Rusiya-Ukrayna savaşının QARABAĞ İNİKASI... - GƏLİŞMƏ
Siyaset
Oxunub: 283
4 mar 2022 | 19:49
Rusiya-Ukrayna savaşının QARABAĞ İNİKASI... - GƏLİŞMƏ


Rusiya-Ukrayna müharibəsi başlayandan sanki Qarabağa dair proseslər bir qədər kölgədə qalıb. Bu istiqamətdə hər hansı bir müzakələrin, danışıqların getdiyi də müşahidə olunmur. Çoxları hesab edir ki, bu prosesın dayanması birbaşa 8 gündür davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır.

Zəngəzur dəhlizi ətrafında hansı proseslərin getdiyi də məlum deyil. Sanki bu məsələ də gündəmdən düşüb. "Yeni Müsavat" xəbər verir ki, YAP-çı deputat Elman Nəsirov müəyyən qədər bu fikirlərlə razılaşır: “Bu bir həqiqətdir ki, bu gün dünyanın nəbzi Ukrayna ilə döyünməkdədir. Rusiya ilə Ukrayna arasında Avropanın mərkəzində müharibə getməkdədir. Bu müharibə ilə üç dövlət qarışıb. Dünyanın digər dövlətləri isə əslində bu müharibənin iştirakçısıdır, yəni informasiya müharibəsinin. Əslində bu günləri informasiya cəbhəsində, diplomatik cəbhədə III Dünya müharibəsi getməkdədir. Bunu məhz belə qiymətləndirmək lazımdır. Bütün bu hadisələr fonunda dünyanı narahat edən digər məsələlər, regiondakı problemlər bir qədər kölgədə qalıb. Eyni zamanda postmünaqişə dövrünün həlli edilməli olan məsələləri var. Məsələn, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demakrasiyası, bundan başqa Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin imzalanması kimi məsələlər ətrafında bir qədər ləngimə diqqətdən yayınmır. Bu da haradasa anlaşılandır. Amma hər halda, Azərbaycan strateji hədəfinə çatmaq siyasətini davam etdirir. Bu gün Qarabağın qurulması, bərpası intensiv şəkildə getməkdədir. Böyük Qayıdışın təminatı naminə nə lazımdırsa edilməkdədir. Yəni bu prosesdə heç bir pauza yoxdur. Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan tərəfi həm dəmiryol, həm də avtomobil yolunun tikintisi prosesini aparır. Bu prosesdə də heç bir azalma yoxdur. Pauza daha çox Ermənistan tərəfindən gəlməkdədir.

Hələ ki etimad mühitinin formalaşdırılması ilə bağlı diqqəti xüsusi cəlb edən addımlar atılmır. Ermənistan tərəfi gözləmə mövqeyindədir. Bütövlükdə tənzimlənmə prosesində Rusiyanın fəal iştirak etməsi faktorunu nəzərə alsaq, eyni zamanda Rusiyanın hazırda başının böyük müharibəyə qarışdığı reallığını diqqətdən kənarda saxlamasaq, Cənubi Qafqazda proseslərin niyə sönük getdiyini başa düşmək olar. Amma bir daha qeyd edirəm ki, bu, heç bir halda Azərbaycanın postmünaqişə dövrünün tənzimlənməsi istiqamətində davranışlarına təsir etmir. Biz bu gün Qarabağın bərpa edilməsi siyasətini uğurla həyata keçiririk. Böyük tarixi qayıdışın həyata keçirilməsi üçün bütün mümkün addımlar atılmaqdadır. Avropanın mərkəzində müharibənin gedib-getməməsindən asılı olmayaraq işlərimizi görməkdəyik”.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Qarabağda Azərbaycanın əlini gücləndirən proseslərin getdiyini bildirdi: “Əslində proses davam edir. Bu gedişatda Azərbaycan rəhbəri, o cümlədən Ermənistan rəhbəri Vladimir Putinlə telefon danışığında 10 noyabr, 11 yanvar və 26 noyabrdakı görüşlərin nəticələrini müzakirə etdilər. Hesab edirəm ki, bu, beynəlxalq aləmdə baş verən proseslər fonunda, xüsusilə Rusiya ilə bağlanmış müttəfiqlik sazişindən sonra imkan verdi ki, bu suallar ətrafında daha ciddi addımlar atılsın. Məncə, bu, beynəlxalq aləmdə baş verən gündəliyə aid bir məsələdir. Xüsusilə Qarabağda Azərbaycanın əlini gücləndirən proseslər davam edir. Hətta Ukrayna-Rusiya toqquşmasının fonunda gördük ki, bir neçə müddətdir separatçıların səsləri belə gəlməməkdədir. Onlar ciddi şəkildə təhlükələri qiymətləndirə bilirlər. Çünki Azərbaycan tərəfin 26 fevraldan, yəni Xocalı soyqırımının 30 illiyindən sonra atdığı ciddi addımlar oldu. Separatçılara xəbərdarlığın edilməsi, Xocalı şəhidlərinin ruhlarının yad edilməsi ilə bağlı azanın səsləndirilməsi ciddi xəbərdarlıqdan xəbər verir. Biz yaxınlıqda bir sıra sürprizlərin şahidi ola bilərik. Hətta indiki beynəlxalq məqamda ola bilər ki, Qarabağda müəyyən antiteror əməliyyatları üçün hərəkətlənmə olsun”.

Politoloq Züriyə Qarayeva isə məsələni “fırtına öncəsi səssizlik” kimi dəyərləndirir: “Fikrimcə, dünyada yaşanan beynəlxalq gərginlik, Rusiya və Ukrayna arasında müharibə Azərbaycanın da antiterror əməliyyatları keçirməsi üçün əlverişli mühit yaradır. Çünki Qarabağda istər ərazi, istərsə də infrastruktur baxımdan problemlərin kökü separatçı məsələsi ilə bağlıdır. Buna dair presedentlər də az deyil. Məsələn, Yaponiya tərəfi hazırda faktiki olaraq Rusiyanın Ukraynanı işğal etdiyini deyərək Kuril adaları uğrunda ehtimal hərbi münaqişəni legitimləşdirməyə çalışır. Tərəflər arasında məlum toqquşma dünya tarixində çox az sayda nümunələrdən biridir ki, sülh müqaviləsi ilə yekunlaşmayıb. Eyni durum Qarabağ münaqişəsinə də şamil edilir. Ukraynada müharibə başladıqdan sonra Çinin də xüsusən Yaxın Şərq və Afrikada hərbi bazalar yaratması ilə bağlı məlumatlar yayılıb. Çin məxsusi olaraq Afrikanın Atlantik okeanı sahillərində yerləşən hissəsində hərbi dəniz bazası qurmağı hədəfləyir. Əslində Rusiyanın da məhz indiki geosiyasi vəziyyətdə hücum planını icra etməsi bəhs etdiyimiz mövzu ilə eynilik təşkil edir. Nəzərə alaq ki, ABŞ cəmiyyətində sosial-siyasi qütbləşmə dərinləşib. ABŞ-ın Çini əsas strateji rəqib elan edərək, əsas gücünü Hind-Sakit okean regionuna yönəltməsi Moskvanın ikinci cəbhə açmasına fürsət yaradıb. Eyni presedenti Qarabağla bağlı icra etməyin zamanı olduğunu düşünürəm. Lakin başqa nümunələrdən fərqli olaraq, geosiyasi mühitin yetişib-yetişməməsindən asılı olmayaraq biz öz suverenliyimizə təhdid törədən problemləri aradan qaldırmaqda tamamilə haqlıyıq və beynəlxalq hüququn heç bir prinsipini pozmuruq. Zəngəzur dəhlizi separatçıların varlığı səbəbindən dalana dirənib. Üstəlik, bu məsələdə başlıca əngəl həm də sərhədlərin delimitasiya-demarkasiyası ilə bağlıdır ki, onun da kökündə terrorçu ermənilərin hələ də bölgədə varlığı məsələsi dayanır. O baxımdan hazırda Qarabağdakı səssizliyi fırtına öncəsi səssizlik də adlandırmaq olar. Fırtınanın burulğanında dönənlər isə ərazi bütövlüyümüzü həyasızcasına pozanlar olacaq”.
Dünən, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Dünən, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Dünən, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Dünən, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Dünən, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Dünən, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Dünən, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Dünən, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Dünən, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Dünən, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Dünən, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Dünən, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Dünən, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Dünən, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Dünən, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Dünən, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Dünən, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Dünən, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Dünən, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Dünən, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Dünən, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Dünən, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
20-05-2024, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
20-05-2024, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
20-05-2024, 15:06
Xankəndiyə prokuror təyin edilib
20-05-2024, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
20-05-2024, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO