoşuna gəlmirdi. Amerika isə Ukraynada yeni cəbhə açmaqla Rusiya əleyhinə koalisiyanı genişləndirmək istəyinə düşdü. Təbii ki, Amerika yaxın qonşularını Rusiyanın üzərinə qaldırmağa çalışır. Ancaq Ukrayna müharibəsi ilə əlaqədar Gürcüstan sanksiyalara qoşulmamaqla göstərdi ki, özünü qorumağa çaışır və ABŞ-ın bu koalisiyasına qatılmadı. İndiki vəziyyətdə Tiflisin neytral dayanması daha praqmatik siyasət olardı və zənnimcə, Gürcüstan bu mövqeyindən irəli getmək istəməyəcək”.

Siyasi şərhçi Ramiyə Məmmədova Gürcüstanın müharibə aparmaq immuniteti olmadığını düşünür: “Ukraynadan fərqli olaraq, Gürcüstan ordusunun uzunmüddətli tab gətirmək imkanları azdır. Hətta ABŞ hərbi yardımlar etsə belə, bölgənin qan çanağına çevrilməsindən başqa bir nəticə olmayacaq. Rusiyanın Cənubi Osetiya və Abxaziyanın yenidən Gürcüstana birləşdirilməsinə tamaşaçı qalacağını gözləmirəm. Yalnız nə zamansa Rusiya-Gürcüstan danışıqlarında müsbət irəliləyiş olarsa, Kremlin Tiflisə münasibəti dəyişərsə, Qarabağ müharibəsində neytral qaldığı kimi, bu məsələdə də Rusiya gözünü yuma bilər və onda Gürcüstan ordusu asanlıqla həmin ərazilərdə separatizmə son qoyar. Bugünkü reallıq isə deyilənləri mümkünsüz edir”.

Ekspertin sözlərinə görə, Gürcüstan Aİ-yə doğru gedir, Rusiya ilə bağlar qopub: “Sadəcə, Tiflis Kremli qıcıqlandırmamaq siyasəti yürüdür, o üzdən sanksiyalara qoşulmadı. Ümumilikdə bu ölkə avrointeqrasiya xəttindən dönən deyil, bu da Cənubi Osetiya və Abxaziyada Rusiyanın gücünün qalacağı deməkdir. Azərbaycana gəlincə, münaqişəni keçmişdə qoymuş bir ölkə kimi bizə Cənubi Qafqazda yeni kataklizmlər lazım deyil. Xüsusən Rusiya ordusunun digər qonşumuzla üz-üzə gələcəyini nəzərə alsaq, bizim üçün heç də yaxşı olmayacaq. Bakı müttəfiqlik bəyannaməsi imzaladığı Moskva ilə qarşı-qarşıya gəlmək istəməz, Gürcüstan isə dost ölkədir, bizim kimi separatizm bəlası yaşayır, onlara humanitar dəstəkdən artığını verə bilmərik. Lakin ABŞ və NATO-nun Ukraynadan sonra bu regionda Gürcüstanı da Rusiya ilə toqquşdurmaq istəyində olacağını gözləmirəm”.
Dünən, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Dünən, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Dünən, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Dünən, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Dünən, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Dünən, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Dünən, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Dünən, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Dünən, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Dünən, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Dünən, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Dünən, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Dünən, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Dünən, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Dünən, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Dünən, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Dünən, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Dünən, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Dünən, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Dünən, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Dünən, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Dünən, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
20-05-2024, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
20-05-2024, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
20-05-2024, 15:06
Xankəndiyə prokuror təyin edilib
20-05-2024, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
20-05-2024, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO