Ukraynada batan Rusiya fonunda əriyən Paşinyan... - İNCƏLƏMƏ...
Siyaset
Oxunub: 265
4 mar 2022 | 18:50
Ukraynada batan Rusiya fonunda əriyən Paşinyan... - İNCƏLƏMƏ...


Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişi imzalanacağını bəyan etməsi diqqət çəkir.

Paşinyanın bəyanatı Ukraynadakı proseslərin qaynama dərəcəsinin artdığı və Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərində antiterror əməliyyatları aparacağı haqqında fikirlərin dövriyyədə olduğu vaxta təsadüf edir.

Əgər Nikol Paşinyan “sülh göyərçini” olduğu haqqında blef etmirsə, o zaman düşünmək olar ki, Ermənistan Azərbaycanın hansısa güc tətbiqi məsələsindən narahatlıq keçirir.

İndiki halda Azərbaycanın Rusiya sülhməramlılarının dislokasiya edildiyi ərazilərdə separatçıları zərərsizləşdirmək üçün hərbi əməliyyatlar keçirməsi Paşinyan hakimiyyətinə yeni zərbə olar.

Üstəgəl, kimin necə yozmasından asılı olmayaraq, Moskva Bəyannaməsinin 11-ci və 18-ci bəndləri Azərbaycanın separatçıları öz ərazilərindən qovması məsələsində Moskvanın Bakıya dəstəyinə əsas yaradır.

Prezident İlham Əliyev fevralın 22-də Kremldə rusiyalı həmkarı Vladimir Putinin qarşısında ilk dəfə açıq şəkildə 10 noyabr bəyanatının 4-cü maddəsini xatırladaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulamışdı.

Paşinyanın açıqlaması həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesini sürətləndirən amilə çevrilir.

Görünür ki, Ankara da İrəvana yenidən xəbərdarlıqlar göndərib və Azərbaycanın mütləq suveren hüquqlarının bərpası üçün təlimatları çatdırıb.

Rusiya-Ukrayna müharibəsi Ermənistan üçün də yeni sınaq təqdim edir, Paşinyan bu sınaqdan üzüağ çıxmaq üçün revanşizmi alovlandırmağı yox, sülh sazişi imzalamaq yolunu seçməlidir.

Ancaq Paşinyan o qədər ikibaşlı oynayıb ki, istər-istəməz motivi sual şəklində qoymaq zərurəti də yaranır: Paşinyan yola gəlirmi?

Aqşin Kərimov
Bu gün, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Bu gün, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Bu gün, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Bu gün, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Bu gün, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Bu gün, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Bu gün, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO