Rusiya özü ilə birgə Ermənistanı da Ukrayna bataqlığına salıb - Görünəni budur...
Siyaset
Oxunub: 279
12 mar 2022 | 10:18
Rusiya özü ilə birgə Ermənistanı da Ukrayna bataqlığına salıb - Görünəni budur...


Ermənistanda Ukrayna hadisələrindən dolayı təlaş get-gedə artmaqdadır. Ermənilər sanki iynə üstündə oturmuş kimi narahatdırlar. Yerli medianın yazdıqlarından belə qənaət hasil olur ki, onlar öz şəriksiz yiyələri Rusiyanın Ukraynada işlərinin pis getməsindən əməllicə əndişə içindədirlər.

Əsas da o səbəbə ki, Rusiya “Ermənistan” adlı saxta dövlətin 1 nömrəli varlıq qarantı olaraq qalır. Rusiya ermənilərə ucuz qaz da daxil, hər şey verir. Ruslar nankor xalq üçün nələr eləmir ki. Ermənistanın Türkiyə və İranla sərhədlərinin qorunması, Qarabağ anklavındakı bir ovuc erməninin bəslənməsi də öz yerində.

İrəvandakı Ukrayna hadisələrindən dolayı yaşanan xofun başqa səbəbləri də var.

Məsələn, “Yeni Müsavat”ın erməni mediasına istinadən verdiyi xəbərə görə, erməni şərqşünas, İrəvan Dövlət Universitetinin professoru Ruben Məlikyan deyib ki, Ukrayna böhranı səbəbilə Rusiyanın mövqeyi zəifləyərsə, Cənubi Qafqazda onun yerini dərhal Türkiyə tutacaq. “Ukrayna həmişə Türkiyə və Azərbaycanla eyni düşərgədə olub. Ermənistana və Rusiyaya qarşı çıxan düşərgədə”, - Melkonyan bildirib.

O hesab edir ki, Moskvanın Ukrayna əməliyyatlarında uğur qazanması Ermənistanın maraqlarına uyğundur: “İlk növbədə ona görə ki, Rusiyanın Cənubi Qafqazda mövqelərinin zəifləməsi halında Türkiyə dərhal onun yerini tutacaq. Belə bir ssenarinin bizə nə vəd elədiyi barədə danışmağa dəymir. Bu perspektiv Ermənistan üçün olduqca böyük təhlükədir. Hələ ki Türkiyə Ermənistanla danışıqlarda yumşaq gücdən istifadə edir. Amma Ankara tədricən öz arsenalını genişləndirir ki, bu da gələcəkdə İrəvan üçün problemlər yaradacaq”.

Erməni şərqşünasın sözlərinə görə, İrəvan bu fonda Ankaranın hərəkətlərini hesablamaq iqtidarında deyil. Onun fikrincə, Türkiyə Ermənistana sürprizlər hazırlayır. “Ankara heç gizlətmir ki, tutduğu mövqe erməni maraqlarına uyğundur, ya yox. Elə bu səbəbə Türkiyə Ermənistanla prosesi Azərbaycanla əlaqələndirir. Ankara açıq şəkildə bəyan edir ki, heç vaxt erməni ”soyqırımı"nın beynəlxalq səviyyədə tanınmasına və “artsax xalqı”nın öz müqəddəratını təyinetmə hüququnun həyata keçməsinə imkan verməyəcək. Onun gələcək sürprizləri isə bəyanatlarının və mövqelərinin sərtləşməsində ifadə oluna bilər. Bunun ardınca Türkiyənin yumşaq gücü bir anda sərt gücə çevriləcək", - deyə o əlavə edib.

Armenianreport.com-un dünənki redaksiya məqaləsində isə deyilir: “Ukrayna prezidenti Voladimir Zelenski dəfələrlə və açıq şəkildə tarixi düşmənimizlə (Türkiyə ilə - red.) strateji müttəfiqliyin vacibliyi barədə danışıb. Bundan əlavə, rəsmi Kiyev Bakı ilə eyni yolla gedir. Yəni NATO üzvü Türkiyə ilə ittifaqda, NATO ilə ittifaq anlamında. Buradan çıxan bütün aşkar nəticələri ilə. Ukraynanın bu qarşıdurmada qalib gəlmək üçün hər şansı var. Bu, Türkiyə və Azərbaycan üçün çox yaxşı, Ermənistan üçün isə çox pis xəbər olacaq. Bunun nə qədər pis olacağını hətta düşünmək belə qorxudur. Hər baxımdan. Təəssüf ki, biz artıq heç nəyə təsir eləmək gücündə deyilik...”

Ermənilərin Türkiyə xofu, əlbəttə, yeni deyil. Bu xof isə bilavasitə onların məlum xroniki “xəstəliyi”ndən, xain xislətlərindən, faşist düşüncələrindən qaynaqlanır. Çünki nə qardaş ölkə, nə də Azərbaycan Ermənistan üçün heç vaxt təhdid olmayıb, indi də deyil. Əks halda, Bakı və Ankara bunca pisliklərdən sonra da İrəvana barış əli uzatmazdı. Barışın şərti də tam ədalətli: qonşuların bir-birinin ərazi bütövlüyünü tanıması, ardınca notalar mübadiləsi.

Əfsus ki, Ermənistan ona uzadılan barışıq əlini, daha dəqiqi, xilaskarlarının əlini sıxmaq, ona atılan “xilas kəməri”ni götürməyə tələsmir. Çünki həm Türkiyə və Azərbaycan hesabına dirçəlib ayağa durmaq, həm də iki qonşu ölkəyə qarşı əsassız ərazi iddialarından 44 günlük müharibədən sonra da imtina eləmək istəmir. Bununla da öz durumunu daha da ağırlaşdırır. Halbuki məhz Türkiyə və Azərbaycan Ermənistan adlı simvolik dövlətin əsas qarantı ola bilər, nəinki Rusiya və ya Qərb. Artıq yaxın tarix buna öz möhürünü dəfələrlə basıb.

Amma biz yenə ermənilərin “çəhrayı arzular”la yaşadığını görürük. Ermənistan baş naziri Nikol Paşinyanın davam edən Fransa səfəri, gözlənildiyi kimi, bu xüsusda istisna olmadı. Belə ki, Ukraynada separatçılığın, rus işğalının Avropaya gətirdiyi bəlalar göz önündə ikən, Parisdə yenə “Dağlıq Qarabağ konfliktinin yekun və ədalətli həlli zəruriliyi”ndən dəm vuruldu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin bərpasına çağırış edildi.

Amma hamı bilir ki, artıq tarixə qovuşmuş münaqişənin ədalətli çözümü üçün ən böyük əngəl elə həmsədrlərin özləri olub - on illərlə təcavüzkarla təcavüzə məruz qalana eyni gözlə baxan, erməni işğalını və barbarlığını görməzlikdən gəlib də bizə israrla “öz müqəddəratını təyinetmə” öhdəliyini sırımağa çalışan, qısası, işğalı, erməni dağıdıcı separatçılığını legitimləşdirməyə cəhd edən həmsədrlər.

Bu köhnə oyunlar və hoqqalar isə daha keçməyəcək! Azərbaycan xalqı və onun dövləti, rəhbərliyi buna imkan verməyəcək. Minsk Qrupunun “qatarı” da, status “vaqonu” da çoxdan gedib. Bu yerdə İlham Əliyevin bir xəbərdarlığını yada salırıq. Prezident Azərbaycan telekanallarına son müsahibəsində demişdi ki, biz həmsədrlərin təzədən “Qarabağ məsələsi” ilə məşğul olmasına imkan verməyəcəyik, çünki bu məsələ artıq bitib.

Odur ki, ermənilər xam xəyallarla yaşamaq, ağlaşma qurmaq, Türkiyə və Azərbaycandan “əcinnə” düzəldib dünyanı qorxutmağa əbəs cəhdlər eləməkdənsə, nə qədər gec deyil, haqq yoluna gəlsələr, Türkiyə və Azərbaycanın onların “tarixi düşmənləri” yox, xilaskarları olduğunu anlasalar, bir o qədər özlərinə yaxşılıq eləmiş olarlar...
“Yeni Müsavat”
Dünən, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Dünən, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Dünən, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Dünən, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Dünən, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Dünən, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Dünən, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Dünən, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Dünən, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Dünən, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Dünən, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Dünən, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Dünən, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Dünən, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Dünən, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Dünən, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Dünən, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Dünən, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Dünən, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Dünən, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Dünən, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Dünən, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
20-05-2024, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
20-05-2024, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
20-05-2024, 15:06
Xankəndiyə prokuror təyin edilib
20-05-2024, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
20-05-2024, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO