Ermənistan sülh sazişinə məcbur edilir - GƏLİŞMƏ
Siyaset
Oxunub: 299
5 mar 2022 | 18:50
Ermənistan sülh sazişinə məcbur edilir - GƏLİŞMƏ


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin olacağından danışıb.

O, dəqiq tarix açıqlamasa da, bu məsələnin gündəlikdə olduğunu deyib. “Ermənistan və Türkiyə arasında xüsusi nümayəndələr səviyyəsində dialoq başlayıb, regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası, Azərbaycanla sülh sazişi üzrə danışıqlara başlanması məsələsi gündəlikdədir”, - Nikol Paşinyan Ermənistanın BMT-yə daxil olmasının 30 illiyi ilə bağlı keçirilən tədbirdə belə deyib.

Azərbaycanla Ermənistan arasında Paşinyanın qeyd etdiyi sahələr üzrə münasibətlərin qurulması prosesi çox ləng getsə də, rəsmi İrəvan kifayət qədər müsbət mesajlar verir. Ancaq bunun reallaşması Ermənistan hakimiyyətinin atacağı addımlardan asılı olacaq. Çünki Azərbaycan həm kommunikasiyalrın bərpasına, həm sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə, eləcə də sülh sazişi üzrə danışıqlara hazır olduğunu bildirib. Artıq Baş nazir Nikol Paşinyan hökumətin iclasında Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistan hissəsində səyyar işlərə başlandığını elan edib.

"Biz Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistan hissəsində tarla işlərinə başlayırıq. Xüsusilə, söhbət Mehri hissəsindən gedir. Bu, çox vacibdir", - Paşinyan belə deyib. O, bu işlərə paralel olaraq, 2021-ci ildə Soçi və Brüsseldə keçirilən üçtərəfli görüşlərdə əldə edilmiş razılaşmaların de-yure yerinə yetiriləcəyinə ümid etdiyini bildirib.

Paşinyan onu da deyib ki, Ermənistan avtomobil yolları üçün mümkün marşrutlar, o cümlədən yeni yolların tikintisi üzərində işləyir. Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan öz növbəsində əlavə edib ki, Arazdəyən-Mehri dəmir yolunun 43 kilometrlik hissəsində müvafiq işlərin aparılması üçün Cənubi Qafqaz Dəmir Yolunun mütəxəssisləri və nümayəndələrindən ibarət işçi qrupu Mehriyə ezam edilib. Bu, texniki layihələndirmə üçün əsas olacaq .

Buna baxmayaraq, Ermənistan Azərbaycanla kommunikasiyaların açılmasını ləngidir, sərhədlərin müəyyənləşməsi məqsədilə birgə komissiyanın yaradılmasına dair 2021-ci il noyabrın 26-da imzalanmış Soçi Bəyannaməsinə əməl etmir. Belə vəziyyətdə sülhdən danışmaq real təsir bağışlamır. DİA.AZ-ın məlumatına görə, İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı “Cümhuriyət”ə bildirib ki, son vaxtlar beynəlxalq münasibətlər sistemində baş verən hadisələrin Cənubi Qafqaz regionuna təsiri Ermənistanı sülh razılaşmasını imzalamağa vadar edə bilər. Bu səbəbdən yaxın perspektivdə Ermənistanın Azərbaycanla və Türkiyə ilə münasibətlərini normallaşdırmaq məcburiyyətində qalacağı gözləniləndir.

“Artıq Ermənistan həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətlərin normallaşması prinsipi əsasında hərəkət edir. Yəni bu proses başlayıb. Bunun geridönüşü də yoxdur. Azərbaycan kommunikasiyaların bərpasını, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin sülh sazişinin imzalanmasını təklif etsə də, Ermənistan buna hazır deyil. Çünki Ermənistan Qarabağda yaşayan ermənilərə status veriləcəyinə ümid edir. Paşinyan öz çıxışında da bildirib ki, Qarabağda yaşayan ermənilərin hüquqları təmin olunmayana qədər bu razılaşmalara getməyəcəyik. Onun sözlərinə görə, bu məsələ ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunmalıdır. Hər halda, deklarativ xarakter daşısa da, Ermənistan belə mövqedən çıxış edir. Ancaq sülhə hazır olduğunu da bəyan edir. Eyni zamanda, Türkiyə ilə Ermənistan arasında danışıqlar da davam edir. Növbəti görüş Antalyada keçirilə bilər. Paşinyanın Antalyada keçiriləcək diplomatik forumda iştirak edəcəyi istisna olunmur. Ona görə də Ermənistanın başqa çıxış yolu yoxdur. Rusiya ilə Ukrayna arasında müharibənin bu şəkil alması da hesab edirəm ki, Ermənistanı sülhə doğru addım atmağa məcbur edəcək. Paşinyan ölkəsinin bu vəziyyətində Ermənistanı dünyaya inteqrasiya etmək istəyirsə, iqtisadiyyatı dirçəltmək istəyirsə, kommunikasiya xətlərini açmalı, iqtisadiyyatı inkişaf etdirməlidir. Proses nə qədər sürətlə gedərsə, Ermənistan iqtisadiyyatı da bir o qədər tez inkişaf edə bilər”.

Qafar Çaxmaqlı bildirib ki, Nikol Paşinyanın siyasi mövqeləri xeyli möhkəmlənib. Ona görə də Ermənistan müxalifəti Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına mane ola bilməz.
Dünən, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Dünən, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Dünən, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Dünən, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Dünən, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Dünən, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Dünən, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Dünən, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Dünən, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Dünən, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Dünən, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Dünən, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Dünən, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Dünən, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Dünən, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Dünən, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Dünən, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Dünən, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Dünən, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Dünən, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Dünən, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Dünən, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
20-05-2024, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
20-05-2024, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
20-05-2024, 15:06
Xankəndiyə prokuror təyin edilib
20-05-2024, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
20-05-2024, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO