Azərbaycan antiterror əməliyyatlarına başlaya bilər? - Başqa yolu YOXDUR!
Siyaset
Oxunub: 254
9 mar 2022 | 16:18
Azərbaycan antiterror əməliyyatlarına başlaya bilər? - Başqa yolu YOXDUR!


“Düşünürəm ki, Azərbaycan cavab tədbirləri görür. Bu tədbirlər onların atəşinə atəşlə cavab vermək və seprataçıların atəş nöqtələrini susdurmaqdır”. DİA.AZ xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirib.

Belə ki, Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində fəaliyyət göstərən separatçı qüvvələrinin son günlər artan təxribatlarına münasibət bildirən deputat növbəti tədbir kimi antiterror əməliyyatlarını ön plana çıxarıb:

“İkinci məsələ orda olan silahlı birləşmələrin 10 noyabr bəyanatında nəzərdə tutulduğu kimi, Azərbaycan ərazilərindən çıxarılmasıdır. Təbii ki, bu tələbdir və bunun həyata keçirilməsi üçün Azərbaycan vaxt qoya bilər ki, bu müddət ərzində silahlı birləşmələr ərazilərimizdən çıxarılacaq. Əgər bu baş verməzsə, Azərbaycan artıq antiterror əməliyyatları keçirmək hüququnu özündə saxlayır. Bunun başqa yolu yoxdur. Düşünürəm ki, onların bir atəşinə on beş atəşlə cavab veririk. Sepratçıların həyatını cəhənnəmə çevrimək lazımdır ki, onlar orada yaşaya bilməsinlər, əziyyət çəksinlər, qorxsunlar. Bunu da Azərbaycan hərbçiləri əlindən gələn kimi edir”.

Razi Nurullayev sülhməramlı kontingentə rəhbərlik edən general Andrey Volkovun əməllərinə də münasibət bildirib.

“Əslində, sülhməramlıların rəhbəri 4-5 aydan sonra dəyişəcək. Bununla bağlı, təbii ki, Azərbaycan tələb qoya və etirazlarını bildirə bilər. Məncə, onun da ömrünə az qalıb. Azərbaycan tələb qoya, Volkovu arzuolunmaz şəxs elan edə bilər ki, bu da sonrakılara dərs olar”, - deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, son günlərdə Andrey Volkovun Qarabağda sülhməramlıların nəzarətində olan ərazilərdə biznes qurduğu ilə bağlı xəbərlər yayılıb.

Belə ki, rus generalın Pirlər kəndində kommersiya məqsədi ilə üzüm bağlarından istifadə etdiyi, eyni zamanda ermənilər üçün qaçaqmalçılıqla məşğul olduğu deyilir.

Onu da əlavə edək ki, 10 noyabr bəyanatından sonra Qarabağdakı erməni silahlı birləşmələrinin aktivliyi ən yüksək səviyyədə məhz son günlər müşahidə olunur. Bunun əsas səbəblərindən biri kimi də, məhz Volkovun fəaliyyətsizliyi ön plana çıxarılır.
Bu gün, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Bu gün, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Bu gün, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Bu gün, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Bu gün, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Bu gün, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Bu gün, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO