Rusiya Azərbaycanla hava əlaqəsini niyə kəsdi? - “Burda təzyiq elementləri var”
Siyaset
Oxunub: 356
7 mar 2022 | 19:49
Rusiya Azərbaycanla hava əlaqəsini niyə kəsdi? - “Burda təzyiq elementləri var”


Ukraynada işğalçı Rusiya ordusunun ağır bombardmanları altında qalan azərbaycanlıların evakuasiyası əsas qayğılardan biri olduğu vaxtda Rusiyada yaşayan soydaşlarımız üçün də problemlər yarandı. Dünən Rusiyanın bütün aviaşirkətləri (“Aeroflot”, “Ural Arilines” və s.) əksər xarici ölkələrə uçuşları qeyri-müəyyən vaxta qədər dayandırdığını elan etdi. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar Rusiya aviaşirkətləri Azərbaycana uçmayacaq.

Bu xəbərdən az sonra Azərbaycan Hava Yolları” (AZAL) QSC bəyan edib ki, “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri martın 6-da saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır. “Vəziyyət, həmçinin tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəlidir. Bu dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyətinə də təsir göstərib. Mövcud şəraitdə AZAL və sığorta şirkətləri yaranmış vəziyyəti ətraflı təhlil etməli, bütün mənfi və müsbət təsirləri qiymətləndirməli, öz siyasətlərində bütün mümkün dəyişiklikləri araşdırmalıdırlar”, – AZAL-ın açıqlamasında qeyd olunur.

Moskvada ticarətlə məşğul olan İsmayıl Həsənov Pressklub.az-a bildirib ki, uçuşların dayandırılması azərbaycanlılar üçün gözlənilməz pis xəbərdi. Onun sözlərinə görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ölkədə ciddi problemlər yaradıb, ticarət dayanmaq üzrədir, rubl kəskin ucuzlaşıb. Nəticədə bir çox azərbaycanlılar ölkəyə qayıtmağa başlayıb: “Mənim martın 14-ə biletim vardı, aviaşirkət elan edib ki, uçuş olmayacaq. Bilmirik necə olacaq, çox narahatıq. Biletlərin geri qaytarılması, yaxud uçuş olacağı tarixə dəyişdirilməsi barədə məlumatsızıq. Quru yolla Azərbaycana qayıtmaq da imkansızdır, çünki pandemiyaya görə quru sərhədləri bağlıdır”.

İ.Həsənov əlavə edir ki, hazırda Rusiyada çalışan soydaşlarımız pərişan durumdadırlar: “Əksər xarici firmalar ölkəni tərk edir, iş yerləri sürətlə bağlanır, bazarlara xaricdən mal gəlmir. Kəskin inflyasiya var, rubl dəyərdən düşür, burada pul qazanmağın mənası qalmır. Hamı çıxıb getməyə çalışır”. Yaranmış durumu Pressklub.az-a şərh politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya müxtəlif ölkələrlə hava əlaqəsini kəsib, o cümlədən Azərbaycana uçuşlar dayandırılıb:

“Rusiyadan kütləvi çıxış var, çox güman, Putin bu axının qarşını kəsmək istəyir. Amma bununla bu ölkədə yaşayan azərbaycanlılara ikiqat problemlər yaradır. Birinci, soydaşlarımız buradaki ailələrinə pul göndərməkdə çətinlik çəkəcəklər. Çünki Mərkəzi Bank intervensiyalara qeyri-rəsmi qadağa qoymaqla bərabər, ölkədən pul çıxışını məhdudlaşdırır. İkincisi, Novruz Bayramı ərəfəsində soydaşlarımız öz doğmalarına baş çəkə bilməyəcəklər, sıxıntı çəkəcəklər. Bunu dolayı yolla Azərbaycana təzyiq kimi qiymətləndirirəm. Necə ola bilər, Ermənistana uçuşlar var, Rusiya hakimiyyət orqanları vətəndaşlarına bu ölkəyə turist kimi səyahət etməyi tövsiyə edirlər. Deməli, Azərbaycana fərqli münasibətdə siyasi təzyiq elementləri axtarmaq lazımdır”.

İqtisadçı Toğrul Maşallı isə deyir ki, Azərbaycan hökuməti məsələyə praqmatik yanaşmalıdır. “Bəllidir ki, bizim iqtisadiyyatımız o qədər də böyük deyil və tərəflərə təsir etmək gücündə deyilik. Amma vəziyyətdən istifadə edə bilərik. İndi həm Ukraynadan, həm Rusiyadan kifayət qədər çox insan qaçır. Əgər Ukraynada insanlar müharibənin fəsadlarından qaçırlarsa, Rusiyada səbəblər bir qədər başqadır. Bu həm müharibənin dəstəklənməməsi və bu səbəbdən repressiyalar qorxusudur, həm də indiki sanksiyalar altında işləmək üçün şəraitin olmamasıdır”, – iqtisadçı vurğulayıb.

T.Maşallı qeyd edir ki, hazırda Rusiyada Avropaya vizası olanlar qatar vasitəsilə Finlandiyaya üz tuturlar, vizası olmayanlar isə Ermənistana Türkiyəyə, Serbiyaya uçurlar. Məsələn, gün ərzində İrəvana reyslərin sayı 13-14-dən 37-40-a kimi artıb. Yeri gəlmişkən, İrəvana uçanların da böyük hissəsi oranı tranzit kimi istifadə edərək, ya Gürcüstana, ya da Türkiyəyə keçirlər:

“Amma Azərbaycan bundan kənarda qalıb. Düzdür, Azərbaycana da uçan var idi, amma bura gələnlərin böyük hissəsi Bakını tranzit yeri kimi istifadə edirdi. Ümumən onların sayı Gürcüstan ilə müqayisədə qat-qat az idi. Fikrimcə, hökumətimiz praqmatik olsa, ölkədə həm rusiyalıların, həm ukraynalıların gəlməsi üçün şərait yaradardı. Misal üçün, Rusiyadan qaçanlar arasında “kreativ sinfin” nümayəndələri çoxdur. Onlar arasında isə İT-sahəsində çalışan mütəxəssislərin payı yüksəkdir. Bakıda onlar üçün müəyyən qədər rahat şərait var. Çünki rus dili cəhətindən, uşaqlar üçün məktəb, ünsiyyət imkanı və s. Vəziyyətdən istifadə edərək, onları Azərbaycana dəvət edib, şərait yaratmaq olardı. Bəllidir ki, İT-işçiləri üçün burada kifayət qədər çox iş yoxdur. Amma bu bazarda çalışanların böyük hissəsi “remote” (yəni uzaqdan) işləyir. Gürcüstana getmələrin də əsas səbəbi orada rahatlıqla uzaqdan işləmək imkanıdır. Oraya nə viza, nə də qalmaq üçün xüsusi sənəd lazım deyil. Eyni zamanda, bankda çox rahatlıqla hesab açmaq imkanı da var. Amma Azərbaycanda bu yoxdur”.

İqtisadçı deyir ki, Azərbaycana gəldikləri halda, burada həm müvafiq bazarda qiymətlərin aşağı düşməsinə səbəb olacaq, həm də xaricdən kifayət qədər vəsait də cəlb edəcəklər: “Hələ bunun dolayı təsirləri barədə demirəm. Eyni məsələ mədəniyyət, müxtəlif xidmət sektorlarına da aiddir. Bu insanların böyük hissəsi Rusiyadan qaçır. Biz də, ölkə olaraq, bundan istifadə edib, qeyri-neft sektoruna töhfə verə bilərik. Ya da ən azı turist kimi də cəlb etmək olar. Amma deyəsən, “balanslı xarici siyasət” naminə Azərbaycan bu vəziyyətdən istifadə etməyəcək”.
Bu gün, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Bu gün, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Bu gün, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Bu gün, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Bu gün, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Bu gün, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Bu gün, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO